9.4. Hava və iqlim.
Atmosferin aşağı hissəsinin qısa vaxt ərzində olan meteoroloji vəziyyətinə hava deyilir. Hava adətən bir gün, bir həftə, bir və ya bir neçə ay müddəti üçün müəyyən olunur. Günəş radiasiyası, havanın temperaturu, rütubətliyi, atmosfer təzyiqi havanın ünsürləridir. Buludluq, külək və onun istiqaməti, yağıntılar isə havanın əsas hadisələridir. Atmosfer təzyiqinin dəyişməsi yağıntıların düşməsinə, küləyin əsməsinə, temperaturun dəyişməsi və onun digər elementlərinə təsir edir.
Qısa vaxtda hava kütlələri, siklon və antisiklonlar, atmosfer cəbhələri və Günəşin təsiri ilə hava tez – tez dəyişir. Subtropik və mülayim qurşaqlarda havanın dəyişməsi daha tez – tez olur.
Hava xidməti Hava və onun vəziyyəti meteoroloji stansiyalarda aparılan müşahidələr nəticəsində qabaqcadan öyrənilir. Sutkada hər üç saatdan bir havanın vəziyyəti müşahidə olunur. Sərt təbii şəraiti olan ərazilərdə və okeanlarda havanın öyrənilməsi üçün avtomatik radiometeoroloji stansiyalaradan istifadə olunur. Havanın öyrənilməsi məqsədi ilə radiozondlardan ( 30 – 40 km - ə qədər ), meteoroloji raketlərdən ( 500 km ) , Yerin süni peyklərindən və kosmik gəmilərdən alınan məlumatlardan istifadə edilir.
Yerdə havanın göstəricilərinin sistemləşdirilib öyrənilməsi məqsədilə Ümumdünya Hava Xidməti yaradılmışdır. Moskva, Vaşinqton və Melburnda dünya üzrə əsas meteoroloji mərkəzlər yerləşir. Hava haqqında məlumatların təhlil edilməsində, emalında və ötürülməsində kompüter texnologiyalarının rolu artmışdır.
Hava məlumatları əsasında bir sutka üçün sinoptik xəritələr tərtib edilir. Sinoptik xəritələr adətən tərtib olunur. Onların üzərində müşahidələrin nəticələri qeyd olunur. Həmin xəritələrə əsasən siklonlar, antisiklonlar, hava kütlələrinin tipləri, atmosfer cəbhələrinin yerləşməsi, onların hərəkət istiqaməti, sürəti, transformasiyası əsasında bir neçə gün üçün ətraf rayonlarda havanın necə dəyişəcəyi müəyyən edilir, onun proqnozu hazırlanır.
Havanın öyrənilməsi təsərrüfat işlərində mühüm əhəmiyyət kəsb edir. Təyyarələrin, kosmik gəmiərin uçuşu, gəmilərin idarə edilməsi, kənd təsərrüfatı işlərinin aparılması zamanı havanın qabaqcadan öyrənilməsi vacibdir.
İqlim Qədim yunanlar hava şəraitinin günəş şüalarının düşmə bucağından asılı olduğunu müəyyən etmişlər. İqlim ( yun. klima – meyllilik ) sözünü ilk dəfə yunan alimi Hipparx işlətmişdir.
Müəyyən ərazi üçün əciyyəvi olan və hər il eyni vaxtda təkrarlanan hava tiplərinin orta çoxillik rejiminə iqlim deyilir. Iqlim davamlı xarakter daşıyır və yalnız geoloji dövrlər ərzində dəyişir. Havanın il ərzində, yanvar və iyul aylarında orta temperatur göstəriciləri, atmosfer təzyiqi sahələrinin paylanması, hakim küləklərin istiqaməti, yağıntıların illik miqdarı və rejimi əsas iqlim göstəricilərdir. Onlar iqlim xəritələrində verilir.
Iqlim əmələ gətirən amillər kosmik, planetar və coğrafi qruplara bölünür. Günəş radiasiyası və ya coğrafi enlik, atmosferin ümumi dövranı və səth örtüyü əsas iqlim əmələ gətirən amillərdir.
Iqlimin formalaşmasına, həmçinin okeanlardan uzaqlıq, okean cərəyanları, quru və suyun paylanması, relyef şəraiti, mütləq hündürlük də təsir edir.
İri dağ silsilələrinin yerləşmə istiqaməti hava axınlarının materiklərin daxili rayonlarına irəliləşməsinə güclü təsir edir. Dağlar sahilə paralel yerləşirsə dəniz hava kütlələri materiklərə daxil ola bilmir. Bu zaman dağların okeana tərəf olan küləktutan yamaclarına kifayət qədər yağıntı düşür. Digər yamaca isə rütubətli hava keçə bilmir. Bu səbəbdən Sakit okeanın Çili və Alyaska sahilləri, Himalay dağlarının cənub yamacları, Kamerun vulkanını ətəkləri, Böyük Suayrıcı dağlarının şimal yamaclarında isə geniş ərazilərdə səhralar əmələ gəlir.
Ərazinin mütləq hündürlüyü artdıqca əvvəlcə yağıntıların miqdarı artır, müəyyən hündürlükdən sonra azalır. Ona görə ki, dağların yamacları boyu yuxarı qalxan hava axınları getdikcə soyuyur, yağıntıların çoxu tökülür. Yüksək dağlıq ərazilərdə havanın mütləq rütubətliliyi aşağı düşür və az yağıntı verir.
İri su anbarlarının tikilməsi, şəhərlər, meşələrin salınması, sənaye rayonlarının formalaşması, relyefin elementləri kiçik ərazilərdə iqlimi dəyişir. Onların üzərində və ətraf sahələrində fərqli iqlim şəraiti formalaşır. Ona mikroiqlim deyilir.
İqlim qurşaqları Hazırda rus iqlimşünası V.P.Alisovun ayırdığı iqlim qurşaqlarından daha çox istifadə edilir. O, hava kütlələri və temperatur şəraitini əsas götürərək Yerdə 7 əsas və 6 keçid iqlim qurşaqları ayırmışdır.
Əsas iqlim qurşaqlarının öz hava kütləsi olur və il boyu hakimlik edir. Keçid iqlim qurşaqları iə Şimal yarımkürəsində yayda özündən cənubda olan, qışda isə şimalda olan hava kütlələrinin təsiri altında olur. Cənub yarımkürəsində isə yayda özündən şimalda olan, qışda isə cənubda olan hava kütlələrinin təsiri altında formalaşırlar. Əsas iqlim qurşaqlarına ekvatorial, tropik, mülayim, arktik və antarktik qurşaqlar aiddir. Keçid iqlim qurşaqlarına isə subekvatorial, subtropik, subarktik və subantarktik qurşaqlar daxildir.
Ekvatorial iqlim qurşağında havanın orta illik temperaturu 250 – 280C – dir. İl ərzində havanın temperatur rejimi sabit olur, amplitudu 30 – 40C – dir. İldə 2000 – 3000 mm yağıntı düşür.
Amazon çayının hövzəsi və And dağlarının ekvator boyu hissələri, Konqo çayının hövzəsi, Qvineya körfəzinin sahilləri, Malay arxipelaqı, Malakka yarımadası və Yeni Qvineya adasının şimal yarısı ekvatorial iqlim qurşağına aiddir.
Subekvatorial iqlim qurşaqlarında yayda ekvatorial hava kütlələri hakim olur. Havanın illik orta temperaturu 200 – 300 C, illik yağıntının miqdarı isə 1000 – 3000 mm arasında dəyişir. Ekvatora yaxın olan ərazilərdə ilin doqquz ayı yağıntılı, üç ayı isə quraq keçir.
Cənubi Amerikanın yaylaları, Orinoko ovalığı, Afrikada Böyük Səhranın cənubu, Şərqi Afrika yaylası, Zambezi çayının hövzəsi, Asiyada Hindistan və Hind – Çin yarımadaları, Cənubi Çin, Filippin və Tayvan adaları subekvatorial iqlim qurşaqlarında yerləşir.
Tropik enlikdə yerləşən Hindistan və Hind – Çin yarımadalarına musson küləklər bol yağıntı gətirdiyi vaxt subekvatorial qurşaqdakı yağıntılı mövsümlə üst – üstə düşür. Ona görə də bu ərazilər subekvatorial iqlim qurşağına aid edilir.
Tropik iqlim qurşaqlarında hava isti və qurudur. Bu iqlim qurşaqlarına Asiyada Ərəbitsan yarımadası, İranın cənubu və Tar səhrası, Afrikanın şimalı ( Böyük Səhra ) və cənubu, Madaqaskar adasının cənub yarısı, Amerikada Meksika, Mərkəzi Amerika və Vest – Hind adaları, Braziliyanın Atlantik okeanı sahilləri və Avstraliyanın mərkəzi daxildir.
Soyuq okean cərəyanlarının təsiri ilə materiklərin qütb sahillərində və mərkəzi hisələrində quru tropik iqlim tipi ( tropik səhra iqlimi ) formalaşır. Sutkalıq temperatur amplitudu 400C – yə çatır. Tropik səhralarda soyuq cərəyanlar keçən sahillərdə çoxlu duman əmələ gəlir. Yağıntıların illik miqdarı 100 – 150 mm – dən, Ərəbistanda isə 50 mm – dən azdır. Asiyada yanvarın orta temperaturu 180 – 240C, iyulun orta temperaturu 300 – 350C – dir.
Materiklərin şərq sahillərində isti okean cərəyanlarının təsir etdiyi tropik enliklərdə rütubətli tropik iqlim tipi əmələ gəlir. Okean üzərində olan tropik iqlim ekvatorial iqlimə oxşardır. Lakin burada yağıntılar yayda düşür. Bu iqlim tipinin hakim olduğu ərazilərdə yanvarın orta temperaturu 100 – 150C, iyulun orta temperaturu isə 200 – 270C olur.
Subtropik iqlim qurşaqları Şimal və Cənub yarımkürələrində, 300 – 400 şimal və cənub enliklərində yerləşir. Iqlim qurşaqları daxilində Aralıq dənizi, kontinental, musson və yağıntıları il boyu bərabər paylanan iqlim tipləri ayrılır.
Subtropik iqlimin Aralıq dənizi iqlim tipi Aralıq dənizi ətrafında, Krımın cənubunda, Afrika və Avstraliyanın cənub – qərbində, Cənubi Amerikada Orta Çilidə, Şimali Amerikada isə Kaliforniyada formalaşır. Aralıq dənizi iqliminin hakim olduğu ərazilərdə qış mülayim və rütubətli, yay isə iti, quru və az buludlu olur. Qışda orta temperatur 00C – dən yuxarı, yayda 220 – 280 C – dir. Yağıntıların miqdarı 400 – 600 mm – dən 1000 mm - ə qədər dəyşir.
Subtropik qurşağın musson iqlim tipi materiklərin şərqində əmələ gəlir. Asiyada Yapon adaları və Koreya yarımadasının cənub yarısında, Çinin mərkəzi hissələrində, Şimali Amerikada Florida yarımadasının şimal yarısında və ABŞ – ın cənub – şərqində subtropik qurşağın musson iqlim tipi yayılır.
Kontinental subtropik iqlim tipi əsasən materiklərin mərkəzində, Türkmənistan, İran, ABŞ – ın mərkəzi, Argentinanın şimalı və Avstraliyanın cənubunda yayılmışdır. Bu iqlim tipi üçün səciyyəvi cəhət yayın isti və quru, qışın isə soyuq və az yağıntılı olmasıdır.
Yağıntıları ilboyu bərabər paylanan subtropik iqlim tipi Cənub yarımkürəsində, materiklərin subtropik enliklərinin şərq və cənub – şərq kənarlarında yaranır. Bu iqlim tipi Cənub – Şərqi Avstraliyada, Tasmaniya və Yeni Zelandiya adalarında, Parana çayının sol sahillərində olan Argentina və Uruqvayda hakimdir.
Mülayim iqlim qurşaqları 400 – 450 şimal və cənub enlikləri ilə qütb dairələri arasında yerləşir. İqlim qurşaqları daxilində bir – birindən fərqlənən mülayim dəniz, mülayim – kontinental, kontinental və musson iqlim tipləri ayrılır.
Materiklərin qərb hissələrində dəniz iqlim tipinin yaranması buradan isti dəniz cərəyanlarının keçməsi ilə əlaqədardır. Bu iqlim tipi Şimali Amerikada Labrador və Yeni Şotlandiya yarımadalarında, Alyaska körfəzinin sahillərində, Cənubi Amerikada Çilinin cənubunda yayılmışdır. Avrasiyada Böyük Britaniya və İrlandiya adaları, Skandinaviya yarımadası və sahilboyu ərazilər, Kamçatka, Cənub yarımkürəsində Tasmaniya və Yeni Zelandiya adaları mülayim qurşağın dəniz iqlim tipi zonasında yerləşir. Sahilboyu ərazilərdə il ərzində 500 – 1000 mm yağıntı düşür. Belə iqlim şəraitində yay sərin ( 150 – 200 C ), yağıntılı, qış isə mülayim və rütubətli olur.
Materiklərin daxilinə doğru getdikcə okeanların təsirinin azalması nəticəsində mülayim – kontinental iqlim tipi formalaşır. Avrasiyanın qərb sahillərindən Ural dağlarına qədər ərazilər, Amerikada Pataqoniya və Kordilyerin daxili rayonları mülayim – kontinental iqlim tipi zonasında yerləşir. Quru ərazilərdə formalaşan mülayim – kontinental iqlim şəraitində soyuq, şaxtalı, quru və şəffaf olması ilə səciyyələnir. Yayda isə hava qızaraq qalxan hava cərəyanları əmələ gətirir, leysan yağışlarının yağmasına, tufanların baş verməsinə səbəb olur. Yayda orta temperatur 250 – 270 C, qışda -50 – 100 arasında olur.
ABŞ və Kanadanın daxili rayonlarında, Avrasiyada Xəzərsahili ovalıq, Sibir, Uzaq Şərqin Yakutska qədər sahələri, Mərkəzi Asiya və Çinin şimalında mülayim qurşağın kontinental iqlim tipi yayılır. Yanvarın orta temperaturu – 360 – 450 C, iyulun orta temperaturu 180 – 240 C – dir. Avrasiyanın daxili hissələrində 300- 400 mm, Mərkəzi Asiyada 150 – 200 mm yağıntı düşür. Qışda güclü şaxta və qar örtüyünün az olması yerin üst qatında süxurların donmasına səbəb olur. Şimal yarımkürəsinin ən soyuq yeri olan Oymyakonda mütləq minimal temperatur – 710 C qeydə alınmışdır.
Mülayim enliklərin musson iqlim tipi Rusiyanın Sakit okean sahillərini, Çinin şimal – şərqini, Saxalin adasını, Yapon adaları və Koreya yarımadasının şimal yarısını əhatə edir. Yayda Sakit okeandan əsən küləklərlə əlaqədar 1600 – 2000 mm yağıntı düşür. Qışda materikdən soyuq küləklər əsdiyinə görə aydın, quru və soyuq havada temperatur -200 – 270 C – yə qədər aşağı düşür.
Subarktika və subantarktika ( subqütb ) iqlim qurşaqları qütbətrafı əraziləri əhatə edir. Subarktika iqlim qurşağı Şimal yarımkürəsində, təqribən 600 – 650 şimal enlikləri ilə 670 – 730 şimal enlikləri arasında yerləşir. Burada qış uzun və sərt keçir, qışda -400 C – yə qədər şaxtalar olur, yayda temperatur 12 0 C – yə qədər qalxır, şaxtalar olur. İllik yağıntı 300 – 500 mm – dir.
Subantarktika qurşağı 600 – 670 cənub enlikləri arasında Sakit, Atlantik və Hind okeanlarının cənub hisələrini və adaları əhatə edir. Ərazidə hava kütlələrinin mövsümlər üzrə bir – birini əvəz etməsi səciyyəvidir, qışda ( iyul ) Antarktika, yayda ( yanvar ) isə mülayim enliklərin hava kütlələri hakim olur. Yayda buzlardan tamamilə azad olur. Tez – tez çovğun, qar fırtınaları, duman müşahidə edilir. Hündürlüyü 10 m - ə çatan dalğalar xarakterikdir.
Arktika və Antarktika iqlim qurşaqları 650 – 700 şimal və cənub enlikləri ilə Şimal və Cənub coğrafi qütbləri arasında yerləşir.
Arktika iqlim qurşağında dəniz iqlimi hakimdir. Onun qərb hissələrində çoxlu siklonlar yaranır, güclü küləklər əsir. Bəzən mülayim qurşaqdan bu ərazilərə hava axınları daxil olur. Iqlim qurşağı Şimali Amerika və Avrasiyanın şimalını və yaxınlıqdakı adaları əhatə edir. Yanvarın orta temperaturu -200 – 400 C, iyul 00 C, yağıntılar 200 – 250 mm –dir.
Antarktida materiki və onun ətrafında olan okeanlarda Antarktika iqlim qurşağı ayrılır. Materikin sahilboyu ərazilərində iyulun orta temperaturu -320 C- dən aşağı, mərkəzdə -640 C olur. Yanvarın orta temperaturu yayda -160 C – yə, mərkəzdə -320 C – yə yaxın olur. Daxili rayonlarında 50 mm – dən az, əksər ərazilərdə 100 – 200 mm - ə qədər, sahillərdə 400 mm - ə qədər yağıntı olur.
Dostları ilə paylaş: |