A. X. Mirzəcanzadə, F. G. Şıxəliyev
İXTİSASA
GİRİŞ
ALİ TEXNİKİ MƏKTƏBLƏRİN QAZ-NEFT MƏDƏN
FAKÜLTƏSİ TƏLƏBƏLƏRİ ÜÇÜN DƏRSLİK
Azərbaycan SSR Ali və Orta
İxtisas Təhsili Nazirliyi tərəfindən
təsdiq edilmişdir
“MAARİF” NƏŞRİYYATI
BAKI – 1985
Rəyçi: Azərb. SSR EA müxbir üzvü, prof. M. Seyid-Rza
Elmi redaktoru: prof. Ə. Sadıqzadə
Mirzəcanzadə A., Şıxəliyev F.
M67 İxtisasa giriş – Ali texniki məktəblər üçün dərslik. I nəşri. –
Bakı, “Maarif” 1985, 157 səh. şəkilsiz.
Dərslikdə müasir neft və qaz muhəndislərinin hazırlanmasında ix-
tisas və dünyagörüşü ilə əlaqədar fundamental elmlərin rolu izah olu-
nur.
Kitabda geologiya, qazma, neft və qaz hasilatı, nəql edilməsi və emalı
barədə qısa məlumat vardır. Dənizdə neft və qaz hasilatının inkişafı
perspektivlərinə xüsusi yer verilmişdir. Erqonomika, ekologiya və
əmək mühafizəsi məsələlərinə də baxılmışdır. Müxtəlif səviyyələrdə
qərar qəbul edilməsi, xüsusən fikirlərin razılaşdırılması məsələləri də
müzakirə olunur.
Mühəndisin
ixtisas
keyfiyyətləri
və
dünyagörüşünün
formalaşmasında incəsənətin əhəmiyyətindən də bəhs olunur.
Toxunulan məsələlərın izahı, qarşıya qoyulmuş əsas məqsədi
yerinə yetirməklə bərabər kitabdan mütəxəssis olmayan oxucuların da
istifadə etməsinə imkan verir.
Dərslik müəlliflər tərəfindən birlikdə yazılmışdır.
3
GİRİŞ
Neft və qaz sənayesinin sürətli inkişafı qarşıya bir sıra yeni
texniki və ictimai problemlər qoymuşdur. İlk növbədə yeni neft
və qaz yataqlarının aşkar edilib və tez bir zamanda istismara
verilməsi problemini göstərmək lazımdır. Bununla yanaşı köhnə
yataqlarda neft və qaz hasilatının sabitləşdirilməsi də mühüm
məsələlərdəndir. Neft və qazın uzaq məsafəyə nəql edilməsi xalq
təsərrüfatının xammal və yanacaqla təchiz olunmasında böyük
əhəmiyyətə malik olub, əsas problemlərdən hesab olunmalıdır.
Yeni problemlərin meydana çıxması neft və qaz sənayesi
mütəxəssislərinin hazırlanmasında yeni tələblər irəli sürür.
Təqdim olunan «İxtisasa giriş» kursunda «T-ixtisası» üzrə
mühəndislərin hazırlanmasında bir çox ümumi və konkret
məsələlərdən bəhs olunur. İlk növbədə fundamental elmlərin
tədrisi şablon şəklində deyil, yaradıcı üslubda aparılmalıdır, yəni
riyaziyyat, kimya, fizika və s. fənlər tətbiqi xarakterdə konkret
misallarla tədris olunmalıdır.
Müasir mühəndis texnoloji prosesləri təhlil edərkən hazırki
vəziyyət üçün qərar qəbul etməyi və gələcəyi proqnozlaşdırmağı
bacarmalıdır. Burada statistik təhlillə yanaşı passiv və aktiv
təcrübələrin səmərəli üsullarla qoyulması böyük əhəmiyyətə
malikdir.
Kəşfiyyat, qazma, neft-qaz çıxarma, nəqletmə və emal
məsələlərinə kompleks sistem səviyyəsində yanaşmaq zəruridir.
Müasir muhəndis tam texnoloji prosesin başlanğıc və gələcək
mərhələsini nəzərə alaraq prosesi idarə etməyi bacarmalıdır.
Məsələn, qazmaçı mütəxəssis kəşfiyyat və neft-qaz çıxarma işini
istismarçı isə qazmanı, emalı və nəqletməni bilməklə texnoloji
prosesi idarə etməyi bacarmalıdır.
Mühəndis öz praktiki fəaliyyətində texnoloji prosesləri
müvəffəqiyyətlə idarə etməklə yanaşı ətraf mühitin mühafizəsi,
erqonomika, əmək mühafizəsi və yanğın profilaktikası məsələlərini
diqqət mərkəzində saxlamalıdır.
Müasir dövrdə mühəndis fəaliyyətinin müəyyənedici
amillərindən ən ümdəsi iqtisadiyyat göstəricilərinin qənaətli
olmasıdır. Mühəndis əmək fəaliyyətində istehsal prosesi ilə
əlaqədar qarşıya çıxan başqa məsələləri də məharətlə həll etməyi
bacarmalıdır.
Tədris prosesi, necə deyərlər, həm alman və həm də ingilis
üslublarında həyata keçirilməlidir. Alman üslubuna görə tələbə
«çox şeyi» görməli, ingilis üslubuna görə isə heç olmasa «bir az»
etməyi bacarmalıdır.
Müasir mərhələdə tələbənin ixtiyarında elektron hesablama
maşınları, manipulyasiya və robot texnikası vardır. Bunlar tələbəni
gündəlik «qeyri-yaradıcı» əməkdən azad edib, ona öz yaradıcılıq
4
istedadını daha geniş miqyasda nümayiş etdirmək imkanı verir.
Beləliklə, mühəndis anlayışı getdikcə daha çox öz başlanğıc
mənasına, yəni yaradıcı mənasına qayıdır.
V. Hüqo deyir ki, şair üçün intuisiya, elm və praktikadan
alınan üç keyfiyyət zəruridir. Bu keyfiyyətlər eynilə mühəndisə də
lazımdır.
Müasir dövrün sürətli elmi-texniki tərəqqisi şəraitində tələbənin
institutda aldığı bilik tez bir zamanda köhnəldiyi üçün konkret
proseslərə və texniki vəsaitə onların gələcək inkişaf imkanları
nöqteyi-nəzərindən tənqidi yanaşmaq lazımdır. Buna görə də
ixtisas fənləri sistemli, təhlil nöqteyi-nəzərindən izah olunmalıdır.
Məsələn, müəyyən bir qazma üsulu öyrənilərkən süxurların
dağılması mövqeyindən məlumat kanallarının tətbiqi imkanları
nəzərə alınmalıdır. Yaxud başqa bir misal kimi qazma prosesində
plazma üsulunun səmərəli tətbiq olunması imkanları məsələsini
göstərmək olar. Bu prosesdə ayrılan böyük enerji tam istifadə
oluna bilmədiyi üçün faydalı iş əmsalı çox kiçik olur. Bunun əsas
səbəbi bilavasitə quyu dibində məlumat kanalının olmamasıdır.
Bu deyilənlər sübut edir ki, məsələnin optimal həlli üçün
mühəndis öz ixtisasından əlavə elmin başqa sahələrini, xüsusən
texnoloji proseslərin avtomatik tənzimləmə nəzəriyyəsi üsullarını
bilməlidir.
Məlumat azlığını emosiya ilə tamamlamaq mümkündür.
Məlumdur ki, emosiyanın inkişafında incəsənətin rolu böyükdür.
L. N. Tolstoy yazır ki, incəsənət və elm ürək və ciyərlər
kimi vahiddir. Məhz buna görə də kitabda incəsənətin bəzi
məsələlərindən qısaca bəhs edəcəyik.
Müasir dövrdə neftçilərin qarşısında duran mühüm
problemlərdən biri layların neft və qaz veriminin artırılmasıdır.
Bu neft və qaz yataqlarının ehtiyatlarından tam istifadə etməklə
əlaqədardır. Təbii enerji mənbəyi problemi dünyanın ən mühüm
problemi sayılır. Təbii enerji yer üzərində həyat və sülh təmin edən
bir amildir. Dünyada təbii enerjinin tükənməsi dövlətlər arasında
hərbi münaqişəyə, hətta yeni dünya müharibəsinin yaranmasına
səbəb ola bilər. Buna görə də təbii enerji mənbəyi probleminin həlli
bütün bəşəriyyət üçün böyük əhəmiyyətə malikdir.
Məlumdur ki, enerji ehtiyatı müəyyən dərəcədə insan həyatının
təminat vasitəsi sayılır.
Qeyzenberq yazır ki, təbii enerji həyatda yaranan bütün
dəyişikliklərin səbəbkarıdır. Yəni o həyatın açarıdır.
Hazırda tələb olunan enerjinin 70%-i neft və qazın hesabına
ödənilir. Yanacağa olan tələbatın sürətlə artması müəyyən
müddətdən sonra onun tükənməsinə səbəb ola bilər. Müxtəlif
hesabatlara görə bu müddət 20-50 il arasında dəyişir.
1973-cü ildə bir sıra neft hasil edən xarici ölkələrdə neftin satış
qiymətinin artırılması dünya miqyasında enerji böhranına səbəb
5
oldu. Bu problemin həlli elmi-texniki tərəqqi ilə sıx əlaqədardır.
Enerji böhranı probleminin həlli ona qənaətlə yanaşı başqa enerji
növlərindən də istifadə etməkdir. Energetika sahəsində istilik
nüvə sisteminə keçmək buna yaxşı nümunə ola bilər. Hazırda
SSRİ-də işlənib hazırlanmış kiçik ölçülü reaktorları şəhərlərin
istilik təchizatını təmin etməklə yanaşı ətraf mühitin çirklənməsini
azaldır və başqa enerji növlərinə nisbətən iki dəfə ucuz başa gəlir.
Nüvə enerjisi ilə yanaşı başqa enerji mənbələrindən – günəş, su,
külək, vulkan və s. istifadə edilməsinin böyük əhəmiyyəti vardır.
Təbii enerjiyə qənaət etmək tədbirlərindən biri avtomobil və
hava nəqliyyatı vasitələrini iki dəfə azaldıb dəmiryol nəqliyyatına
üstünlük vermək, böyük enerji tələb edən istehsal proseslərini
azaltmaq, alüminiumu dəmirlə, plastik kütlələri ağacla, yuyucu
maddələri isə sabunla əvəz etmək nəzərdə tutulur.
Hesablamalara görə yuxarıda göstərilən tədbirlər 1945-ci ildən
həyata keçirilsə idi, 1970-ci ildə iqtisadi inkişafa zərər vermədən
təbii enerji sərfini 66% azaltmaq mümkün olardı. Əlbəttə bu
rəqəmlər əhalisi dünya əhalisinin 6%-ni, sərf etdiyi enerji isə
dünya üzrə sərf olunan enerjinin üçdə birini təşkil edən ölkələrə
aiddir. Belə ki, ABŞ-da adam payına düşən orta enerji sərfi başqa
ölkələrə nisbətən 6 dəfədən artıqdır.
Yuxarıda qeyd etdiklərimiz bir daha sübut edir ki, neftçi
mühəndislər nüvə enerjisinin tətbiqini ətraflı öyrənməli, ondan
istilik, kimyəvi, mikrobioloji üsullarla yanaşı laya təsir edən enerji
növü kimi istifadə etməyi bacarmalıdırlar.
Müəlliflər bəzi məsələlərin izahını verməklə neft-qaz ixtisası
üzrə təhsil alan dünənki orta məktəb şagirdlərinin yüksək ixtisaslı
və geniş dünyagörüşünə malik mühəndis kimi yetişməsinə
kömək etməyə cəhd göstərmişlər. Təbiidir ki, bu ilk cəhd kifayət
dərəcədə müvəffəqiyyətli olmaya bilər. Buna baxmayaraq ümid
edirik ki, ölkənin enerji yanacaq balansında mühüm yer tutacaq,
neft-qaz istehsalında fəal iştirak edəcək mühəndis kadrların
hazırlanmasında bu dərsliyin müəyyən köməyi olacaqdır.
Bu kurs üzrə mühazirələr Azərbaycan Neft və Kimya İnstitutunun
qaz-neft-mədən fakültəsində son bir neçə ildir ki, oxunur. Kursun
ayrı-ayrı hissələri İvano-Frankovski Neft və Qaz İnstitutunda,
Ufa və Tümen Sənaye İnstitutlarında tədris edilmişdir. Müəlliflər
kursun təkmilləşməsinə kömək edəcək oxucu qeydlərini böyük
məmnuniyyətlə qəbul edəcəklər.
6
Dostları ilə paylaş: |