I. Müasir mühəndisə olan tələbat
elektrostatik potensialının paylanması və qazma borularının
burulması eyni tənliklərlə göstərilir; dağ süxurlarında istiliyin
yayılması ilə elektrik sahəsinin tənliyi eynidir. Belə misallar
çoxdur. Oxşar tənliklərin həllini bildikdə, texnikanın müxtəlif
sahələrində olan məsələlərin nəticələrini, bunları bilavasitə həll
etmədən analoji şəkildə qabaqcadan demək mümkündür. Bu zaman
mühəndisin gözləri qarşısında tənliyi başa düşməyə kömək edən
riyazi obraz dayanır. Tənliyi başa düşmək və deməkdir? Məşhur
fizik P. Dirak demişdir: «Əgər mən tənliyi bilavasitə həll etmədən
həllinin ümumi şəklini təsəvvür edə bilirəmsə, hesab edirəm ki,
tənliyin mənasını anlamışam». Əlbəttə, tənliyi başa düşməkdən
ötrü riyazi təcrübəyə malik olmaq lazımdır. Buna görə də gələcək
mühəndis gərgin işləməli və riyazi biliyə yiyələnməlidir.
Mühəndisin riyazi təfəkkürü riyaziyyatçının təfəkküründən
onunla fərqlənir ki, mühəndis simvollar və rəqəmlər arasında
proseslərin davametmə xarakterini və qurğuların vəziyyətini
görməlidir. O, məsələnin həllini tənliklərin yazılmasından əvvəl
qiymətləndirməyi bacarmalıdır. Riyaziyyatçıdan fərqli olaraq
mühəndis konkret məlumat ehtiyatına malik olmalı və həllin texniki
məqsədəuyğunluğunu görməlidir. Məsələn, əgər söhbət diametri 6
düymə olan borudan gedirsə, mühəndis hesabat aparmadan həmin
borunun texniki imkanlarını, buraxma qabiliyyətini təsəvvür
etməlidir. Bu, tez qərar çıxarmaqda ona kömək edir.
Riyaziyyatçıdan fərqli olaraq, mühəndis riyazi modeli konkret
şəraitin tələb etdiyi qədər sadə şəkildə qurmağı bacarmalıdır. Eyni
sözləri həllin və hesablamaların dəqiqliyi haqqında da demək
olar. Çoxları belə hesab edir ki, riyaziyyat dəqiq elm olduğundan
hesablamanı mümkün qədər dəqiq aparmaq lazımdır. Buna
görə də hesablamaları vergüldən sonra beş-altı rəqəm dəqiqliklə
aparırlar. Soruşulur, buna ehtiyac varmı? Məsələn, estakadalar 20
ton yükə davam gətirirsə, onun üzərinə düşən ağırlığı qramlarla
hesablamaq lazımdırmı?
Akademik A.N. Krılov əsrimizin əvvəllərində 1:10
6
, 1:10
8
dəqiqliklə hesabat aparmağı tələb edilən Rusiya idarələrindəki
əyintilərlə mübarizə apararaq yazırdı: «Bir çox hallarda düsturlar
dəqiqliyin artırmasına görə hesablama üçün yararlı olmur.
Hesablamanın həddindən artıq dəqiqliyi isə işə ziyan verir. Bütün
hesablamalar üçün ilk şərt ondan ibarətdir ki, nəticələrin dəqiqliyi
təcrübənin tələbinə uyğun gəlsin».
Ancaq çox az xəta tələb edən məsələlər də var. Məsələn, raketin
aya uçuşunun trayektoriyası 1:10
5
dəqiqliklə təyin edilir. Bir sıra
texniki məsələlərin həllində isə buna ehtiyac yoxdur. Eyni zamanda
mühəndis məsələnin həllinin son qiymətinə təsir edən kiçik ədədləri
belə nəzərdən qaçırmamalıdır. Məsələn, neftin boruda hərəkətinə
dair məsələni həll edərkən onun sıxılma qabiliyyətini nəzərə
almamaq olar. Ancaq yatağın ehtiyatının hesablanmasında sıxılma
13
I. Müasir mühəndisə olan tələbat
göstəriciləri əlavə olaraq milyon tonlarla neftə bərabər ola bilər.
Məlum olduğu kimi neft yerin dərin qatlarında böyük təzyiq altında
olur. Mühəndis riyazi modeli seçərkən onu elə sadələşdirməyə
çalışmalıdır ki, bu konkret məsələnin tələblərinə cavab versin.
Məsələn, gilli süxurda gili bərk hesab etmək və sürüşməni nəzərə
almamaq olar. Amma həmin yerdən tunel çəkdikdə sürüşmənin
nəzərə alınmaması bir neçə ildən sonra tunelin uçmasına gətirib
çıxara bilər. Qısa müddətli yük bir model, uzun müddətli yük isə
digər model tələb edir.
Hazırda layihə, tədris və elmi-tədqiqat fəaliyyəti ilə məşğul
olan adamların sayı getdikcə artır. Hələ 1966-cı ildə ölkəmizdə bu
rəqəm 5–6 milyon olmuşdur. Həmin dövrdə inşaat işlərində 5.8
milyon, nəqliyyatda 7.4 milyon adam çalışırdı. Əgər artım sürəti
dəyişməzsə, hesablamalar göstərir ki, 80 ildən sonra bütün yaşlı
əhali layihəçilərə, elmi işçilərə, laborantlara və s. çevrilər. Gəlin
çox da uzağa getməyək. Elə indinin özündə belə istehsalatçılarla
layihəçilərin arasındakı nisbət layihəçilərin xeyrinə dəyişir.
Ona görə gənclər təhsilə mühəndis-riyaziyyatçı olmaq inamı ilə
başlamalıdırlar. Yalnız belə mühəndislər gələcəkdə çox xeyir verə
bilər və öz əməyindən mənəvi zövq alarlar. Əgər belə mühəndis
istehsalatda çalışarsa, istshsalat bundan qazanar.
Mühəndisin həyatında intuisiya (duyma qabiliyyəti) böyük
rol oynayır. Viktor Hüqo demişdir ki, yazıçılar üç şeyə – elm,
təcrübə və intuisiyaya malik olmalıdırlar. Mühəndis bu keyfiyyətə
yazıçıdan da artıq dərəcədə nail olmalıdır. Elmin və praktikanın
rolu aydındır. İntuisiyaya, mühəndis intuisiyasına gəldikdə
isə bu, birinci dərəcəli əhəmiyyətə malikdir. Bəzən deyirlər ki,
filan mühəndisin xüsusi duyma qabiliyyəti var, o, işin nəticəsini
qabaqcadan görə bilir.
Hesablamaları və eksperimentləri yerinə yetirərkən alimin vaxt
imkanı daha çox olur. İstehsal prosesində isə mühəndisdən çox az
müddətdə düzgün qərar qəbul etmək tələb olunur. Belə şəraitdə
problemin gələcək inkişafını, perspektivini duyan mühəndis düzgün
istiqamət götürə bilər. Bu keyfiyyətlər mühəndis intuisiyasını təşkil
edir. İntuisiyanın inkişafına əməli fəaliyyətdə toplanmış təcrübə
kömək etsə də, riyazi təfəkkürə malik mühəndisdə bu, daha çox və
dəqiq olur.
Müasir mühəndis öz əməli fəaliyyətində bəzən kor-koranə
olaraq ehtimal nəzəriyyəsinin, informasiya nəzəriyyəsinin
elementlərindən, riyazi statistikadan, riyazi iqtisadiyyatdan
eksperimentin riyazi nəzəriyyəsindən və riyaziyyatın başqa ən
yeni nailiyyətlərindən istifadə edir. Bu işdə ona intuisiyanın və
təfəkkürün çox köməyi olur. Bununla bərabər xüsusi hazırlığa
malik olmaq daha yaxşı nəticə verir.
Buna görə də hazırda bir çox ölkələrdə, o cümlədən Sovet
İttifaqında mühəndis və riyaziyyatçı ixtisasını özündə birləşdirən
|