İxtisas: Tarix Qrup: 127 t kurs: Fənn: Tarixi tədqiqat metodları Müəllim: Nurlan Nəsirov


Tarixə materialist-dialistik yanaşma haqqında anlayış



Yüklə 228,83 Kb.
səhifə2/3
tarix01.01.2022
ölçüsü228,83 Kb.
#50469
1   2   3
Nəzrin.Tarixi tədqiqat metodları

Tarixə materialist-dialistik yanaşma haqqında anlayış


Tarixi tədqiqat metodologiyasını elmi əsaslara qoymaq cəhdi ilk dəfə alman mütəfəkkiri K. Marks tərəfindən həyata keçirilmişdir. Tarixin materialist anlayışı  4 əsas prinsipə əsaslanır:

  1. Bəşəriyyətin birliyi və nəticədə tarixi prosesin birliyi;

  2. Tarixi qanunauyğunluq, yəni. ictimai inkişafın ümumi sabit qanunlarının tarixi prosesində hərəkətin tanınması;

  3. Determinizm-tarixi prosesdə səbəb-nəticə əlaqələrinin və asılılıqların mövcudluğunun tanınması;

  4. Tərəqqi, yəni. cəmiyyətin mütərəqqi inkişafı, inkişafının daha yüksək və daha yüksək mərhələlərinə qalxması.

Materialist baxış tarixi faktın üç novünü müəyyənləşdirərək, xarakterizə edirdi: 1) tarixi gerçəkliyin faktı, 2) tarixi mənbənin faktı və 3) elmi fakt. Tarixi gerçəkliyin faktı həm tarixi mənbə yaradıcısına, həm də tədqiqatçı alimə münasibətdə obyektivdir, dəyişməzdir, əbədidir. Tarixi mənbələrin faktı obyektiv reallığın subyekt tərəfindən əksi olaraq, subyektivdir, lakin dəyişməz və əbədidir. Elmi faktlara gəlincə isə onlar obyektiv reallığın ikiqat subyektivləşdirilmiş əksi olaraq, dəyişən və inkişaf edəndirlər.

Mənbəşünaslığın nəzəri problemlərinin ən mühüm hissəsi mənbələrin tarixi gerçəkliyi əks etdirmə obyektivliyini əhatə edir. Bu məsələ tarixi mənbələrdə əks olunmuş tarixi faktların obyektivliyinin müəyənləşdirilməsini nəzərdə tutur. Bu isə öz növbəsində faktların mahiyyətinin düzgün dərk edilməsini tələb edir. Mənbələrdə əks olunan informasiya və faktların mahiyyətinin şərhi ilə məşğul olan sahə germenevtika (düzgün şərh etmə) adlanır. Germenevtika mənbələrin obyektivliyinin onlarda əks olunmuş informasiyanın şəhr olunması ilə müəyyənləşdirilməsidir.

XIX əsrin sonlarında sosial nəzəriyyələrin geniş yayılması və tarixi konsepsiyalara təsiri tarixdə yeni istiqamətin- dialektik materializmin formalaşmasına səbəb oldu. K.Marks, M.Veber və E.Duheymin elmi konsepsiyaları tarixin gələcək inkişafına ciddi təsir göstərdi. K.Marksın iqtisadi struktur, sosial dəyişikliklər və siyasi quruluş arasında əlaqələri açıqlayan sosialoji konspesiyası XX əsrin I yarısı tarixi məktəblərinin fəaliyyətinə hissediləcək qədər təsir göstərdi. Bu konsepsiya tarixçilərə insan cəmiyyəti və iqtisadi əlaqələrinin tədqiqi üçün əvəzolunmaz alət verdi. K.Marksın təkamül konsepsiyasına görə insan cəmiyyətinin inkişafı yüksələn istiqamətdə, qanunauyğunluq və ehtimal oluna bilən istiqamətdə gedir.

K.Marks ideyasının sosial elmlərə və ələlxüsus da tarixə ciddi təsir etməsinə baxmayaraq, qərbdə çox az tarixçi elmi tədqiqatlarda bu konsepsiyanı qəbul etdi. Bunun əsas səbəbi isə K.Marks nəzəriyyəsinin ayrı-ayrı fərdlərin, şəxsiyyətlərin deyil, ictimaiyyətin, cəmiyyətin və ya kollektiv psixologiyanın və fəaliyyətin üzərində qurulması idi. K.Marksın müasiri və oponenti olan Maks Veber (1864- 1924) ən məşhur əsərlərini keçən əsrin əvvəllərində yazmışdır. Lakin M.Veberin sosial nəzəriyyəsinin tarixi məktəblərin istiqamət və konsepsiyalarına təsiri o qədər də güclü olmamışdır. M.Veberin empirik faktlar əsasında yaratdığı cəmiyyətlərin “ideal tipləri” tarixçilərə keçmiş cəmiyyətlərin sosial, iqtisadi, siyasi və hətta mədəni inkişaf səviyyələrini ümumiləşdirmək, sosial sistemləri inteqrasiyaya uğrayan bütöv bir sistem kimi görmək və müqayisə etmək imkanı verirdi.

Emil Duheymin (1858-1917) tarixçiləri maraqlandıran nəzəriyyəsi kollektiv təfəkkür ilə bağı idi. E.Duheymin fikrincə xüsusi institutlar tərəfindən formalaşdırılan kollektiv təfəkkür maddi şəkildə simvollarla ifadə olunur və mədəni sistemlərdə əks olunur. E.Duheym konsepsiyasının əsas ideyası sosiologiyanın sosial-iqtisadi sturkturun əksi və ya məhsulu olmasıdır. E.Duheymin fikrincə sosial cəmiyyətlərin əsasını təşkil edən “sosial faktlar” insan təfəkküründən kənarda mövcud olan hərəkətin, düşüncənin, hisslərin formasıdır və sosial cəmiyyətlərdə güclü təsirə malikdir”.

Sözsüz ki, adları sadalanan alimlər içərisində tarix elminin inkişafına ən güclü təsir göstərən K.Marks olmuşdur. Bu təsir xüsusilə bolşevik Rusiyası və Sovet imperiyası dövründə yazılan əsərlərdə özünü daha parlaq büruzə vermişdir. Dialektik materializm adlanan bu konsepsiyanın müsbət cəhətləri tarixin bərpasında mühüm rol oynayan üç faktorun əlaqəli fəaliyyətinin tətbiqindən ibarətdir. Dialektik materalizm konsepsiyasına görə tarixi gerçəklik tarixçilərin və hətta tarixi mənəbələrin yaradıcısının münasibəti və düşüncəsindən asılı olmayaraq mövcuddur. Tarixi mənbələr bizim keçmiş haqqında biliklərimizin sübutudur. Lakin bu sübutun elmi və obyektiv mənalandırılması, interpretasiyası, mənbələrdəki informasiyanın tarixi reallığı nə dərəcədə obyektiv əks etdirməsi tarixçi tərəfindən müəyyən olunur.

XX əsrin I yarısında tarix və tarixşünaslıq konsepsiyasının formalaşmasına təsir göstərən digər bir məktəbin əsası Fransada qoyulmuşdu. 1929-cu ildə yaradılmış “Annallar: tarix, iqtisadiyyat və cəmiyyət” jurnalının iki aparıcı yazarı –Mark Blok və Lyusin Fevr, tarixin ənənəvi yazılma metodu, metodologiyası və nəzəriyyəsinin ciddi tənqidi ilə çıxış etdilər. Sonralar “mentalitet tarixi və ya düşüncə tərzi tarixi” adlandırılacaq əsərində L.Fevr XYI əsr təfəkkür dünyasını bərpa etməyə çalışaraq, o dövrdə ateizmin mövcud olmadığını sübuta Ş.Məmmədova Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş 14 yetirməyə çalışır. M.Blok öz növbəsində feodalizmin təhlilinə həsr olunmuş əsərində feodalizmi siyasi öhdəliklər haqqında qanunlar toplusu kimi deyil, sosial əlaqələr və mədəniyyət sistemi kimi təqdim etdi.

Fəlsəfi-metodoloji təhlilin ən yüksək səviyyəsi tarixin metodologiyasının özünün fəlsəfi, tarixi və metodoloji nəzəriyyələr sistemində yeri və rolunun müəyyən edilməsidir. Tarixin metodologiyasının əhəmiyyəti və özəlliyi, müasir bilik strukturunda yeri yalnız bu cür müqayisədə aydın olur. Bundan əlavə, tarixin fəlsəfəsi və tarixi prosesin nəzəriyyəsi ilə ümumi idrak nəzəriyyəsi və tarixi bilik nəzəriyyəsi, dialektik və formal məntiq, tarixi tədqiqat nəzəriyyəsi ilə qarşılıqlı əlaqə yaranır. Tarixin metodologiyasının məzmunu məhz bu səviyyədə açılır.



Yüklə 228,83 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin