Ehtimal nəzəriyyəsi (Probability Theory)
Ehtimal nəzəriyyəsi fənni kütləvi bircins hadisələrin ehtimal qanunauyğunluqlarının öyrənilməsini, elmi və praktik nəticələr almaq üçün statistik verilənlərin toplanması və emalı üsullarının yaradılmasını tədqiq edir, tələbələr xüsusilə ehtimalın təriflərinin tətbiqlərinə, təsadüfi kəmiyyətlərin ədədi xarakteristikalarının hesablanmasına, müxtəlif teoremlərin tətbiqilə məsələ həllinə diqqət yetirməlidirlər.
|
5
|
16
|
İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin hüquqi aspektləri (Legal aspects of information security and cybersecurity)
Bu fənn çərçivəsində informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində yaranan ictimai münasibətləri tənzimləyən hüquq normalarının tədrisi həyata keçirilir. Fənnin tədrisi zamanı informasiya hüququnun əsasları, informasiya təhlükəsizliyi və kibertəhlükəsizliklə bağlı normativ-hüquqi baza, informasiya sahəsində əsas insan hüquq və azadlıqlarının mühafizəsi mexanizmləri, eləcə də, fərdi məlumatların, habelə dövlət sirri təşkil edən və konfidensial informasiyanın mühafizəsinin hüquqi aspektləri, kibercinayətkarlığa qarşı mübarizənin hüquqi mexanizmləri, həmçinin informasiya müharibəsi/kibermüharibənin hüquqi aspektlərinin tədrisinə xüsusi diqqət yetirilməlidir.
|
5
|
17
|
İnformasiya təhlükəsizliyinin idarəedilməsi sistemləri (Information Security Management Systems)
Kurs çərçivəsində tələbələr İnformasiya Təhlükəsizliyinin İdarəedilməsi Sistemlərinin (İTİS) aktuallığı, əsasları, planlaşdırılması və təşkil edilməsi üçün zəruri bilikləri əldə edəcəklər. Bir təşkilatda fərqli idarəetmə sistemləri ilə İTİS-nin vəhdətini yaratmağa dair bacarıqlara yiyələnirlər. Bununla yanaşı, tələbə İTİS üzrə əsasən ISO 27001, eləcə də fəaliyyət sahələrinin xüsusiyyətinə uyğun olaraq digər beynəlxalq standartların (ITIL, COBIT) təşkilatda tətbiq olunmasının aktuallığını, rolunu, prinsiplərini və üsullarını öyrənəcəklər.
|
5
|
18
|
|
Dostları ilə paylaş: |