Fənnin tədrisinə olan tələblər: - mülki müdafiə sahəsində mövcud normativ-hüquqi sənədlərin əsas tələblərini;
- mülki müdafiənin strukturu və vəzifələrini, mülki müdafiə
tədbirlərinin planlaşdırılmasının məzmunu və metodikasını;
- dinc və müharibə dövrlərindəki fövqəladə hadisələrin xüsusiyyətlərini;
- əhalinin fövqəladə hadisələrdən mühafizəsinin əsas prinsiplərini və üsullarını;
- fövqəladə hadisələr barədə əhalinin xəbərdar edilməsi qaydalarını;
- əhalinin kollektiv mühafizə qurğularında daldalandırılması qaydalarını;
- əhalinin təhlükəli rayonlardan köçürülməsi üzrə tədbirləri;
- fövqəladə hadisələr zamanı fərdi mühafizə vasitələrindən istifadə
etmək qaydalarını;
- hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin təyinatı və vəzifələrini;
- xilasetmə və digər təxirəsalınmaz işlərin yerinə yetirilməsi və əhalinin
həyat təminatının bərpası ilə bağlı tədbirləri;
- fövqəladə hadisələr zamanı obyektlərin dayanıqlı fəaliyyətinin artırılması
üzrə tədbirləri;
- fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanması qaydalarını, eləcə də mülki
müdafiə sahəsində biliklərin təbliğinin təşkili, forma və metodlarını;
- fövqəladə hadisələr zamanı zərərçəkənlərə həkiməqədər ilk tibbi yardımın göstərilməsi
qaydalarını öyrənəcəklər.