İxtisas: Biologiya Fənn: Biologiyada informasiya texnologiyalarının tətbiqi Kurs: 2 Qrup: 338



Yüklə 152,29 Kb.
səhifə12/24
tarix31.12.2021
ölçüsü152,29 Kb.
#50144
1   ...   8   9   10   11   12   13   14   15   ...   24
M.Fidan Biotex sərbəst iş

Rəhbər sənədlər (AGD). Bu zəmanət sinfi istehsalçının təqdim etdiyi istismar sənədlərinin anlaşıqlıq və tamlıq tələblərini müəyyən edir.

Həyat dövrünün dəstəklənməsi (ALC). Bu sinif qiymətləndirilən obyektin yaradılmasının bütün addımları üçün həyat dövrü modelini, o cümlədən qüsurların aradan qaldırılması prosedurlarını və siyasətini dəqiq müəyyən edir.

Testlər (ATE). Bu zəmanət sinfi təhlükəsizlik funksiyalarının funksional təhlükəsizlik tələblərini ödədiyini nümayiş etdirən sınaqlara tələbləri müəyyən edir.

Boşluqların qiymətləndirilməsi (AVA). Bu zəmanət sinfi istismar zamanı qalan zəif yerlərin identifikasiyasına yönəlmiş tələbləri müəyyən edir.

ISO/IEC 27002 standartı

Hazırda informasiya təhlükəsizliyi sahəsində ən məşhur standartlar ISO/IEC 2700x standartlar seriyasıdır.

Standartlar seriyasının tarixi belə başlamışdır. Britaniya Standartlar İnstitutu (BSI) tərəfindən işlənilmiş və fəaliyyət dairəsindən asılı olmayaraq şirkətlərin informasiya təhlükəsizliyinin idarə edilməsi üçün 1998-ci ildə BS 7799 milli standartı qəbul edilmişdi. Britaniya standartı BS 7799 dünyanın 27 ölkəsində, o cümlədən Britaniya Birliyi ölkələrində dəstəklənirdi.

2000-ci ilin sonunda ISO (Beynəlxalq Standartlaşdırma Təşkilatı) Britaniya standartı BS 7799 əsasında ISO/IEC 17799 «Information technology – Information security management» («İnformasiya texnologiyaları – İnformasiya təhlükəsizliyinin idarə edilməsi») beynəlxalq standartını işlədi və qəbul etdi.

2005-ci ildə standartın 2000-ci il redaksiyası ilə müqayisədə yenidən əhəmiyyətli işlənmiş ISO 17799:2005 variantı çıxdı. 2005-ci ildə həmçinin BS 7799 standartının ikinci hissəsi ISO 27001 standartı kimi qəbul edildi. ISO 27001 standartı informasiya təhlükəsizliyi sistemlərinin sertifikastlaşdırılması üçün nəzərdə tutulub. ISO/IEC 17799:2005 standartı 2007-ci ildən ISO/IEC 27002 adını alıb. Bu standartda informasiya təhlükəsizliyini idarəetmə sisteminin elementləri on bir qrup üzrə bölünüb:


Yüklə 152,29 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin