İxtisas: Azərbaycan dili və ədəbiyyat müəllimi Kurs: II qrup: am 203 Fənn: Dialektologiya Müəllim



Yüklə 29,07 Kb.
səhifə1/5
tarix18.11.2022
ölçüsü29,07 Kb.
#69813
  1   2   3   4   5
dialektologiya


Azərbaycan Respublikası Təhsil Nazirliyi
Bakı Slavyan Universiteti
Fakültə: Filologiya
İxtisas: Azərbaycan dili və ədəbiyyat müəllimi
Kurs: II
Qrup: AM 203
Fənn: Dialektologiya
Müəllim: Qafarov Namiq
Tələbə: Aslanova Brilyant

Bakı – 2022
1.Şimal – şərq qrupu şivələrinin fonetik xüsusiyyətləri
Azərbaycan dilinin dialekt və şivələrinin təsnifi, əsasən coğrafi əlamətlərə görə aparılmışdır:

  1. şərq qrupu dialekt və şivələri (Bakı, Quba, Şamaxı dialektləri və Lənkəran, Muğan şivələri);

  2. qərb qrupu dialekt və şivələri (Gəncə, Qazax, Qarabağ dialektləri və ayrım şivəsi);

  3. şimal qrupu dialekt və şivələri (Şəki dialekti, Zaqatala-Qax şivəsi);

  4. cənub qrupu dialekt və şivələri (Naxçıvan, Ordubad dialektləri).

Bu dialekt və şivələr həm Azərbaycan ədəbi dilindən, həm də bir-birilərindən müəyyən əlamətlərə görə seçilir.
Azərbaycan dilinin dialekt bölünməsi (üzvlənməsi) nisbi yekcinsliyi olan üç ləhcədən–şimal-şərq, qərb, cənub ləhcələrindən və dialekt xüsusiyyətlər baxımından qarışıq tipdə olan şimal-qərb şivələri qurupundan ibarətdir. Müxtəlif ləhcələrin əlamətlərini özündə birləşdirən şimalqərb şivələri dildə xüsusi ləhcə yaratmır. «- deyə qeyd etmişdir. Beləliklə E.Əzizov üç ləhcəni və ləhcələri də öz daxilində şivələrə bölmüşdür:
1. Şimal-şərq ləhcəsi. Bu ləhcə Kür çayından şimaldakı ərazinin şimal-şərq hisssəsinin BakıŞamaxı Muğan, Quba-Xaçmaz, Dərbənd regionlarının şivələrini əhatə edir. Bu ləhcə üç şivəni əhatə edir. a) Bakı-Şamaxı. b) Quba-Xaçmaz. c) Dərbənd.
2. Qərb ləhcəsi. Bu ləhcə Azərbaycanın Kür və Araz çayları arasındakı ərazinin Gəncə-Qarabağ, Qazax-Şəmkir, Gədəbəy-Daşkəsən regionlarının və Gürcüstan-Borçalı regionun şivələrini əhatə edir. Ermənistan Respublikası üzrə keçmiş Göyçə, Pəmbək (Böyük Qarakilsə, Hamamlı) mahalları və Dağ Borçalısı azərbaycanlilarının şivələri də bu ləhcəyə aiddir.
Azərbaycan dili dialekt və şivələrinin Şimal – şərq qrupu. Şimal -Şərq qrupuna Şəki, Zaqatala, Qax dialektləri daxildir.
Fonetik xüsusiyyətlər:
ə>e əvəzlənməsi: men, derman, ne
f>p əvəzlənməsi: pərə, qıpıl, pundux
Burun samitlərinin işlənməsi: maa, əlıı, əlıa, əlaa
Ahəngin pozulması: gəldux, beşlıx
Qrammatik xüsusiyyətlər:
Xüsusi III şəxs və işarə əvəzliyinin işlənməsi: ho, honnar, habı, həblə
Mən, sən əvəzlikləri yönlük halda mağa, sağa formasında işlənir.
Nəqli keçmiş zamanda III şəxsdə -ıtdı,-itdi işlənir: alıtdı, gəlitdi
II və III növ təyini söz birləşməsinin II tərəfində mənsubiyyət şəkilçisi işlənmir: qöz ağrı, baş ağrı, menin qöz
Səciyyəvi sözlər: xıdıl, marxal, qarq, undey, yassar.


Yüklə 29,07 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin