İXTİsasa giRİŞ



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə47/66
tarix09.05.2023
ölçüsü0,91 Mb.
#110327
növüDərslik
1   ...   43   44   45   46   47   48   49   50   ...   66
Mirzacanzade Ixtisasa girish

Mazutdan benzin necə alınır
Neftin ilk emalı prosesində onun kimyəvi tərkibi dəyişir, ondan 
ancaq benzin, kerosin və s. fraksiyalar alınır. İlk emal prosesində 
xam neftdən ancaq onun tərkibində olan benzini ayırmaq olar. 
Neftin tərkibində orta hesabla 5%-dək benzin olur. 
Bəs neftdən onun tərkibində olduğundan daha artıq benzin almaq 
mümkündürmü? Elm bu suala müsbət cavab verir. Bu murəkkəb 
məsələ də rus alimi V.Q. Şuxov tərəfindən həll olunmuşdur. 
Neftin kimyəvi parçalanması (krekinqi) 
Yuxarıda izah olunan neftin ilkin emalı prosesində neftin kimyəvi 
tərkibi, yəni emal edilmədən əvvəl onun tərkibində olan benzin
kerosin və s. fraksiyaların miqdarı neftin emalı zamanı dəyişmir. 
Odur ki, neftin ilkin emalında xam neftdən ancaq onun tərkibində 
olan benzindən artıq benzin almaq mümkün deyil. Benzin yüngül 
molekullu karbohidrogenlərdən təşkil olunmuşdur. Bu səbəbə görə 


86
IX. Neft-qaz ixtisas fənlərinin mahiyyəti haqqında qısa məlumat 
mazut qatı və ağır bir mayedir. Əgər, mazutdakı mürəkkəb və ağır 
karbohidrogen molekullarını parçalayıb yüngül molekullar almaq 
mümkün olsa idi, o zaman mazutdan benzin almaq olardı. Bu çətin 
və mürəkkəb məsələni 1891-ci ildə məşhur rus mühəndisi V.Q. 
Şuxov müvəffəqiyyətlə həll etdi. V.Q. Şuxov göstərdi ki, mazutdan 
benzin almaq üçün onu müəyyən təzyiq altında 450–500°C-dək 
qızdırmaq lazımdır. Beləliklə, müəyyən zaman müddətində ma-
zutda olan ağır və mürəkkəb quruluşlu karbohidrogen molekulları 
parçalanır. Məsələn, 16 karbon və 32 hidrogen atomundan təşkil 
olunmuş mürəkkəb karbohidrogen olan setan krekinq nəticəsində 
oktan və oktilen adlanan iki karbohidrogenə parçalanır. 
Lakin yüksək temperaturda mazutun molekulları həmişə 
tam ortadan deyil, kənar hissələrdən də parçalana bilər. Bu za-
man molekullarında bir, iki, üç və dörd karbon atomu olan qaz 
halındakı karbohndrogenlər əmələ gəlir. Bu qazların törəməsi 
benzinin çıxımının miqdarını azaldır. Amma yüksək temperatur 
şəraitində təzyiqi artırdıqda iri molekullar əsas etibarilə ortadan 
parçalanaraq benzini törədən karbohidrogenlər əmələ gətirir. Bu 
qayda ilə təzyiqin təsirindən parçalanma nəticəsində qaz əmələ 
gətirən on kiçik molekullu birləşmələrin miqdarı azalır və əksinə, 
bunlardan bir qədər iri olan benzin molekullarının miqdarı çoxalır. 
V. Q. Şuxovun bu mühüm ixtirası nəticəsində neft qalığı olan 
mazutdan indi 40%-dək krekinq-benzin və kerosin, habelə çoxlu 
miqdarda krekinq qazı alınır. Mazutun krekinqindən sonra alınan 
krekinq mazut son vaxtlara qədər bir yanacaq kimi işlənməkdədir. 
Krekinq qazının tərkibinə əsas etibarı ilə metan, etan, butan 
və doymamış karbohidrogenlərdən propilen, butilen daxildir. 
Krekinq qazının xalq təsərrüfatı üçün çox qiymətli bir xammal 
olduğunu irəlidə görəcəyik. 
Neft məhsullarının krekinqi bir neçə üsul ilə aparılır. Krekinq 
450–550°C temperaturda və yüksək təzyiq altında (50 atmosferədək) 
aparıldıqda karbohidrogenlərin əsas hissəsi maye halında olur. 
Belə krekinqə maye fazalı krekinq deyilir. Bu növ krekinq vasitəsilə 
ağır neft məhsulu olan mazutdan və solyar yağından 40%-dək ben-
zin alınır. 
Krekinq daha yüksək temperaturda (təqribən 600°C) və alçaq 
təzyiqdə (2–5 atmosfer) aparıldıqda karbohidrogenlərin çox hissəsi 
buxar halında olur. Odur ki, bu krekinqə buxar fazalı krekinq deyilir. 
Bu prosesdə yüksək keyfiyyətli benzin alınır. 
Son zamanlar krekinq, katalizator adlanan maddənin iştirakı ilə 
aparılır. Katalizator elə maddəyə deyilir ki, o kimyəvi reaksiyada 
iştirak etmir, lakin reaksiyanı sürətləndirir. Belə krekinqə katalitik 
krekinq deyilir. Katalitik krekinq, adətən 1–5 atmosfer təzyiqdə və 
250–450°C temperaturda aparılır. 
Katalitik krekinqdə termik krekinqə nisbətən daha 
yüksək keyfiyyətli mühərrik yanacaqları, habelə aromatik 


87
IX. Neft-qaz ixtisas fənlərinin mahiyyəti haqqında qısa məlumat 
karbohidrogenlər, o cümlədən benzol, toluol, ksilol və s. alınır. 
Bu üsul ilə alınan məhsullar miqdarca da çox olur. Mazut, solyar 
yağı və s. neft məhsullarının katalitik krekinqindən 60–80%-dək 
benzin və kerosin fraksiyaları alınır. Katalitik krekinqində katal-
izator olaraq alüminium xlorid, silisium oksidi, alüminium oksi-
di və s. işlədilir. Neftin kimyəvi emalının ikinci üsulu pirolizdir. 
Piroliz yüksək temperaturda parçalanma deməkdir. Piroliz 
krekinqə nisbətən yüksək temperaturda (adətən 600–700°C) və at-
mosfer təzyiqində aparılır. Piroliz prosesində zəncirvari molekul-
lu karbohidrogenlərin müəyyən hissəsi qapalı quruluşlu aroma-
tik karbohidrogenlərə çevrilir. Odur ki, neft fraksiyalarını piroliz 
etdikdə əvvəlcə neftdən benzol, toluol, naftalin və. s. kimi çox 
qiymətli birləşmələr alınır. 
Piroliz üçün əsas xammal kerosin və qazoyludur. Piroliz 
prosesində neft məhsullarından çoxlu miqdarda qaz (45–50%) 
və qatran (45%-dək) hasil olunur. Bu qatran emal etdikdə ondan 
yüngül sürtkü yağı, naftalin yağı və yaşıl yağ alınır. Yüngül yağdan 
benzol, toluol və ksilol kimi qiymətli aromatik birləşmələr istehsal 
olunur. 
Qatranı emal etdikdə isə ondan təqribən 25% yüngül yağ, 10% 
yaşıl yağ və 10% zift alınır. 
Naftalin yağından naftalin, ziftdən isə külsüz koks istehsal olu-
nur. 
Neft və qazdan çoxlu yanacaq sürtkü yağları başqa qiymətli 
məhsullar alınır. Onlar haqqında müvafiq fənləri öyrənərkən 
məlumat veriləcəkdir. 

Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin