Məlumdur ki, son illərdə Azərbaycan mötəbər beynəlxalq tədbirlərin, idman yarışlarının keçirildiyi məkana
çevrilib. Bir qayda olaraq ölkəmiz beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edir. Bu cəhətdən birinci
Avropa Oyunları da istisna təşkil etməyəcək. Azərbaycan birinci Avropa Oyunlarını Yay Olimpiya Oyunları
səviyyəsində keçirmək əzmindədir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin yuxarıda haqqında bəhs olunan
iclasında Avropa Oyunlarının tarixdə ilk dəfə ölkəmizdə keçirildiyinə diqqət çəkərək bildirib ki, bu yarışların
standartları da məhz Bakıda yaranacaq: “Biz Avropa Oyunlarını Yay Olimpiya Oyunlarının səviyyəsində
keçirmək əzmindəyik. Bu Oyunlar bir Avropa bayramına çevrilməlidir. Azərbaycan burada yenə də liderlik
keyfiyyətlərini göstərir. Çünki Avropa Oyunlarının standartları əslində Bakıda qoyulacaq. Çünki heç vaxt bu
günə qədər belə oyunlar keçirilməmişdir. Bu oyunlar müxtəlif səviyyədə keçirilə bilərdi. Ancaq biz istəyirik ki,
bu möhtəşəm idman bayramı möhtəşəm dostluq bayramına çevrilsin. Buna böyük ehtiyac var”.
Öz növbəsində “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva da
Bakıda keçiriləcək yarışların Avropanın idman tarixində hadisəyə çevriləcəyinə əminliyini ifadə edib: “Bu
oyunlar Avropa idmanında tarixi hadisə olacaq. Azərbaycan üçün bu, ölkəmiz, ənənələrimiz, mədəniyyətimiz və
tarixi köklərimizi daha çox tanıtmaq üçün yaxşı imkandır”.
“Yeni Azərbaycan”.-2015.-7 fevral.-№ 24.-S.3.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
206
“Bakı-2015” birinci Avropa Oyunlarının təşkili işinə tələbə könüllülərin cəlb olunması məsələsi
müzakirə edilib
Təhsil Nazirliyində bu qurumun tabeliyində olan ali təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.
Nazirlikdən bildiriblər ki, görüşdə iyunun 12-dən 28-dək keçiriləcək “Bakı-2015” birinci Avropa
Oyunlarının təşkili işinə tələbə könüllülərin cəlb olunması və digər aidiyyəti məsələlər müzakirə edilib.
Təhsil naziri Mikayıl Cabbarov Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarının tarixi əhəmiyyətini,
oyunların uğurla keçirilməsinin vacib hissəsinin könüllülərin işi olduğunu qeyd edib. Bildirilib ki, bu sırada
tələbələrin xüsusi yeri vardır. Dünyanın müxtəlif ölkələrində irimiqyaslı tədbirlərin keçirilməsinə tələbə
könüllülərin cəlb olunması və bu işin əlaqələndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu fəaliyyət ictimai
maraqlara xidmət etməklə yanaşı, tələbələrin öz bacarıqlarını inkişaf etdirmək, iş təcrübəsi qazanmaq, yeni
insanlarla tanış olmaq baxımından da faydalıdır.
Nazir bildirib ki, Azərbaycanda da mütəmadi keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərə könüllülərin cəlb
olunması ənənəsi vardır. Bu təcrübədən birinci Avropa Oyunları zamanı faydalanmaq, eləcə də könüllülük
fəaliyyətinin əlaqələndirilməsi vacib məsələlərdəndir.
Tədbirdə ali təhsil müəssisələrinin rəhbərləri qeyd ediblər ki, birinci Avropa Oyunlarında tələbələrin könüllü
kimi iştirakına maraq genişdir.
Könüllü olacaq tələbələr müvafiq təlimlər keçəcək, tədbirlərdə iştirak tarixinə, vəzifə funksiyalarına və
xidmət yerlərinə görə şərti olaraq üç qrupa bölünəcəklər. Birinci qrup iyunun 12-də açılış və iyunun 28-də
bağlanış mərasimlərində iştirak edəcək. İkinci qrupun köməyindən iyunun 1-dən 30-dək bütövlükdə Avropa
Oyunları müddətində istifadə edilməsi nəzərdə tutulub. Üçüncü qrup isə hazırlıq işlərinə qatılacaq.
Bu fəaliyyətin əlaqələndirilməsi və Bakı Avropa Oyunları üzrə Əməliyyat Komitəsi (BAOƏK) ilə əlaqənin
təmini üçün ali təhsil müəssisələrində əlaqələndirici nümayəndə təyin olunacaq.
Xatırladaq ki, Avropa Oyunları bu qitəni əhatə edən 49 ölkədən olan atletlər üçün çoxnövlü idman tədbiridir
və dörd ildə bir dəfə keçiriləcək. İlk Avropa Oyunlarının keçirilməsi hüququ Azərbaycana verilib.
“İki sahil”.-2015.-10 fevral.-№ 25.-S.14.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
207
London Yay Olimpiya Oyunlarının çempionu “Bakı-2015”in elçisi elan edilib
Fevralın 11-də Avropa Oyunları Əməliyyat Komitəsi britaniyalı taekvondoçu Ceyd Consun “Bakı-
2015”in beynəlxalq idman elçisi olacağını elan edib.
“Bakı-2015”dən AzərTAc-a bildiriblər ki, Ceyd Cons 2012-ci il XXX London Yay Olimpiya Oyunlarında
57 kiloqram çəki dərəcəsində Böyük Britaniyanın taekvondo üzrə qızıl medal qazanmış ilk idmançısı olub. O,
həmçinin 2011-ci ildə Koreya Respublikasının Cyoncu şəhərində keçirilən taekvondo üzrə dünya çempionatında
gümüş medal qazanıb. İdmançı növbəti gümüş medala isə keçən ilin mayında Bakıda keçirilən taekvondo üzrə
Avropa çempionatında layiq görülüb.
“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bu
barədə deyib: “Belə məşhur Olimpiya çempionunun “Bakı-2015”in elçisi olması ilk Avropa Oyunları üçün
böyük nailiyyətdir. Bu, yüksək səviyyəli peşəkar idmançıların Oyunlara cəlb ediləcəyinə sübutdur. Əminəm ki,
Ceyd Cons beynəlxalq idman elçisi kimi, Avropa Oyunlarını Böyük Britaniyada uğurla təbliğ edəcək. Biz onun
bu yay Bakıda keçiriləcək Avropa Oyunlarında müvəffəqiyyətlə çıxış edəcəyinə ümid bəsləyirik”.
İyirmi yaşlı Ceyd Cons isə bununla əlaqədar bildirib: “Bakı-2015” Avropa Oyunlarının idman elçisi adına
layiq görüldüyümə görə çox şadam. Avropa Oyunlarını təbliğ etmək mənim üçün böyük şərəfdir. Qitənin
çoxnövlü idman yarışlarının keçirilməsi avropalı atletlər üçün çox vacibdir. Əsas hədəfim taekvondo üzrə
birinci Avropa Oyunlarının çempionu olmaqdır”.
Britaniya Olimpiya Assosiasiyasının “Bakı-2015”ə qatılacaq nümayəndə heyətinin rəhbəri Mark Enqland
qeyd edib: “Ceyd Consun “Bakı-2015”in beynəlxalq idman elçisi olması britaniyalı idmançıların Avropa
Oyunlarına həvəsini əks etdirir. Britaniyanın çox güclü idman ənənəsi var. İdman elçisi proqramı qarşıdan gələn
Avropa Oyunları barədə ölkədə maraq və həyəcan yaratmağa kömək edəcək”.
Ceyd Cons “Bakı-2015” ilk Avropa Oyunlarının idman elçiləri seçilmiş fransalı bədii gimnast Kseniya
Mustafayeva, danimarkalı kanoe sprintçi Rene Holten Poulsen və Serbiyanın basketbol 3x3 komandasının
üzvləri Duşan Domoviç Bulut, Marko Saviç, Marko Zdero və Dejan Majstoroviçə qoşulur. Oyunların digər
idman elçilərinin adları yaxın vaxtda açıqlanacaq.
“Bakı-2015”in beynəlxalq elçiləri öz idman növlərini təmsil və ilk Avropa Oyunlarını təbliğ etmək üçün
bütün qitədə, o cümlədən mediada həyata keçirilən geniş marketinq kampaniyalarına qatılacaqlar.
“Azərbaycan”.-2015.-12 fevral.-N 33.-S.12.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
208
Möhtəşəm idman bayramının
11 YERLİ ELÇİSİ
“Bakı-2015” ilk Avropa Oyunlarının elçiləri olacaq 11 Azərbaycan idmançısının adı hamıya
məlumdur. Onlar öz idman növlərini, ölkəmizi təmsil etmək üçün seçiliblər və qarşıdan gələn oyunlarla
bağlı marketinq kampaniyalarında, həmçinin “Bakı-2015”in geniş şəkildə qeyd ediləcək möhtəşəm
tədbirlərində iştirak edəcəklər. Onları tanıyaq.
Rövşən BAYRAMOV
Güləşin yunan-Roma növü ilə məşğul olan idmançımız. Olimpiya Oyunlarının ikiqat gümüş mükafatçısı
(Pekin-2008, London-2012), dünya çempionu (2011), gümüş (2006) və bürünc medalçısı (2009), ikiqat Avropa
çempionu (2007, 2008) və bürünc medalçısı (2006), hərbçilərin dünya çempionatının qalibi (2006), ümummilli
lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qızıl Qran-pri” Beynəlxalq turnirinin üçqat qalibi (2006, 2008,
2011), gənclər arasında dünya çempionu (2003) və bürünc medalçısı (2005), yeniyetmələr arasında Avropa
çempionatının ikiqat bürünc medalçısıdır (2002, 2003). 2008-ci ildə “Tərəqqi” medalı, 2012-ci ildə
“Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.
Mariya STADNİK
Qadın güləşi üzrə Olimpiya Oyunlarının gümüş (London-2012) və bürünc mükafatçısı (Pekin-2008), dünya
çempionu (2009), gümüş (2011) və bürünc medalçısı (2014), dördqat Avropa çempionu (2008, 2009, 2011,
2014), ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qızıl Qran-pri” Beynəlxalq turnirinin üçqat
qalibi (2008, 2011, 2014) və bürünc medalçısı (2009), gənclər arasında Avropa çempionudur (2008). 2008-ci
ildə “Tərəqqi” medalı, 2012-ci ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.
Murad SULTANOV
Dağ velosipedi üzrə yığma komandamızın üzvüdür. 20 yaşlı idmançı ölkəmizdə yenicə populyarlıq
qazanmağa başlayan dağ velosipedi idman növü üzrə iyunda keçirilən ilk Azərbaycan çempionatının bürünc
mükafatçısıdır. Bundan başqa, Murad oktyabrda təşkil olunmuş dağ velosipedi üzrə “Bakı-2015” ilk Avropa
Oyunlarının sınaq yarışının da iştirakçısı olub.
Marina DURUNDA
Bədii gimnastika üzrə ikiqat Azərbaycan çempionudur və bir neçə dəfə dünya kubokunda iştirak edib. 2014-
cü ildə Türkiyənin İzmir şəhərində keçirilmiş dünya çempionatında inamlı çıxışı ilə yadda qalıb. Marina çox
həyəcanlıdır və fəxr edir ki, birinci Avropa Oyunları məhz Bakıda keçiriləcək.
Elgün ƏLİZADƏ
Velosiped idmanı üzrə Azərbaycanın gənclər yığmasının üzvüdür. 18 yaşlı velosipedçimizin ən böyük uğuru
ötən ilin yayında keçirilən Avropa çempionatına təsadüf edir. Qrup yarışlarında 12-ci yeri tutan gənc
istedadımız hələ ki, Azərbaycan velosiped idmanı tarixində ən yüksək nəticəyə imza atıb. Bundan başqa, Elgün
cüt və qrup ötüşməsi üzrə, həmçinin çoxgünlük ötüşmələr üzrə Azərbaycan çempionatının da qalibidir.
Nazim BABAYEV
Uzunluğa və üç təkanla tullanma üzrə idmançıdır və ötən il Çinin Nankin şəhərində keçirilmiş
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında bürünc medal əldə edib. Nazimin fikrincə, onun bu idman növündə
çətinliyi tullanarkən bədənin üzərinə düşən ağırlığın öhdəsindən gələ bilməkdir.
Elmar QASIMOV
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
209
Azərbaycanın peşəkar cüdo idmançısıdır. Kişilər arasında Avropa çempionatının gümüş mükafatçısıdır.
Onun fikrincə, cüdoda əsas çətinlik nə qədər irəlidə olsan belə, oyunun sonuna kimi uduzmaq riskinin davam
etməsidir.
Ceyran ƏLİYEVA
Milli komandamızın aparıcı voleybolçularından biridir. Dünya kuboku uğrunda yarışlarda millimizin şərəfini
qoruyub. Qeyd edir ki, oyun zamanı top zərbələrinin qarşısını alarkən yıxılmaq bu idman növünün ən böyük
çətinliklərindəndir.
Sabina MİKİNA
Qılıncoynatma üzrə peşəkar idmançıdır və 2012-ci ildə Londonda keçirilmiş Olimpiya Oyunlarında
mübarizə aparıb. Onun indiyədək ən böyük uğuru 2011-ci ildə keçirilmiş dünya çempionatında 4-cü yerə layiq
görülməsidir. Onun fikrincə, bu idman növündə ən əsas çətinlik psixoloji gərginlikdir, ancaq qələbə ilə bütün
çətinliklər unudulur.
Alim HƏMZƏYEV
Azərbaycanın tanınmış 3x3 basketbol oyunçusudur. Ən böyük uğuru Avropa İnkişaf Kubokunu 2 dəfə
ardıcıl olaraq qazanmasıdır.
Suqraxanım MÜQABİLZADƏ
Azərbaycanı kamandan oxatma üzrə yeniyetmələr arasında keçirilən “Nankinq-2014” Olimpiya Oyunlarında
təmsil etmiş və Bakıda keçirilən Federasiyalar Kubokunda 3-cü yerə layiq görülməklə ən böyük uğurlarına imza
atmışdır. Oyunlarda yüksək nəticə göstərmək isə onun ən çox qənaətbəxş olduğu bir andır.
“Azərbaycan”.-2015.-12 fevral.-N 33.-S.9.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
210
Dünyanın ən modern idman saraylarından biri
Qitənin ən nüfuzlu idman tədbirinin başlamasına beş aydan az vaxt qalıb. Bu möhtəşəm idman
bayramına hazırlıq işləri də artıq yekunlaşmaq üzrədir.
Artıq idman qurğularında son təkmilləşdirilmə işləri aparılır. Belə obyektlərdən biri də Bakı İdman
Sarayıdır. Keçdiyimiz günlərdə Prezident İlham Əliyev və xanımı, “Bakı-2015” birinci Avropa Oyunları
Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva bu idman obyektində həyata keçirilən əsaslı yenidənqurma
işlərinin gedişi ilə tanış olublar. Ötən ilin yanvarında başlayan təmir işlərindən sonra binada Olimpiya və
Paralimpiya oyunlarının keçirilməsi üçün bütün şərait yaradılacaq, ilk Avropa Oyunlarının badminton və
stolüstü tennis yarışlarının burada keçirilməsi nəzərdə tutulur.
Tamaşaçı yerlərinin sayının artırılması üçün zalda əlavə olaraq ikitərəfli tribuna inşa edilib. Zalda
oturacaqların sayı təmirdən əvvəl 1100 idisə, yenidənqurmadan sonra bu rəqəm 1736-ya çatdırılıb. Badminton
və stolüstü tennis yarışlarının keçirildiyi yerlərlə bağlı Beynəlxalq federasiyaların tələbləri nəzərə alınaraq
burada xüsusi idarəetmə sistemi, hava axınını üfüqi istiqamətdə bərabər şəkildə tənzimləyən havalandırma
sistemi qurulub.
Sonda onu da qeyd edək ki, “Bakı-2015” həyəcanı yaxınlaşdıqca ölkəmizdə bu idman yarışlarına maraq daha
da artır. Paytaxtımız növbəti dəfə dünya idmanının mərkəzinə çevriləcək. Bundan başqa, oyunlar Azərbaycanda
digər sahələrin də inkişafına təkan verəcək. Avropa Oyunlarının keçirilməsində əldə edəcəyimiz təcrübə
gələcəkdə digər mötəbər turnirlərə ev sahibliyi etməyimizə şərait yaradacaq.
“Azərbaycan”.-2015.-12 fevral.-N 33.-S.9.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
211
“Bakı-2015" Olimpiya tarixində örnək olacaq
Bu il ilk dəfə təşkil olunacaq birinci Avropa Oyunları ilə qitənin idman tarixində yeni səhifə açılacaq.
Şübhə etməmək olar ki, bu mötəbər turnirdən sonra Azərbaycanın idman ölkəsi kimi nüfuzu qitənin
sərhədlərini də aşaraq dünyada ikiqat artacaq. Azərbaycan yarışların beynəlxalq standartlara uyğun
şəkildə təşkili ilə bir daha dünyaya bəyan edəcək ki, onun imkanlarına inananlar tamamilə haqlıdırlar.
Sevindirici haldır ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Milli Olimpiya Komitəsinin qazandığı
nüfuz, göstərdiyi fəaliyyət beynəlxalq idman təşkilatları tərəfindən dəstəklənir və ən yüksək qiymətə layiq
görülür. Bu il şahmat üzrə Dünya Kubokunun, 2016-cı ildə Şahmat Olimpiadasının, 2017-ci ildə IV İslam
Həmrəyliyi Oyunlarının və futbol üzrə AÇ-2020-nin final mərhələsinin dörd oyununun Bakıda keçirilməsi
dünya idman ictimaiyyətinin ölkəmizə marağının artmasından irəli gəlir.
Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri cənab İlham Əliyevin və “Bakı-2015” Avropa
Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın artıq dəfələrlə qeyd etdikləri kimi, ölkəmiz ilk
Avropa Oyunlarını Yay Olimpiya Oyunları səviyyəsində keçirməyi qarşısına məqsəd qoyub. Bunun məhz belə
olacağına bizim özümüzlə yanaşı, demək olar ki, hər gün qonağımız olub idman obyektlərinə baş çəkən
beynəlxalq idman təşkilatlarının nümayəndələri də qəti əmindirlər.
Bu gün “Bakı-2015” Avropa Oyunlarının qitənin aparıcı şəhərlərində təqdimatı davam edir. Növbəti
təqdimat Davos İqtisadi Forumu çərçivəsində keçirilmişdir. Davosdakı təqdimat mərasiminə İsveçrənin ictimai-
siyasi dairələrinin, beynəlxalq idman ictimaiyyətinin nümayəndələri, Dünya İqtisadi Forumunda iştirak edən
xarici ölkələrin təmsilçiləri qatılmışdılar.
Təqdimatda çıxış edərkən Avropa Olimpiya Komitəsinin bu qərarının qəbul edilməsində əsas səbəb olan
amillərə toxunan Prezident İlham Əliyev ölkəmizin bu tədbiri yüksək səviyyədə keçirəcəyini bildirdi:
“Fikrimcə, bu oyunların Bakıda keçirilməsi haqqında qəbul edilmiş qərarın bir səbəbi də atletlərimizin
nailiyyətləri ilə bağlıdır... Digər səbəb Azərbaycanın sürətli inkişafı ilə bağlıdır. Müstəqillik illəri, xüsusən də
son on il ərzində iqtisadiyyatımız üç dəfədən çox artıb. Davos Dünya İqtisadi Forumu qlobal rəqabətlilik
reytinqinə görə Azərbaycanı 38-ci yerdə qərarlaşdırır. İqtisadi inkişaf və müasir infrastruktur Oyunların Bakıda
keçirilməsi barədə qərarın qəbulunda rol oynadı”.
Prezident İlham Əliyev ilk Avropa Oyunlarının Avropanın idman tarixində yeni səhifə açacağını, gələcək
oyunların səviyyəsini, standartlarını müəyyən edəcəyini bildirdi: “Ümidvarıq ki, bütün ölkələr bu oyunlara
güclü atletlərini göndərəcəklər. Çünki Avropa Oyunlarının standartları müəyyən dərəcədə məhz Bakıda
müəyyənləşdiriləcək. Oyunların təşkil edilməsi forması ola bilsin ki, digər şəhərlər üçün də örnək olacaq”.
“ Azərbaycan”.-2015.-12 fevral.-N 33.-S.9.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
212
Azərbaycan birinci Avropa Oyunlarına tam hazırdır
Mübariz Abdullayev
“Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva: Bu Oyunlar
bütün iştirakçıları birləşdirəcək və yeni idman ənənəsi üçün güclü təməl yaradacaq
Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət sayəsində regional və
qlobal miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artan, bütün dünyada etibarlı tərəfdaş imici qazanan Azərbaycan
mötəbər beynəlxalq tədbirlərin, nüfuzlu idman yarışlarının keçirildiyi məkana çevrilib. Hazırda isə ölkəmiz cari
ilin yayında Bakıda keçiriləcək birinci Avropa Oyunlarının həyəcanı ərəfəsindədir.
Xatırladaq ki, birinci Avropa Oyunlarının 2015-ci ilin yayında Bakıda keçirilməsi barədə qərar 2012-ci ilin
dekabrında Avropa Olimpiya Komitəsinin (AOK) Baş Məclisində qəbul edilib. Avropanın idman-olimpiya
ailəsi Bakının namizədliyini böyük səs çoxluğu ilə dəstəkləyib. Bakıda keçiriləcək yarışlarda Avropa Olimpiya
Komitəsinə üzv olan bütün ölkələrin iştirakı gözlənilir. Avropa Olimpiya Komitəsi ilə əldə olunmuş razılığa
əsasən, Bakıda keçiriləcək yarışlara 49 ölkədən 20 idman növü üzrə 6 mindən çox atlet qatılacaq. Təşkilatçılar
bəyan ediblər ki, “Bakı-2015” oyunlarından 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarına
kvalifikasiya platforması qismində istifadə ediləcək. Belə ki, birinci Avropa Oyunları çərçivəsində keçiriləcək
yarışlardan 16-sı olimpiya idman növüdür. Buraya velosiped idman növü, güllə atıcılığı, üzgüçülük, stolüstü
tennis, taekvando, triatlon və digər idman növləri daxildir.
Azərbaycan birinci Avropa Oyunlarına böyük məsuliyyətlə hazırlaşır
Yuxarıda deyilənlərdən də göründüyü kimi, cari ilin yayında ölkəmizin paytaxtında keçiriləcək birinci
Avropa Oyunlarının miqyası kifayət qədər böyükdür. Təsadüfi deyil ki, Avropa Olimpiya Komitəsinin
prezidenti Patrik Hikki birinci Avropa Oyunlarının çox innovativ olacağını və adi yarışmalarda olmayan
müxtəlif idman növləri ilə seçiləcəyini xüsusi nəzərə çatdırıb. AOK-in rəsmisi bildirib ki, onların sayəsində
atletlər gələcək Olimpiya Oyunları üçün nəticələri daha da yaxşılaşdıracaqlar: “Sonra onlar 2016-cı ildə Rioya,
2020-ci ildə Tokioya gedəcəklər və ən yüksək idman nailiyyətlərinə daha yaxşı hazırlaşacaqlar”.
Xüsusi olaraq vurğulamaq yerinə düşər ki, Azərbaycan Avropanın tarixində ilk dəfə keçiriləcək bu yarışmanı
yay Olimpiya Oyunları səviyyəsində keçirmək əzmindədir. Prezident İlham Əliyevin vurğuladığı kimi, gələcək
Avropa Oyunlarının standartları məhz Bakıda müəyyənləşəcək: “Biz Avropa Oyunlarını Yay Olimpiya
Oyunlarının səviyyəsində keçirmək əzmindəyik. Bu Oyunlar bir Avropa bayramına çevrilməlidir. Azərbaycan
burada yenə də liderlik keyfiyyətlərini göstərir. Çünki Avropa Oyunlarının standartları, əslində Bakıda
qoyulacaq. Çünki heç vaxt bu günə qədər belə oyunlar keçirilməmişdir. Bu oyunlar müxtəlif səviyyədə keçirilə
bilərdi. Ancaq biz istəyirik ki, bu möhtəşəm idman bayramı möhtəşəm dostluq bayramına çevrilsin. Buna böyük
ehtiyac var”.
Qeyd etmək xoşdur ki, Avropa Olimpiya Komitəsi birinci Avropa Oyunlarının Bakıda keçirilməsinə qərar
verdikdən sonra ötən müddətdə bu mötəbər idman yarışmasına hazırlıqla bağlı respublikamızda genişmiqyaslı
işlər həyata keçirilib. Yəni, ölkəmiz tarixdə ilk dəfə təşkil olunan birinci Avropa Oyunlarına böyük məsuliyyətlə
hazırlaşır. Bütün hazırlıq işləri isə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-
nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbərlik etdiyi “Bakı-
2015” birinci Avropa Oyunları Təşkilat Komitəsi tərəfindən həyata keçirilir. “Bakı-2015” birinci Avropa
Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva Təşkilat Komitəsinin hələ 2013-cü il 2 fevral
tarixində keçirilən ilk iclasında birinci Avropa Oyunlarının Bakıda keçirilməsinə qərar verilməsini ölkəmiz üçün
yüksək etimad kimi dəyərləndirmişdi: “Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ölkəmiz üçün,
ümumiyyətlə, bütün Avropa Olimpiya hərəkatı üçün tarixi hadisədir. Regionun lider dövlətinə çevrilən
Azərbaycanın sürətli inkişafı, dünya birliyində tutduğu mövqe, mövcud ictimai-siyasi sabitlik beynəlxalq
ictimaiyyətdə əminlik yaradıb ki, ölkəmiz bu mötəbər tədbirə uğurla ev sahibliyi edə bilər”.
Beləliklə, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsinin üzvləri
hazırlıq işlərinə start verdikləri ilk gündən öz fəaliyyətlərində Avropa idman ailəsinin ölkəmizə göstərdikləri
yüksək etimadı doğrultmağa çalışıblar. Bakıda birinci Avropa Oyunları ilə əlaqədar həyata keçirilən
infrastruktur layihələri, yeni idman arenalarının inşası, mövcud obyektlərdə əsaslı yenidənqurma işlərinin
aparılması, atletlər kəndinin hazırlanması, digər çoxsaylı tədbirlərin əlaqələndirilməsi və qısa müddətdə
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
213
reallaşdırılması Mehriban xanım Əliyevanın rəhbərliyi altında çalışan “Bakı-2015” birinci Avropa Oyunları
Təşkilat Komitəsinin fəaliyyətinin miqyası barədə konkret təsəvvür yaradır.
Avropa Olimpiya Komitəsinin rəsmilərinin də vurğuladıqları kimi, Avropa Oyunları miqyasında yarışların
təşkil edilməsi üçün ev sahibliyi etmək hüququ qazanan ölkələrə adətən 7 il vaxt verilir, Azərbaycanın isə bütün
hazırlıq işlərini həyata keçirmək üçün cəmi 30 ay vaxtı olub. Lakin Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi
işgüzar komandanın böyük əzmkarlığı sayəsində Azərbaycan birinci Avropa Oyunlarına hazırlığı yüksək
səviyyədə həyata keçirməkdədir. Artıq ölkəmiz Avropanın tarixində ilk dəfə keçiriləcək birinci Olimpiya
Oyunlarına ev sahibliyi etməyə tam hazırdır.
Heç şübhəsiz, birinci Avropa Oyunlarına hazırlığın yüksək səviyyədə həyata keçirilməsində “Bakı-2015”
birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın yüksək təşkilatçılığı və hər bir
işə böyük məsuliyyətlə yanaşması müstəsna rol oynayır. Qeyd etmək yerinə düşər ki, bundan əvvəl Bakıda
keçirilən “Eurovision-2012” beynəlxalq mahnı müsabiqəsinə hazırlıq işləri də məhz ölkəmizin birinci xanımı
Mehriban Əliyevanın rəhbərliyi altında reallaşdırılıb. Yüksək hazırlıq sayəsində Bakıda keçirilən “Eurovision-
2012” iştirakçılar tərəfindən ən yaxşı mahnı müsabiqəsi kimi dəyərləndirildi. Mehriban xanım Əliyevanın
rəhbərliyi altında işləyən komanda cari ilin yayında Bakıda keçiriləcək birinci Avropa Oyunlarına da eyni
yüksək məsuliyyətlə və peşəkarlıqla yanaşır. Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva birinci
Avropa Oyunları ilə əlaqədar Bakıda tikilən və yaxud yenidən qurulan bütün idman obyektlərində işlərin gedişi
ilə şəxsən tanış olub və inşaatçılara öz tövsiyələrini verib. Mehriban xanım Əliyeva Avropa Olimpiya
Komitəsinin Əlaqələndirmə Komissiyasının bu günlərdə Bakıda keçirilən V iclasında ölkəmizin birinci Avropa
Oyunlarına böyük məsuliyyət hissi ilə hazırlaşdığını bir daha nəzərə çatdırıb. O, iclasda iştirak edən Avropa
Olimpiya Komitəsinin rəsmilərinə xitabən deyib: “Siz 2012-ci ilin dekabrında Bakını birinci Avropa Oyunlarına
ev sahibliyi etmək üçün seçəndən ölkəmiz Avropanın qürur duyacağı yüksək səviyyəli beynəlxalq tədbiri təşkil
etməklə məşğul olub. Bu oyunlar Avropa idmanında tarixi hadisə olacaq. Azərbaycan üçün bu, ölkəmiz,
ənənələrimiz, mədəniyyətimiz və tarixi köklərimizi daha çox tanıtmaq üçün yaxşı imkandır. Biz ilk Oyunların
keçirilməsinin şərəfli və məsuliyyətli iş olduğunu qəbul edirik. Siz bu gün və sabah bizə olan etimadınızın əbəs
olmadığını görəcəksiniz. Baxmayaraq ki, qarşıdakı bir neçə ay ərzində planlarımıza son ştrixləri vurmalıyıq,
ümidvaram ki, biz hamımız indiyədək əldə olunan əhəmiyyətli nailiyyətlərlə fəxr edə bilərik”.
Beləliklə, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi altında çalışan komanda birinci Avropa
Oyunlarına hazırlığın əsas mərhələsini uğurla yekunlaşdırıb. Nəzərdə tutulan bütün tədbirlər qrafik üzrə yerinə
yetirilib. Yarışların keçiriləcəyi bir sıra məkanlarda işlər tam başa çatdırılıb. Fevralın sonunadək bütün idman
məkanlarının daimi bazasının tikintisinin yekunlaşdırılması nəzərdə tutulub. Hazır olan idman qurğularında
yayda birinci Avropa Oyunlarında idmançıların yüksək səviyyədə çıxış etmələrinə imkan yaratmaq üçün
sınaqlar keçirilir. Ümumiyyətlə, rəsmi yarışlar başlayanadək müxtəlif idman obyektlərində 35 sınaq tədbiri və
sınaq yarışması keçirilməsi nəzərdə tutulub. Bundan başqa, ən yüksək dünya standartları səviyyəsində yaradılan
atletlər kəndi də birinci Avropa Oyunlarının iştirakçılarının istifadəsinə veriləcək. Atletlər kəndi 7300 çarpayısı
olan 1000-dən artıq mənzildən ibarətdir.
Dostları ilə paylaş: |