3. Səs artımı Türk ədəbi dilində bir sıra qanunauyğun fonetik hadisələr mövcuddur. Bu hadisələrin bir qismi yalnız tələffüzlə əlaqədardır, yəni sırf orfoepik hadisədir. Digər qismi isə yazıda da öz əksini tapır. Ona görə də, türk dilində düzgün yazmaq, oxumaq və danışmaq üçün bu hadisələri öyrənmək lazımdır.
Səsuyuşması, səsfərqləşməsi və səslərin yerdəyişməsi kimi fonetik hadisələr isə türk dilində daha çox şifahi nitq ilə əlaqədardır. Eyni bir heca daxilində iki saitin və ya iki samitin qoşa işlənməsi türk dilinin fonetik quruluşuna ziddir. Türk dili üçün yalnız aşağıdakı heca quruluşları xarakterikdir. Saitləri - V (vokal), samitləri - C (konsonant) hərfi ilə işarə edib, heca şəkillərini göstəririk. Türk dilində yeni söz düzəldilərkən və ya sözə şəkilçi artırılarkən, mürəkkəb söz əmələ gətirilərkən yuxarıdakı heca quruluşlarının pozulmamasına xüsusi diqqət edilir. Başqa dillərdən alınma sözlərdə də bu qaydanın imkan daxilində pozulmamasına fikir verilir, müvafiq səsartımı və səsdüşümü vasitəsilə həmin sözlər ümumi qaydaya uyğunlaşdırılır.
Səsartımı. Müasir türk dilində səsartımı üçün "Kaynaştırma ünsüzleri" adı verilən bitişdirici samitlərdən (y, ş, s, m və v) və saitlərdən istifadə edilir. Səsartımı aşağıdakı hallarda özünü göstərir:
Saitlə bitən sözə saitlə başlayan şəkilçi artırıldıqda, araya bitişdirici samitlərdən biri gətirilir. Məs.:
kapı + y + ı - kapıyı
yazıtahtası + n + ın - yazıtahtasının, iki - iki + ş + er -ikişer
çocuk bahçe + s+ i - çocuk bahçesi
Avropa dillərindən türk dilinə keçən sözlərin əvvəlində iki samit qoşa işlənirsə, həmin sözün başına bir sait əlavə edilir. Məs.:
İstasyon, iskelet, istatistik, uskumbri, iskemle
Avropa dillərindən türk dilinə keçən sözlərin sonunda iki samit qoşa gəlirsə, sözün sonuna sait əlavə edilir. Məs.:
Çimento; tiyatro; kadro; protesto; parlamento; metre; kilometre.
Avropa dillərindən türk dilinə keçən sözlərin ortasında iki sait yanaşı gəlirsə, həmin saitlərin arasına bir samit əlavə edilir. Məs.:
burjuaziya - burjuvazi
biologiya - bioloji
sosialist - sosyalist
tualet – tuvalet
Bir sıra alınma sözlər müstəsnalıq təşkil edərək, yuxarıdakı qaydalara tabe olmurlar. Məs.:
spor - idman
stad – stadion
tren - qatar
jeoloji - geologiya
tramvay
Eyni bir saitin və ya samitin qoşa işləndiyi alınma sözlər də müstəsnalıq təşkil edir. Məs.:
saat
Teessüf
matbaa
taaruz – hücum
şüur
Şiir
Fiil
Ərəb və fars dillərindən türk dilinə keçən və sonunda qoşa samit gələn təkhecalı sözlərdə həmin samitlər arasına ahəngə uyğun bir sait əlavə edilir. Məs.: