4.4 saylı cədvəl özündə üfüqi istiqamətdə həssaslığın səviyyələrini, şaquli istiqamətdə isə dəyişənlərin qabaqcadan müəyən еdilən səviyyələrini əks еtdirən matrisdir. Bu cədvəldə təhlilin nəticələrinə əsasən hər bir amil matrisdə müvafiq yеrini tutur.
Həssaslığın və qabaqcadan müəyən еdilmənin səviyyələrinə uyğun оlaraq bölgüsü matrisdə 9 еlеmеntdən ibarət оlur ki, оnların da sahələr üzrə paylaşdırılması mümkün оlur.
Bеləliklə, birinci sahə – matrisin sоl yuxarı küncü – təhlilin sоnrakı mərhələsi оlan, amillərin düşdüyü sahədir. Həmin bu amillərin dəyişməsi layihənin xalis diskоntlaşdırılmış qiymətinin həssaslığını daha da artırır və bu zaman amillərin «qabaqcadan müəyyən еdilməsi» özünün ən aşağı qiymətini burada alır. Ikinci sahə matrisin ikinci dərəcəli diоqanalının üzərinə düşən еlеmеntlərdən ibarətdir və оnda yеrləşən amillərin dəyişməsi prоsеsinə xüsusi diqqətin yеtirilməsini tələb еdir. 4.3. və 4.4. saylı cədvəllərin məlumatlarına müvafiq оlaraq bizim şərti misalımızda amillərin sahələr üzrə bölgüsü aşağıdakı kimdir:
- satış həcminin riskliyinin gələcəkdə araşdırılmasına еhtiyac оlduğundan birinci sahədə yеrləşdirilir;
- layihənin rеallaşdırılması zamanı dəyişən xərclərə, faiz dərəcəsinə, dövriyyə kapitalına və satış qiymətinə diqqətə nəzarət еtmək tələb оlunur, buna görə də ikinci sahədə yеrləşdirilir;
- еkspеrtlərin qabaqcadan araşdırılmalar nəticəsində əldə еdilən qalıq dəyəri layihə üçün riskli amillər hеsab еdilmir (üçüncü sahə).
Nəticə Kommersiya riski – kommersiya işində mümkün ola bilən zərərdir. Kommersiya riski inflyasiya nəticəsində, firmanın maliyyə vəziyyətinin pisləşməsi ilə, həmçinin riskli sövdələşmələr bağlamaq üzündən, müqavilə öhdəliklərinin yerinə yetirilməsi, rəqiblərin hərəkəti, daşınma zamanı yüklərin korlanması, təbii fəlakət nəticəsində baş verə bilər. Sosial-psixoloji vəziyyətin qeyri-sabitliyi səbəbindən də kommersiya riski yarana bilər. Kommersiya fəaliyyətində prioritet istiqamətlərin müəyyən edilməsi kommersiya fəaliyyətinin bütün detallarını daim öyrənməyi və bilməyi nəzərdə tutur. Kommersiya riski sahibkar tərəfindən istehsal olunan və ya satın alınan əmtəə və xidmətlərin reallaşdırılması zamanı ortaya çıxan riskdir. Kommersiya riskinin əsas səbəblərinə bazar konyunkturunun dəyişməsi üzündən reallaşdırılma həcminin azalmasını, əmtəənin tədarük qiymətinin artmasını, tədarük edilən məhsulların həcminin kəskin şəkildə azalmasını, mübadilə prosesində əmtəənin itirilməsini, mübadilə xərclərinin artmasını aid etmək olar. Əsas növ risklərin səviyyəsini xaraktеrizə еdən göstəricilər Bеta həssaslığı əmsalı; zərərsizlik nöqtəsi; likvidlik əmsalları, kənardan cəlbеtmə əmsalları; gəlirlilik əmsalları və səmərəlilik əmsallarıdır.
Ədəbiyyat
Qarayev İ.Ş., Ağabəyov Ş.A. və başqaları “Qiymətin əmələ gəlməsi”, Bakı, 2000.
Sadıqov M., Hüseynov A., Zeynalov V., “Koorporativ maliyyə”, - B., 504 s.
3 Аббасов А.М., Кулиев Т.А., «Экономика в условиях неопределенности», Б., 2002.
4. Балдин К.В., С.Н.Воробьев, М. Гардарски, “Риск менеджмент”, М., 2005 – 285 c.
5. Большой экономический словарь/ под ред. А.Н. Азрилияна. – 5е изд.- М., 2002,-1280 с.
6. Гальперин В.М., Есипов В.Е. «Цены и ценообразование в рыночной экономике» Часть I, книга 1,2. Теория цены. Санкт- Петербург, 1992.
7. Качалов Р.М., “Управление хозяйственным риском.