5.Samit dəyişmələrinin səbəbləri
Söz əvvəlində samit keçidləri:
b>p keçidi cənub şivələrininin səciyyəvi xüsusiyyətidir. Bu hadisə qərb və şimal- şərq şivələrində də yayılmışdır; məs.: putax//pıtax, pıçax/ puçax, piçin, pişirməx`, pükməx`, puxça, pişirer ( Qaz., Bor.) və s.
p>b keçidi Qazax şivəsinin səciyyəvi xüsusiyyətidir: bamador, bilan, badron, baldun “palto”(Qaz.), bişig (Qb.) və s.
f>p keçidi şivələr üçün qeyri-xarakterik olub, Zaqatala və Qax şivələrində alınma sözlərdə rast gəlinir: paytun,pavvarə, pılan “filan”, pələk “fələk”(Muğ.) və s.
d>t keçidi bütün şivələrdə qeyri- müəyyən kəmiyyətdə yayılmışdır; məs.: tiş, tükan, tuşman, tüş, tişi, tayçə, tarağ, taramağ, tayağ, tuman “duman” ( Dər.) və s.
Bu səs keçidi qıpçaq qrupu türk dilləri üçün səciyyəvidir; məs.: təs “döş”, tis “diş”, tamşı “damcı”(qazax), tovşan, və s.
t>d keçidi Qazax şivəsində bir neçə sözdə qeyd alınmışdır: dər>tər, düşdü (Qaz.), dutmax (Təb.), dütqün (Bor.), dıncıxmax, dumurcux (Çən.) və s.
k>ç keçidi daha çox Naxçıvan qrupu şivələrinə xasdır. Bu səs keçidinə Qazax və Zəngilan (Havalı və Göyəli kəndləri) şivələrində də rast gəlinmişdir; məs.: çəçic, çüçə, çüçə (Qaz.), çorrux,çim, çöhnə, (Zən.) və s.
g>c keçidi Naxçıvan qrupu şivələrinin fərqləndirici xüsusiyyətidir. Hu səs keçidi Qazax və Zəngilanın (Havalı və Göyəli kəndləri ) şivələrində də qeydə alınmışdır; məs.: cöy, cet, cülmax, cilas, cüllə (Zən.) və s.
k>g keçidi cənub şivələri üçün xarakterikdir: geçi, geçmiş, geşdi, gobud (Nax.), gö:l “könül”, gərdi, gərmə, geçək (Təb.), geçəl, gişi, geç (İt.) və s.
g>q keçidi Zaqatala, Qax, Dərbənd və ayrım şivələrində yayılmışdır: qün, qördi, qözüm, qözəl (Ay.), qavalı, qet, qıya “guya”, qür “gör”, qurultu və s.
k>қ keçidi də Zaqatala, Qax, Dərbənd və ayrım şivələri üçün xarakterikdir: қor, қol, қoca, қüçə (Q.,Zaq.), қur “kor”, қosa “kosa”, қüçig “kiçik”, ⱪişi, və s..
Söz ortasında samitlərin keçidi:
b>v keçidi qərb şivələrinin əsas xüsusiyyətidir, lakin şimal-qərb şivələrində də yayılmışdır: çovan, arava, bava, səvət, Ərdəvil, gəvə (Təb.), arava, şvə s.
v>b keçidi şimal-şərq şivələrinə xasdır: xəlbet, qabal, heyba, şalbar, döbrüş “dərviş” (B.), cabab, çərçübə, febral (L.), qabal (Meğ.) və s.
f>p keçidi Zaqatala və Qax şivələrində qeydə alınmışdır: qıpıl, səpər, həpdə, külpət (Zaq), topli “tufli” (Qb.), kəpgir (Nax.), kəpən (Təb.)
t>d keçidi bütün şivələrdə özünü göstərir. Bu hadisənin meydana çıxması Azərbaycan dilində iki kar samitin yanaşı işlənməməsidir: dəsdə, xəsdə, bosdan, usda (əksər şivə.), küfdə, bosdan, dəfdər (Təb.), həfdə, taxda, və s.
c>j keçidi qərb şivələrinin fərqləndirici xüsusiyyətidir: gejə, hajı, qoja, bajı, ojax, ajıx, balaja, gejdən “səhər tezdən”, köçijihdi, sındırjıtdı, qoymıjıx` (Ş.) və s.
y>g keçidi şimal-şərq şivələrində geniş yayılmışdır. Bu hadisə intervokal mövqedə və ya saitlə sonor səslər arasında meydana çıxır: ignə, dügi, dügün, əgri, gügərti, digirman, dögür (Qb.), örgəşmax, yügürmax, ogüt, hegbə, gögçək (İt.) və s.
y>v keçidi cənub şivələrinin səciyyəvi xüsusiyyəti olsa da, Cəbrayıl şivəsində də özünü büruzə verir: Bu hadisənin baş verməsi açıq dodaq saitlərinin təsiri ilə izah olunur; məs.:- gövərti, gövərçin, sövüd, sövüd, sovux, yuvurdu, və s.
v>y keçidinə qərb şivələrində açıq dodaq saitlərindən sonra rast gəlinmişdir: məs.:toyla, doyğa, döyşan, noyruz, əylət, nüyə “nəvə”, höysələ, qoyla, kösöy, öy (Qaz., Tov., Bor.), bülöy, buzoy, pıloy, yaloy (Çən., K.) və s.
ğ>q keçidi Naxçıvan və Qazax şivələrində aşağıdakı sözlərdə müşahidə edilmişdir: yorqan, qərqa, sılqa, şıdırqı, əyqir, qırqın, qeyqənəx (Meğ.) və s.
h>y dəyişməsi şimal-şərq şivələrinə xas olan xüsusiyyətlərdəndir: şayid, Meyti, vəyşi, söybət, qoyum və s.
Söz sonunda samitlərin keçidi:
b>p keçidi əsasən cənub şivələrinə xasdır: əzap, məktup (İt.), katip, məhdəp, corap, hesap (Nax.), kabap, əyip “ayıb”, boşqap, corap (Meğ.) və s.
b>f keçidi qərb şivələrinin səciyyəvi xüsusiyyətidir, lakin məhdud dairədə cənub və şimal-qərb şivələrində də yayılmışdır: kitaf, duruf, qutaf, qəlif, və s.
d>t keçidi bütün şivələrdə müxtəlif kəmiyyətdə işlənir: ut “od”, pulat, şabalıt, savat, bulut (Qb.), sövüt/söyüt, qanat, yurt, palıt, qurt, süt (Nax., Ord.) və s.
z>s keçidi qərb şivələrində geniş yayılmışdır: tos, tas, ağıs, as, buğas, palas, qarpıs, uldus, xorus, atlas (Qaz.), palas, ottus, buynus, öküs, əlmas, və s.
c>ş keçidi qərb və şimal-qərb şivələrində geniş dairədə işlənməkdədir: saş, ağaş, qazaş, Oruş, çəkiş, qılış, turaş, qarağaş, möhdaş, dilmaş (Şr.) və s.
k>g keçidi şimal-şərq şivələrinin xarakterik xüsusiyyətidir. Bu şivələrdə çoxhecalı sözlərin sonunda g səsinin tələffüzü geniş yayılmışdır; məs.: kö:neg, işdəmeg, pişig, nəzüg, xörəg, səppəg (Yar.) və s.
k> x` keçidi qərb, cənub şivələri üçün səciyyəvidir. Şimal-qərb şivələrində də söz sonunda ' x səsi geniş yayılmışdır; məs.: itix`, kəpənəx`, ələx`, gədix` (Qaz., Tov.) və s.
k >y keçidi. Bütün şivə qruplarında az və ya çox dərəcədə söz sonunda y səsinə rast gəlinir: çörəy, beşiy, gedəy (Yar.), erkəy, əriy, yeməy, diləy (İm.) və s.
Dostları ilə paylaş: |