İxtisas: Maliyyə Kurs: II qrup: 622 Fənn: Fəlsəfə Mövzu


Qədim Yunan atomistlərin fəlsəfi baxışları



Yüklə 58,83 Kb.
səhifə5/5
tarix07.01.2024
ölçüsü58,83 Kb.
#202895
növüReferat
1   2   3   4   5
FƏRİD FƏLSƏFƏ

Qədim Yunan atomistlərin fəlsəfi baxışları. Yunan fəlsəfəsinin ən böyük nailiyyətlərindən biri də Levkipp və Demokritin atomistik materializmi idi. Bu fəlsəfə özünün atomistik konsepsiyası ilə antik dövr fəlsəfəsinin ən zirvəsinə qalxdı. Levkipp (e.3. 500-440) Miletdə doğulub, sonra Eley şəhərinə orada Parmenidin, Ksenofanın və Zenonun tələbəsi olub. Onun 2 kitabı olduğu müəyyən edilib: "Ən böyük diakosmos" və "Əql haqqında". Levkipp bu əsərlərdə gerçəkliyin əsasında atomlar və boşluq durduğunu söyləmiş və demişdir ki, "dünyada yeganə mövcud olan atomlar və boşluqdur". "Atomlar boşluqda hərəkət edirlər". Levkippin fikrincə, öz böyüklüyü, forması və düzülüşü ilə xarakterizə olunan atomlar bütün şeylərin səbəbidir. Atomların birləşməsi və ayrılması nəticəsində şeylər meydana gəlir və məhv olur. Beləliklə, Levkipp bu fikirləri ilə eleylilərin dəyişməz varlığı ilə Heraklitin daim dəyişən varlığını birləşdirdi. Levkippin təlimi, Demokritin fəlsəfəsi ilə sıx əlaqədar idi. Bəzi hallarda onların flkirlərini bir-birindən fərqləndirmək belə çətindir. Lakin Levkippdən fərqli olaraq, Demokrit atom haqqında təlimini daha mükəmməl, daha ardıcıl formada şərh etmişdir. Yunan materializminin və atomistikasının ən görkəmli nümayəndəsi Demokrit (e.ə. 460-370) olmuşdur. O, Levkippin tələbəsi olmuş, Anaksaqordan da dərs almışdır. Dünyanı gəzmiş, İranda, Hindistanda, Babilistanda, Misirdə, Efiopiyada olmuşdur. Demokritin 70-dən çox əsəri olduğu müəyyən edilmişdir. Aristotel, Siseron, Plutarx kimi görkəmli alimlər onun adını böyük hörmətlə çəkmişlər. Engels Demokriti empirik təbiətşünas və yunanlar arasında birinci ensiklopedik zəka adlandırmışdır. Demokrit öz əsərlərində fəlsəfə, məntiq, riyaziyyat, astronomiya, biologiya, tibb, ictimai həyat, pedaqogika, psixologiya, etika, fılologiya, ritorika, incəsənət nəzəriyyəsi, texniki və hərbi idarəetmə məsələlərinə də toxunmuşdur. Demokrit dünyanı atomlardan və boşluqdan ibarət olan əbədi, sonsuz, tükənməz obyektiv reallıq adlandırırdı. Bu onu göstərir ki, Demokrit qədim dövrdə materializmin ən görkəmli nümayəndəisi olmuşdur. Onun ən böyük xidməti öz sələfi Levkipp ilə birlikdə, materiyanın atom quruluşu konsepsiyasını yaratmasından ibarət idi. Demokrit deyirdi ki, materiya boşluqda, əbədi hərəkətdə və sonsuz sayda olan atomlardır, (yunan dilində "atomos"- bölünməz deməkdir). Lakin o, atomu onun materiyanın ayrı-ayrı növləri və formaları ilə eyniləşdirirdi, belə hesab edirdi ki, atomlar bölünməzdir, dəyişməzdir və keyfiyyət cəhətdən yekcinsdir. Onlar yalnız kəmiyyətinə görə bir-birindən fərqlənirlər. Demokritin varlıq haqqında təlimi də filosoflarda xüsusi maraq doğurmuşdu. O, atomları varlıq adlandırır, boşluğu isə qeyri-varlıq hesab edirdi. Lakin onun da real surətdə mövcud olduğunu inkar etmirdi. Demokrit Kainatın sonsuzluğu, məhvedilməzliyi, heç bir qüvvə tərəfindən yaradılmadığı, sonsuz dərəcədə çoxlu dünyaların mövcudluğu haqqında bütöv bir təlim yaratmışdı. Demokritin hərəkət haqqında təlimi də xüsusi əhəmiyyət kəsb edirdi. O belə hesab edirdi ki, atomlar boşluqda hərəkət edən zaman bir-biri ilə toqquşur və bunun nəticəsində onlar birləşirlər, bu birləşmədən də son nəticədə bizi əhatə edən şeylər, predmetlər meydana gəlir. Bu hərəkət əbədidir, "onun nə əvvəli var, nə axırı". Demokrit bu hərəkəti və inkişafı zərurət adlandırır, təsadüflərin bir obyektiv hadisə kimi mövcudluğunu isə inkar edirdi. Onun fikrincə, hər şey zərurətdən meydana gəlir. Demokrit hərəkəti inkişafın əsas mənbəyi hesab edir, lakin onu atomların məkan daxilində yer dəyişməsi kimi başa düşürdü. Demokrit hadisələrin səbəbiyyət əlaqəbrinə xüsusi əhəmiyyət verirdi O, təbii zərurətdən, hadisələrin səbəbiyyət asılılığından ətraflı danışır və onlara öz fəlsəfi baxışlarında xüsusi yer verirdi. O deyirdi ki, nə təbiətdə, nə də cəmiyyətdə heç bir hadisə səbəbsiz baş verə bilməz. Demokritin cəmiyyət haqqında tə"limi də xüsusi maraq doğurur. Onun fikrincə, cəmiyyətin inkişafı insanların öz adi həyat tələbatlarını ödəməyə çalışmaları ilə əlaqədardır. Demokrit yunan quldarlıq demokratiyasının tərəfdarı idi. O, polisləri (şəhər-dövlət) qədim yunan quldarlıq demokratiyasının əsas dövlət forması hesab edirdi. Demokritin əsərlərində insanların tərbiyəsinə xüsusi diqqət vetirilir. Onun fikrincə, insan əxlaqının ən yüksək ölçüsü Vətən, xalq qarşısında borclu qalmaqdır.
Bütün bunlarla yanaşı, Demokrit quldarhq cəmiyyətini ideallaşdırır. O, qulların hər cür ictimai və siyasi hüquqlardan məhrum olunmasını qanunauyğun hesab edirdi. Filosof dövlətin yaxşı idarə edilməsinin zəruriliyinə xüsusi diqqət yetirirdi. O bu barədə yazırdı:"Yaxşı idarə olunan dövlət ən böyük dayaqdır. Elə dövlət hər cür tərifə layiqdir. Nə qədər ki, o, mövcuddur, rahatlıq və əmin-amanlıqdır. Belə dövlət məhv olarsa, onunla birlikdə hər şey məhv olar".

NƏTİCƏ
Qədim Yunan fəlsəfəsi bizim eradan əvvəl VI əsrin birinci yarısında antik fəlsəfə Elladanın Kiçik Asiya hissəsində, İyoniyada – Milet şəhərində yaranmışdır. Bu səbəbdən ilk yunan fəlsəfi məktəbi Milet məktəbi adlanır. Həmin məktəbin böyük nümayəndələri Fales, Anaksimandr, Anaksimen və onların şagirdləri olmuşdur.
Antik fəlsəfə fəlsəfənin ayrıca bir fənn kimi meydana gəlməsini ifadə edir. “Antik fəlsəfə” anlayışı altında Qədim Yunanıstanda və Qədim Romada yaranan fəlsəfə nəzərdə tutulur. Yunan fəlsəfəsi yunan mifologiyasının təsiri altında formalaşmışdır. Yunan mifologiyası isə, öz növbəsində, Homerin “İliada” və “Odisseya”, Hesiodun (e.ə. VIII–VII əsrlər) epik əsərlərində öz əksini tapmışdır.

ƏDƏBİYYAT SİYAHISI
1. A.Şükürov. Fəlsəfə. Dərslik. Bakı, 2006
2. B.Nəsirov, Ə.Məmmədov. Müasir elm və ya məkan-zaman problemləri. Bakı, 1985-ci il
3. Ensiklopedik lüğət. Bakı, 2009
4. İ. Rüstəmov ХХ əsrin əvvəllərində Azərbaycanda elmin və fəlsəfi fikrin vəhdəti. Bakı, 1992



Yüklə 58,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin