Dövlət gömrük orqanlarının vergitutma sahəsində hüquq və vəzifələri
Dövlət gömrük orqanları mallar Azərbaycan Respublikasının gömrük sərhədindən keçirildikdə, vergilərin tutulması sahəsində Vergi Məcəlləsi, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi və digər qanunları ilə müəyyən edilmiş hüquqları və vəzifələri həyata keçirirlər.
Vergi orqanlarının vəzifəli şəxsləri
Vergi orqanlarının vəzifəli şəxsləri dövlət qulluğundadırlar. Vergi orqanlarının vəzifəli şəxsləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada vəzifəyə təyin olunur və vəzifədən azad olunur. Vergi orqanlarının vəzifəli şəxsləri elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, heç bir sahibkarlıq və digər ödənişli fəaliyyət növləri ilə məşğul ola bilməzlər.
Dostları ilə paylaş: |