İxtisas: Maliyyə Kurs: II qrup: 622 Fənn: Fəlsəfə Mövzu


Hefes məktəbi. Efesli Heraklitin fəlsəfi baxışları



Yüklə 58,83 Kb.
səhifə3/5
tarix07.01.2024
ölçüsü58,83 Kb.
#202895
növüReferat
1   2   3   4   5
FƏRİD FƏLSƏFƏ

Hefes məktəbi. Efesli Heraklitin fəlsəfi baxışları. Efesli Heraklit (e.ə. 540-480) yüksək rütbəli, aristokrat ailəsində anadan olmuşdur. Heraklit təliminin tarixi əhəmiyyəti ondan ibarətdir ki, o, dünyanın maddiliyi ideyasını təbiətin hərəkəti və dəyişməsi fikri ilə zənginləşdirdi. Heraklitin fəlsəfi görüşləri, dünya haqqındakı fikirləri onun "Təbiət haqqında" əsərində şərh olunmuşdur. Bu kitabda bir sıra təbiət hadisələrinin, o cümlədən, ildırımın, şimşəyin çaxmasının səbəbləri izah edilir, dünyanın meydana gəlməsi və onun dialektik inkişafı haqqında diqqətəlayiq fikirlər söylənilir. Heraklit deyirdi ki, bütün mövcudatın əbədi, maddi əsası oddur. Bu od daimi hərəkətdədir. Bütün predmetlər, cisimlər oddan yaranır və "öldükdə" yenidən oda çevrilirlər. Təbiət, Kainat atəşin əbədi hərəkətinin - sönməsinin və alovlanmasının məhsuludur. Gerçəkliyin hadisələrinə dialektikcəsinə yanaşan Heraklit "Loqos" (söz, fikir, əql, qanun) haqqında tə"lim yaratmışdır. O deyirdi ki, təbiətdə hər şey "Loqos" vasitəsi ilə baş verir. Loqos əbədidir, ümumidir və zəruridir. Loqos əksliklərin mübarizəsidir. Heraklit sübut etməyə çalışırdı ki, əksliklərin mübarizəsi bütün mövcudatın, hərəkətin və inkişafin mənbəyidir. O yazırdı: "Hər şey mübarizə vasitəsi ilə, zəruratdən baş verir". Heraklit öz sələflərindən irəliyə gedərək hərəkətin mənbəyini müəyyən etdi. O, hərəkəti əksliklərin mübarizəsinin doğurduğu qanunauyğun proses kimi başa düşürdü. Bütün bunlar onu dialektikanın banilərindən biri hesab etməyə tam əsas verir. Heraklit öyrədirdi ki, "təbiət əbədi dəyişmə prosesindədir, hər şey axır, hər şey dəyişir, Kainatda hərəkətsiz heç bir şey yoxdur". Filosofun fikrincə, "eyni bir çaya iki dəfə girmək olmaz". O, təbiətdəki inkişafı, dəyişməni hadisələrin öz əksliyinə keçməsi kimi başa düşürdü. Əksliklər biri digərindən ayrılıqda mövcud olmur. Məsələn, hissə bütövsüz, düz əyrisiz, qara ağsız, soyuq istisiz, böyük kiçiksiz, mənfi müsbətsiz, gözəl çirkinsiz, mövcud ola bilməz. Hər cür inkişaf əksliklərin mübarizəsi vasitəsi ilə baş verir. Heraklit dünyanın dərk edilməsi haqqında da maraqlı mühakimələr yürütmüşdür. Onun fikrincə, dünya dərk olunandır. Dünyanın dərk olunması hiss üzvlərinin və təfəkkürün vasitəsilə həyata keçirilir. Heraklit qeyd edirdi ki, idrak hissi qavrayışdan başlanır. Hiss üzvləri, tək-tək şeylər haqqında mə'lumat verir. O, ilrakda təfəkkürə mühüm əhəmiyyət verərək deyirdi ki, Loqos -təbiət ən ümumi qanunauyğunluğu kimi insanın təfəkkür fəaliyyətilə həyata keçirilir. O yazırdı: "Təfəkkür böyük ləyaqətdir, müdriklik məhz ondan ibarətdir ki, həqiqəti söyləyəsən və təbiətə qulaq asaraq, onunla düzgün rəftar edəsən". Heraklitin fikrincə, idrakda əsas məqsəd "Loqosu" dərk etməkdir. Loqos obyektiv xarakterə malikdir. Bunlarla birlikdə Heraklit dialektikasının və materializminin bir sıra məhdud cəhətləri də var idi. Onun dialektikası kortəbii, materializmi isə sadəlövh xarakter daşıyırdı.

Yüklə 58,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin