İxtisas: Mühəndis fizikası Qrup: 2512a Fənn


SUBASMA baş verdiyi zaman tədbirlər



Yüklə 194,58 Kb.
səhifə4/4
tarix02.06.2023
ölçüsü194,58 Kb.
#121986
1   2   3   4
mülki müdafiə Nihad s.iş

SUBASMA baş verdiyi zaman tədbirlər

Subasma təhlükəsi olduğu və təcili təxliyə haqqında məlumatlar yayılan kimi, müvafiq qayda üzrə subasma ərazisini tərk edib, təhlükəsiz elan olunmuş rayonda yerləşin. Bu zaman özünüzlə sənədlərinizi, qiymətli və lazımlı əşyalarınızı, tez xarab olmayan qidalardan ibarət ərzaq ehtiyatı götürməyi unutmayın. Sonuncu təxliyə məntəqəsində qeydiyyatdan keçin.
Evdən çıxmazdan əvvəl elektriki və qazı, istilik sobalarındakı odu söndürün, çöldəki bütün üzə bilən əşyaları yerinə bərkidin, yaxud da onları bir dalana yığın. Əgər vaxt imkan verirsə, qiymətli ev əşyalarınızı yuxarı mərtəbələrdə, yaxud çardaqda yerləşdirin. Qapı və pəncərələri bağlayın, vaxtınız varsa, birinci mərtəbənin qapı və pəncərələrini lövhələr (şitlər) ilə bərkidin. Təxliyə təşkil olunmayıbsa, yardım gələnə, yaxud su çəkilənədək yuxarı mərtəbələrdə, damda, ağaclarda, yaxud digər hündür əşyaların üstündə qalın. Bu zaman daimi olaraq fəlakət haqqında siqnal verin: gündüz vaxtı – yaxşı seçilə bilən parçanın ağaca keçirib yelləyin, gecə vaxtı isə bunun üçün fənərin işığından istifadə edə bilər, müxtəlif səslər çıxarmaqla olduğunuz yer haqqında məlumat verə bilərsiniz. Xilasedicilər gələn kimi təşvişə düşmədən, ehtiyatla, göstərişlərə uyğun olaraq xilasedici vasitələrə (qayıqlara) minin. Hərəkət zamanı göstərilən yeri tərk etməyin, göyərtədə oturmayın, ekipajın tələblərinə ciddi əməl edin. Su basmış rayondan müstəqil şəkildə çıxmaq yalnız zərərçəkənlərə tibbi yardım göstərmək, suyun səviyyəsinin artmaqda davam etməsi və üst mərtəbələri və çardağı su basma təhlükəsi olduğu kimi vacib hallarda məsləhətdir. Bu zaman etibarlı üzmə vasitəsi olmalı və hərəkət istiqaməti təyin edilməlidir. Müstəqil hərəkət zamanı fəlakət haqqında siqnal verməkdə davam edin. Suda üzən və batan insanlara yardım edin.

Nəticə

Müasir dövrdə ön plana çıxan əsas problem təbii fəlakətlərin inkişafının və baş verməsinin düzgün proqnozlaşdırılması, yaxınlaşan fəlakət haqda hakimiyyət orqanlarının və insanların vaxtında xəbərdar edilməsidir. Dağıntı zonalarının azaldılması və zərərçəkmişlərə vaxtında yardımın göstərilməsi məqsədi ilə fəlakətin bütün ölçülərdə lokallaşdırılması çox vacibdir.
Təbii fəlakətlərə qarşı müvafiq xilasetmə orqanlarının həyata keçirdikləri düşünülmüş, dəqiq və yüksək səviyyədə təşkilatlanma tədbirləri, əhalinin düşüncəli davranışı insan itkilərini, maddi zərərlərin həcmini aşağı salır, fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması daha effektiv səviyyədə həyata keçirilir.
Öncədən informasiyanın verilməsi xəbərdaredici işlərin həyata keçirilməsinə, qüvvə və vasitələrin hazırlanmasına, insanlara davranış qaydalarının izah edilməsinə imkan verir. Bütün əhali ekstremal hallarda fəaliyyətə, fəlakətlərin nəticələrinin aradan qaldırılması işlərində iştiraka hazır olmalı, zərərçəkmişlərə ilk tibbi yardım göst
ərməyi bacarmalıdır.

Ədəbiyyat

Eyibəli MEHRƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının professoru, coğrafiya elmləri doktoru
Xalq qəzeti.- 2011.- 5 iyul.- S. 6.
Yüklə 194,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin