Təşkilat Komitəsində gənclərin məmnuniyyətlə çalışmaları birinci Avropa Oyunlarının ən dəyərli
miraslarından biridir
“Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva Avropa Olimpiya
Komitəsinin Əlaqələndirmə Komissiyasının Bakıda keçirilən V iclasında həmçinin ölkəmizdə Olimpiya
hərəkatının dəstəklənməsinin Azərbaycanın əsas prioritetlərindən biri olduğunu nəzərə çatdıraraq
idmançılarımızın nailiyyətlərini qeyd edib. Həqiqətən də, son illərdə Azərbaycan davamlı dövlət qayğısı
sayəsində özünü həm də idman ölkəsi kimi təsdiqləyib. Respublikamızda idman infrastrukturunun yenilənməsi
istiqamətində intensiv iş aparılır. Ölkəmizin idmançıları 1997-ci ildə Milli Olimpiya Komitəsinin rəhbərliyinin
dəyişməsindən sonra MOK-un yeni prezidenti İlham Əliyevin simasında öz böyük hamilərini tapdılar, desək, əsl
həqiqəti ifadə etmiş olarıq. Həmin vaxtdan etibarən MOK-un yeni rəhbərliyinin təşəbbüsü ilə respublikamızda
idman təsərrüfatının yenilənməsinə, o cümlədən də bu sahədə müasir infrastruktur qurulmasına start verilib.
Ölkədə idmanın güclü şəkildə təşviq edilməsi və mükəmməl idman infrastrukturu yaradılması öz növbəsində
Azərbaycan idmançılarının beynəlxalq yarışlarda daha uğurla çıxış etmələrini şərtləndirir. Respublikamızın
Olimpiya Oyunlarında hər dəfə daha böyük uğur qazanması bunun təsdiqidir. Əgər Azərbaycan müstəqil ölkə
kimi Atlanta Olimpiadasında bir, Sidneydə üç, Afinada beş, Pekində yeddi medal qazanmışdısa, son London
Olimpiadasında təmsilçilərimizin qazandıqları medalların sayı 10-a çatıb və respublikamız medalların sayına
görə Avropa ölkələri arasında 15-ci yerdə qərarlaşıb. Azərbaycan idmançıları daha bir böyük uğuru 2014-cü ildə
Çində keçirilən yeniyetmələrin Yay Olimpiya Oyunlarında qazanıblar. Dünyanın 200-ə yaxın ölkəsinin iştirakı
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
214
ilə keçirilən bu Olimpiadada Azərbaycanın komandası 10-cu pillədə qərarlaşıb ki, bu da respublikamızı təmsil
edən gənc idmançıların tarixi nailiyyətləridir.
Son illərdə könüllülük hərəkatının genişlənməsi də Azərbaycan cəmiyyətini xarakterizə etmək baxımından
çox səciyyəvidir. Azərbaycan ictimaiyyəti bir qayda olaraq dövlətin xalqımızın xoş məramına uyğun olaraq
həyata keçirdiyi siyasətə öz dəstəyini nümayiş etdirir. Əlamətdar haldır ki, respublikamızda birinci Avropa
Oyunlarının keçirilməsinə dövlət qurumları ilə yanaşı, ictimaiyyət tərəfindən də böyük dəstək nümayiş etdirilir.
Könüllülər birinci Avropa Oyunlarına hazırlıq işlərində böyük fəallıq nümayiş etdirirlər. İndiyədək 16 mindən
artıq könüllü Bakıda keçiriləcək birinci Avropa Oyunlarına öz dəstəyini ifadə edib. Yeri gəlmişkən, Avropa
Olimpiya Komitəsinin Əlaqələndirmə Komissiyasının bu günlərdə keçirilən V iclasında ölkəmizdə yarışlara
göstərilən ictimai maraq da xüsusi vurğulanıb. “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri
Mehriban xanım Əliyeva Təşkilat Komitəsində gənclərin çalışmasını birinci Avropa Oyunlarının ən dəyərli
miraslarından biri kimi səciyyələndirərək deyib: “Mən qürur duyuram ki, hazırda Bakı Avropa Oyunları
Əməliyyat Komitəsində 950 gənc çalışır. Bu, Oyunların ən dəyərli miraslarından biridir və əminəm ki, bu,
onların gələcək həyatı üçün böyük təcrübə imkanıdır”.
Eyni zamanda, birinci Avropa Oyunlarına beynəlxalq maraq da kifayət qədər böyükdür. Məlumdur ki, ilk
Avropa Oyunlarının təşkil edilməsi ilə beynəlxalq komanda məşğuldur. “Bakı-2015” ilk Avropa Oyunlarının
Təşkilat Komitəsi 7 rəsmi tərəfdaşla çalışır. Avropa Olimpiya Komitəsinin Əlaqələndirmə Komissiyasının bu
günlərdə keçirilən V iclasında “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım
Əliyeva yarışlara beynəlxalq marağın böyük olduğunu bildirib. Təşkilat Komitəsinin sədrinin vurğuladığı kimi,
birinci Avropa Oyunlarını 600-dən artıq beynəlxalq və yerli media nümayəndəsi işıqlandıracaq. İyunun 10-da
beynəlxalq mətbuat nümayəndələri üçün tədbir təşkil ediləcək. Bu tədbiri 100-dən artıq ölkəyə yaymaq üçün 43
şirkətə yayım hüququ verilib və beləliklə də Oyunları Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerika və
Avstraliyada izləyə biləcəklər.
Avropa Olimpiya Komitəsinin təmsilçiləri Bakıda çox gözəl birinci Avropa Oyunlarının keçiriləcəyinə
əmindirlər
Onu da bildirmək yerinə düşər ki, Avropanın tarixində ilk dəfə keçirildiyinə görə cari ilin yayında Bakıda
təşkil olunacaq birinci Avropa Oyunları müstəsna əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, “Bakı-2015” birinci
Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva AOK Əlaqələndirmə Komissiyasının bu
günlərdə Bakıda keçirilən V iclasında diqqəti bir daha bu oyunların əhəmiyyətinə yönəldib. Təşkilat
Komitəsinin sədri əminliklə bildirib ki, bu Oyunlar bütün iştirakçıları birləşdirəcək və yeni idman ənənəsi üçün
güclü təməl yaradacaq.
Yeri gəlmişkən, Avropanın idman ictimaiyyətinin nümayəndələri də cari ilin yayında Bakının ev sahibliyi
edəcəyi birinci Avropa Oyunlarının əhəmiyyətini vurğulamaqla yanaşı, ölkəmizin birinci xanımı Mehriban
Əliyevanın rəhbərliyi altında çalışan Təşkilat Komitəsi tərəfindən aparılan hazırlıq işlərini də yüksək
qiymətləndirirlər. Son vaxtlar bununla bağlı Avropanın ayrı-ayrı ölkələrinin mətbuatında silsilə yazılar dərc
edilməkdədir. Avropa Olimpiya Komitəsinin rəsmiləri də birinci Avropa Oyunları ilə əlaqədar Bakıda həyata
keçirilən hazırlıq işlərindən məmnun qaldıqlarını dilə gətirirlər. Respublikamızın birinci Avropa Oyunlarına
yüksək səviyyədə hazırlaşdığı bu günlərdə Bakıda keçirilən Avropa Olimpiya Komitəsinin Əlaqələndirmə
Komissiyasının V iclasında da bu, xüsusi vurğulanıb. İclasda iştirak edən Avropa Olimpiya Komitəsinin
prezidenti Patrik Hikki Avropa Oyunlarının yüksək səviyyədə təşkil edilməsi məqsədilə güclü və peşəkarlardan
ibarət komandanın çalışdığından məmnunluğunu ifadə edib. Birinci Avropa Oyunlarının əməliyyatlar üzrə baş
direktoru Saymon Kleq hazırda “Bakı-2015” birinci Avropa Oyunlarının Əməliyyat Komitəsində (BAOƏK)
1356 nəfərin çalışdığını diqqətə çatdırıb. O bildirib ki, işçilərin 68 faizini azərbaycanlılar təşkil edir. BAOƏK-
də 43 ölkənin nümayəndəsi çalışır. Onların 230-u London Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsində
çalışmış peşəkarlardır.
Öz növbəsində Avropa Olimpiya Komitəsinin Əlaqələndirmə Komissiyasının üzvləri bu yay baş tutacaq ilk
Avropa Oyunları öncəsi Bakıya yekun səfərləri zamanı ölkəmizin paytaxtında hazırlanan idman obyektlərini
gəzərək görülən işlər barədə müsbət rəy ifadə ediblər. Əlaqələndirmə Komissiyasının üzvləri tur çərçivəsində
birinci Avropa Oyunlarına hazırlıqlarla bağlı ətraflı məlumat alıblar. Bundan əlavə, onlar birinci Avropa
Oyunlarının Marşrut Şəbəkəsi boyunca hərəkət edərək Bakı Atıcılıq Mərkəzi, Dağ Velosipedi Parkı, Avropa
Oyunları Parkını və digər idman obyektlərini gəziblər. Onlar, həmçinin, “Bakı-2015” Uniforma Paylama və
Akkreditasiya Mərkəzinin açılış mərasimində iştirak ediblər.
Tur çərçivəsində Bakıda yaradılan idman obyektləri ilə tanış olan AOK Əlaqələndirmə Komissiyasının
üzvləri 2012-ci ilin dekabr ayında Bakıya Avropa Oyunlarına ev sahibliyi hüququ verildiyi gündən bəri əldə
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
215
edilmiş möhtəşəm irəliləyişləri yüksək qiymətləndiriblər. Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki
bildirib: “Şəhər unudulmaz tədbirə ev sahibliyi etməyə tam hazırdır. İki il ərzində əldə edilmiş bu qədər
nailiyyətlər Azərbaycanın Oyunları həyata keçirmək üçün göstərdiyi səyləri təsdiqləyir”.
AOK Əlaqələndirmə Komissiyasının sədri Spiros Kapralos isə birinci Avropa Oyunlarına hazırlıqla bağlı
fikirlərini ifadə edərək deyib: “Obyektlərə olan səfərdə dünya səviyyəli idman obyektlərinizdə olan inkişafı
görmək və obyektlər arasındakı Marşrut Şəbəkəsi ilə tanış olmaq mən və mənim Komissiyam üçün
əvəzolunmaz hiss idi”.
“Yeni Azərbaycan”.-2015.-12 fevral.-№ 27.-S.2.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
216
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Rumıniyada “Bakı-2015” ilk Avropa Oyunlarının
təqdimatı keçirilib
Heydər Əliyev Fondunun və Azərbaycanın Rumıniyadakı səfirliyinin birgə təşkilatçılığı, AzərTAc-ın
və Agerpres agentliyinin media dəstəyi ilə Rumıniyanın Milli Olimpiya Komitəsində “Bakı-2015” ilk
Avropa Oyunları ilə bağlı təqdimat mərasimi keçirilib.
Mərasimdə Rumıniyanın idman federasiyalarının rəhbərləri, ilk Avropa Oyunlarında iştirak edəcək rumın
idmançıları, ziyalılar, rəsmi şəxslər, ölkənin qabaqcıl turizm şirkətlərinin rəhbərləri, dövlət və qeyri-dövlət
qurumlarının nümayəndələri, burada yaşayan azərbaycanlılar, jurnalistlər iştirak ediblər.
Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin direktoru İqbal Hacıyev çıxış edərək bu tədbirin ilk
Avropa Oyunları barədə məlumatın rumın ictimaiyyətinə çatdırılması istiqamətində mühüm əhəmiyyət kəsb
etdiyini söyləyib. İ.Hacıyev Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım, Avropa Oyunları Təşkilat
Komitəsinin sədri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın yarışların yüksək səviyyədə
keçirilməsinə göstərdikləri dəstəyi xüsusi vurğulayıb. Direktor yarışların keçirilməsi üçün yeni tikilən və bərpa
olunan idman kompleksləri barədə interaktiv şəkildə məlumat verib. O, həmçinin idmançılar üçün yaradılmış
şərait, Olimpiya şəhərciyi, Bakının gözəlliyi, İçərişəhər, Dənizkənarı park, Heydər Əliyev Beynəlxalq Hava
Limanı, KİV-lər üçün nəzərdə tutulmuş media mərkəzindən bəhs edib.
Sonra Avropa Oyunları barədə film nümayiş etdirilib.
Rumıniya Milli Olimpiya Komitəsinin sədri Alin Petrake, gənclər və idman naziri, Olimpiya çempionu
xanım Qabriela Szabo bu tədbiri təşkil etdiyinə görə Heydər Əliyev Fonduna minnətdarlıqlarını bildiriblər.
Onlar Heydər Əliyev Fondunun Rumıniyada humanitar, sosial, idman sahələrində, Azərbaycanın təbliği, iki
xalq arasında əlaqələrin möhkəmlənməsində apardığı fəal işin yüksək qiymətləndirildiyini vurğulayıblar. “Bakı-
2015" ilk Avropa Oyunlarının gənc idmançıların öz güclərini sınamaları üçün gözəl fürsət olduğu bildirilib,
Azərbaycan dövlətinin idmanın inkişafına diqqət və qayğısı, sağlam cəmiyyətin qurulması istiqamətində
nailiyyətləri yüksək qiymətləndirilib. Rumıniyanın bu idman yarışına böyük heyətlə qatıldığı diqqətə çatdırılıb.
Azərbaycanın Rumıniyadakı səfiri Fərid Abdinbəyov Avropa Oyunlarının idmançıların özlərini sınamaları
və Bakının bu kimi mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi baxımından daha böyük təcrübə
qazanması istiqamətində mühüm tədbir olacağını deyib. Diplomat Azərbaycanın Avropa və dünya miqyaslı
yarışları ən yüksək səviyyədə keçirməsini beynəlxalq idman ictimaiyyətinə sübut etdiyini vurğulayıb.
F.Abdinbəyov Azərbaycanda Olimpiya komplekslərinin yaradılması, ölkədə gənclərin idmana marağının
artması, dövlətin gənclərə diqqət və qayğı göstərməsi barədə məlumat verib.
Azərbaycan Milli Olimpiya Komitəsinin və Atletika Federasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri
Könül Nurullayeva Avropa Oyunlarının yaranması, mahiyyəti, məqsədi, burada təmsil olunan idman növlərinin
sayı barədə məlumat verib. O, bu Oyunların keçirilməsi üçün məhz Bakı şəhərinin seçilməsinin səbəbləri barədə
danışıb, Azərbaycanın hər zaman bu cür yüksək səviyyəli tədbirlər keçirməyə hazır olduğunu vurğulayıb.
Sonra Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin tədbir iştirakçılarına videomüraciəti təqdim
olunub. Patrik Hikki ilk Avropa Oyunlarının təqdimatı ilə bağlı Rumıniyada keçirilən tədbiri yüksək
qiymətləndirib. O, “Bakı-2015" Avropa Oyunları ilə əlaqədar yaradılan Təşkilat Komitəsinə, aparılan yüksək
səviyyəli işlərə görə təşəkkürünü bildirib.
P.Hikki qeyd edib ki, adətən Olimpiya Oyunlarına hazırlıq 7 il çəkir, amma Azərbaycan 3 ildən az bir vaxtda
bu işin öhdəsindən gəldi. O, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi, birinci xanım, Avropa Oyunları
Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın dəstəyi ilə əldə olunan nailiyyətləri xüsusi vurğulayıb. P.Hikki
Avropa Oyunlarında iştirak edəcək idmançılara, eləcə də rumın idmançılarına uğurlar arzulayıb.
Təqdimat mərasimindən sonra Rumıniya Milli Olimpiya Komitəsində ziyafət verilib.
Tədbir Rumıniya KİV-lərində, eləcə də TVR1 televiziya kanalında, Agerpres milli xəbər agentliyinin video
portalında işıqlandırılıb.
“Xalq qəzeti”.-2015.-13 fevral.-N 34.-S.2.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
217
Avropa Oyunları Yunanıstan və Finlandiyada da yayımlanacaq
“Bakı-2015” Əməliyyat Komitəsi birinci Avropa Oyunlarının Yunanıstanda və Finlandiyada nümayişini
təmin etmək üçün yayım sazişləri imzalayıb.
Yunanıstanda ictimai yayımın əsas təminatçısı olan “NERIT” (New Hellenic Radio, Internet and Television)
televiziyası və onlayn platformaları vasitəsilə birinci Avropa Oyunlarının gündəlik olaraq birbaşa yayımı təmin
ediləcək, eyni zamanda möhtəşəm açılış və bağlanış mərasimləri yayımlanacaq.
Finlandiyanın ödənişsiz milli yayım şirkəti olan “Yle” isə açılış və bağlanış mərasimlərinin, eyni zamanda
gündəlik olaraq yarışların birbaşa yayımını təmin edəcək və qarşılaşmaların ən yaddaqalan məqamlarından
ibarət videomaterialları nümayiş etdirəcək. Bu qurum yerli yayım şirkəti olan “İnternational Sports
Broadcasting”in vebsaytı və rəqəmsal platformaları vasitəsilə Oyunların 800 saatlıq birbaşa yayımını da təmin
edəcək.
“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib
ki, Yunanıstanın və Finlandiyanın milli yayım şirkətləri ilə müqavilələrin bağlanması Oyunların Avropada
milyonlarla evdə nümayişinə şərait yaradacaq: “İdmanın sevildiyi ölkələr olan Yunanıstanda və Finlandiyada
azarkeşlər bu yayım sazişləri əsasında təmin ediləcək geniş rəqəmsal yayım vasitəsilə idmançılarının çıxışlarını
dəstəkləyə biləcəklər. Bu, çox gözəl haldır”.
“NERIT” şirkətinin baş direktoru Piter Mais isə bununla bağlı qeyd edib: “Qədim Olimpiya Oyunlarının
vətəni sayılan Yunanıstan dünyada tanınan və dəyər verilən zəngin idman tarixinə malikdir. Birinci Avropa
Oyunları qitənin idman tarixində mühüm məqamdır. Biz Oyunları ölkəmizdə yayımlayacağımız üçün fəxr
edirik”.
“Yle” şirkətinin idman hüquqları və tərəfdaşlar üzrə meneceri Robert Portman bildirib ki, “Bakı-2015”
Avropa Oyunlarının Finlandiyada yayımlanması ölkəmizdəki milyonlarla insanın sevimli idmançılarının
çıxışlarını izləmələrinə imkan yaradacaq: “Birinci Avropa Oyunları gözəl şəhərdə keçirilən möhtəşəm idman
bayramı olacaq. Biz 17 günlük maraqlı yarışları səbirsizliklə gözləyirik”. Avropa Yayım İttifaqının üzvü olan
“NERIT” şirkətinin əsası 2013-cü ilin iyununda - Yunanıstanın keçmiş ictimai yayım təminatçısı “ERT” ləğv
edildikdən sonra qoyulub. Əsası 1926-cı ildə qoyulmuş “Yle” şirkəti də Avropa Yayım İttifaqının üzvüdür.
Şirkət Olimpiya və Qış Olimpiya oyunlarını Finlandiyada yayımlamaq hüququna malikdir.
“Palitra”.-2015.-14 fevral.-№ 29.-S.12.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
218
“İlk Avropa Oyunlarına bütün gənclik töhfəsini verəcək”
Tural Tağıyev
Murad Həsənli: “Sabirabad gəncləri əvvəlki illərlə müqayisədə asudə vaxtlarını səmərəli keçirirlər”
Müsahibimiz Murad Həsənlidir. O, Sabirabad rayon Gənclər və İdman idarəsinin gənclər sahəsi üzrə baş
məsləhətçisidir. Murad Həsənli ilə bölgələrdə gənclər sektoru üzrə görülən işlər, eləcə də ümumilikdə bir sıra
sahələr barədə söhbətləşdik.
- Gənc dövlət qulluqçusunuz. Əvvəlki illərlə nisbətdə gənclərin idarəetməyə daha çox cəlb olunmasına
münasibətinizi bildirərdiniz.
- Haqlısınız. On il əvvəl ilə müqayisədə bu gün gənc kadrlara daha çox yer verilməsi, gənclərin idarəetmə
işlərinə cəlb olunması, onların liderlik qabiliyyətlərinin ortaya qoymaları üçün münbit şəraitin yaradılması
halları çoxalıb. Müxtəlif sahələrdə gənc kadrlar üçün geniş imkanlar açılır ki, onlar özlərini göstərsinlər. Zavod,
fabrik, ümumilikdə sənaye sahəsindən tutmuş, siyasi institutlar və dövlət işlərindəki idarəetmələrə qədər kifayət
qədər perspektivli gənclərin önə çəkilməsi hallarının şahidi oluruq. Ən təqdirəlayiq hal isə odur ki, artıq region
gəncləri on, iyirmi il əvvəl olduğu kimi iş dalınca paytaxta axın etmirlər və ya paytaxtda oxuduqları ali
təhsillərinin bəhrəsini Bakıda axtarmırlar. Onların əksəri artıq elə regionlara qayıtmağa başlayıblar və müxtəlif
sahələrdə işləyirlər. Bu hallar yaşadığım Sabirabad rayonunda da müşahidə olunur.
-Sabirabaddakı sosial vəziyyət haqqında da məlumat verərdiniz.
- Ümumən rayonumuzda son 3 ildə xeyli iş görülüb. Prezident son üç ildə 2 dəfə rayonumuza səfər edib. 3
ildə Heydər Əliyev Mərkəzi, “ASAN Xidmət”, Bayraq Meydanı , yeni uşaq bağçası, bir xeyli məktəb tikilib. Bu
ilin yanvar ayından “ASAN Xidmət”in növbəti regional mərkəzinin fəaliyyətə başlaması ən yaddaqalan
hadisələrdən biri oldu. Burada xeyli gənc çalışır və ya könüllü xidmət göstərirlər. Sabirabad əvvəlki illərdə
olduğu kimi bu gün də özünün inkişaf xəttini davam etdirir. Rayonda bir sıra sosial xarakterli layihələr həyata
keçirilir, yenidənqurma işləri görülür. Gözəl binalar tikilir, köhnə binalarda bərpa işləri aparılıb, parklar salınıb.
Ümumilikdə ölkəmizin davamlı sosial-iqtisadi inkişafında rayonumuzun da payı çoxdur, desəm yanılmaram.
Prezident İlham Əliyev regionlara xüsusi önəm verir, diqqət ayırır və təsadüfi deyil ki, Sabirabadın sosial-
iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər planı haqqında bir neçə dəfə sərəncam olub. Dövlət
başçısının müvafiq sərəncamları rayonda ümumilikdə inkişafın, quruculuq və abadlıq işlərinin sürətlənməsinə
böyük təkan verdi. Bunu Sabirabada gələnlər də qeyd edirlər və müşahidə edirlər. Bildiyiniz kimi, bölgələrdə
uzun illərdən qalma və ən çox narahatlıq doğuran məsələ yolların yüksək səviyyədə olmaması olub. Bu sahə də
dövlət başçısının daim diqqətində olub. Eləcə də Sabirabadda İlham Əliyev sözügedən məsələyə həssas
yanaşdığını göstərmiş oldu. Onun tapşırığı əsasında son illər Sabirabadda yol infrastrukturunun
yaxşılaşdırılması istiqamətində xeyli işlər görüldü. Bundan başqa rayon iqtisadiyyatının əsasını aqrar sahə təşkil
edir ki, ölkənin ərzaq təhlükəsizliyi proqramına sanballı töhfələr verən zəhmətkeş sabirabadlılar qabaqcıl
təcrübəni də tətbiq edərək nailiyyətlər qazanmaqda davam edirlər. Qısası, rayonda görülən işlər haqqında çox
danışmaq olar.
-Bəs çalışdığınız idarə ilə bağlı nə deyə bilərsiniz?
- Çox maraqlı və sözün həqiqi mənasında zövqverici bir sahədə çalışıram. Azərbaycanda gənclər və idman
sektoru özünün inkişaf dövrünü yaşayır. İqtisadiyyatı inkişaf edən bir ölkədə gənclər sektoru xüsusi önəm
daşıyır. Konkret olaraq çalışdığım idarəyə gəldikdə isə idarəmiz hökumətin gənclər və idman siyasətini
Sabirabad rayonunda icra etməklə məşğuldur.
Hazırda Sabirabad rayonunda gənclərin səmərəli fəaliyyəti üçün lazım olan bütün şərait yaradılıb. Rayon
Gənclər Mərkəzi, Olimpiya İdman Kompleksi fəaliyyət göstərir ki, bu da gənclərimizin vaxtlarını səmərəli
keçirmələri üçün böyük əhəmiyyətə malikdir. Region gənclərinin ümumi mənzərəsi paytaxt gənclərindən xeyli
fərqlənir. Region gənclərinin özəlliyi və problemləri də Bakıdakı gənclərindən fərqlidir. Buradakı problemlər
əslində lokal və yerli şəraitlə bağlıdır. Çalışırıq, bu problemlərin həllində biz də öz mühüm töhfələrimizi verək.
Bizim idarə fəaliyyəti daha çox şaxələndirmiş formada aparır. Çalışırıq, müxtəlif maraq qrupunda olan gənclərlə
təması elə gənclərin öz maraqları fonunda aparaq. Bu fəaliyyət mexanizmi çox uğurlu oldu. Müxtəlif maraq
qrupunda olan gənclər idarə ilə çox səmərəli işləyirlər. Artıq həmin maraq qruplarının özlərinin Gənclər
Mərkəzində klubları da var. Könüllülər klubu, İntellektual klub, İT qrupu bundan əlavə Aran Regional Debat
Mərkəzi, Sosial–İqtisad Kollecinin Tələbə Gənclər Təşkilatını misal göstərmək olar. İdarəmiz çalışır ki, gəncləri
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
219
hərtərəfli əhatə etsin, onların bütün problem və məşğuliyyətlərini nəzarətdə saxlasın. Hər qrupun maraqlarına
görə, təlim, konfrans, yarış, turnir, maarifləndirici aksiyalar, yay tətilində onların istirahətləri təşkil olunur.
- Bəs ümumilikdə gənclərimizi daha çox hansı problemlər narahat edir?
-Gənclərimizin problemləri yoxdur desək, bu fikir səmimi çıxmaz. Bu gün rayonumuzda gənclərin asudə
vaxtlarının səmərəli təşkili üçün yaradılan şəraitdən söz açdıqsa narahatlıq doğuran məqamlara da toxunmalıyıq.
Bəzi gənclər neqativ hallara meyilli olurlar. Bu da dünyanın hər yerində belədir. Bunun bir sıra səbəbləri var, ən
əsası da gənclərin boş vaxtlarının çox olması və neqativ hallar üçün münbit şəraitin mövcudluğudur. Sevindirici
haldır ki, 90-cı illərin əvvəllərində olduğu kimi, bu gün tinlərdə dayanan mənfi istiqamətlərə yönlənmiş gənclər
xeyli sayda azalıb. Əsas odur ki, bu halın çoxalmaması üçün münbit şəraitin yaranmasına bundan sonra da
imkan verməyək. Gəncləri, xüsusən gənc ailələri mənzil problemi də narahat edir. Ümid edirik ki, hökumət
ipoteka şərtlərini sadələşdirəcək, regionlarda karyera quran gənclər üçün xüsusi güzəştlər də ediləcək bu sahədə.
- Azərbaycanda beynəlxalq tədbirlər, mötəbər idman yarışlarının keçirilməsi adi hal alıb. Gənc dövlət
qulluqçusu kimi gənclərimizin bu tədbirlərə verdiyi töhfələri necə qiymətləndirərdiniz?
- Doğrudan da mötəbər yarışların bir-birinin ardınca keçirilməsi Azərbaycan üçün xeyli müsbət məqamlar
ortaya qoyub. Bu həm tanıtım baxımından, həm də iqtisadiyyata müsbət təsir mənasında çox vacibdir.
Gənclərimiz daim bu tip tədbirlərin iştirakçısı olmasına can atıblar. Ən maraqlı və sevindirici hal isə budur ki,
mötəbər bir beynəlxalq tədbir- Avropa Oyunları təkcə paytaxta deyil, bölgələrə də siraət edəcək. Bu həqiqətən
də çox vacib haldır. Mingəçevirin də bu beynəlxalq yarışın bir hissəsi olması yarışa ev sahibliyi edən bir ölkə
rəhbərliyinin uzaqgörənliyi və düzgün xətt tutmalarından xəbər verdi. Həmişə Azərbaycana tədbirlərə gələnlər
yalnız Bakını görüb geri dönürdülərsə, artıq bu ənənə mötəbər yarışlarda pozulacaq. Yəni Vətənimizdə qəbul
edəcəyimiz qonaqlar görməli yerlərlə tanış olacaqlar, onlar regionlara çıxmaqla gördükləri haqda öz ölkələrində
ağız dolusu danışa biləcəklər. Gənclərimiz də bu tədbirlərə tam hazır olmalıdırlar. Hər bir gənc çalışdığı sahədə
işinin peşəkarı olmalıdır ki, bu kimi beynəlxalq tədbirlərin təşkilində hər şey yüksək səviyyədə olsun. Bir
məqamı da qeyd edim ki, ən sevindirici hallardan biri artıq beynəlxalq dil olan ingilis dilini ölkəmizdə gənclərin
demək olar ki böyük əksəri bilir. Bu da vacib məqamdır. Könüllülər seçilərkən bu məqama da xüsusi önəm
verilir. Könüllülərin bu tədbirlərə verəcəkləri töhfəni isə qiymətləndirməmək düzgün olmazdı. Məncə, hər şey
ən yüksək səviyyədə olacaq. Çünki bütün təşkilati işlər yüksək səviyyədə qurulub və yayda bu mötəbər tədbirə
ən böyük töhfəni təkcə gənc idmançılarımız və təşkilatçılar deyil, ümumilikdə gənclik də verəcək!
Dostları ilə paylaş: |