İxtisas: Mühəndis fizikası Qrup: 2512a Fənn



Yüklə 194,58 Kb.
səhifə3/4
tarix02.06.2023
ölçüsü194,58 Kb.
#121986
1   2   3   4
mülki müdafiə Nihad s.iş

2.2 Subasmalar

SUBASMA – dağ və dağətəyi çaylarda daşqın və sellər zamanı, düzən çaylarda və dənizlərdə su səviyyəsinin kəckin qalxması nəticəsində ətraf ərazilərin su ilə örtülməsidir. Su basma qrunt sularının sıviyyəsinin qalxması ilə əlaqədar da baş verə bilər, ərazilərin, tikintilərin normal istifadəsini və su basan ərazilərdə yerləşən obyektlərin istismarını pozur.
Əsasən gursululuq dövründə, qar və buzlaqların əriməsi mövsümündə, buzların və qar suyunun yığılması zamanı çayda, göldə, yaxud qabarmalar zamanı dənizdə suyun səviyyəsinin artması nəticəsində ərazinin böyük hissəsinin su altında qalmasıdır. Su qabarması nəticəsində çayların mənsəbində yaranan subasma xüsusi növ subasma hesab olunur. Subasma körpülərin, yolların, binaların, tikililərin dağılması, böyük maddi ziyan, suyun böyük sürəti (4 m/s – dən çox) və hündürlüyünün həddən artıq artması (2 m – dən çox) insanların və digər canlıların tələf olması ilə nəticələnir. Dağılmaların əsas səbəbi bina və tikintilərə su kütləsinin, böyük sürət ilə üzən buzların, müxtəlif əşyaların, üzgüçülük vasitələrinin hidravlik təsiridir. Subasma qəflətən yarana və bir neçə saatdan 2-3 həftəyədək davam edə bilər.

Qabaqlayıcı tədbirləri

Subasma sahələrində daşqınları önləmək üçün bəndlər salınmalı, bu ərazilərdə yeni yaşayış məskənləri salınmamalı, mövcud yaşayış binaları gücləndirilməlidir.Əgər sizin rayonunuz subasmadan tez-tez zərər çəkirsə, mümkün subasmanın sərhədlərini, eləcə də yaşadığınız ərazidən ən yaxın məsafədə yerləşən hündür, az su altında qalan əraziləri, onlara çatmağın qısa yollarını müəyyən edib aydınlaşdırın. Ailə üzvlərinizi təşkil olunmuş, yaxud fərdi təxliyə, eləcə də qəfil və sürətlə güclənən subasma zamanı davranış və hərəkət qaydaları ilə tanış edin. Qayıqların, onları hazırlamaq üçün alətlərin və materialların saxlandığı yerləri yadınızda saxlayın. Öncədən təxliyə zamanı sizə lazım olacaq sənədlərinizi, lazımi əmlakınızı və fərdi dərman qutusunu bir yerə yığın. Qiymətli əşyalarınızı, lazımi isti geyimlərinizi, ərzaq, su və tibbi ləvazimat ehtiyatını ayrıca bir çamadana, yaxud çantaya (təcili yardım çantası) yığın.



Yüklə 194,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin