İXTİsasa giRİŞ



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə14/66
tarix09.05.2023
ölçüsü0,91 Mb.
#110327
növüDərslik
1   ...   10   11   12   13   14   15   16   17   ...   66
Mirzacanzade Ixtisasa girish

III. Elmi axtarışların strategiyası haqqında
hər şeydən əvvəl onun əsas qanunlarını ictimai iqtisadi 
formasiyasının sosial prinsiplərini aydınlaşdırdı. Tədqiqat 
obyekti kimi qəbul etdiyi kapitalist cəmiyyətinin mədəniyyət, 
siyasi hakimiyyət, ideoloji və iqtisadi münasibətləri başlıca 
olaraq maddi nemətlər istehsal sistemləri cəmindən ibarət 
olduğunu sübut edir. Bütövlükdə ictimai-iqtisadi formasiyaya 
istinad edərək onun ayrı-ayrı hissələrinin inkişaf qanunlarını 
təklif və izah etmişdir. 
XX əsrdən başlayaraq elmi maraq sferasına mürəkkəb sosial 
və texniki sistemlər də daxil edilmişdir. 
Bütün bu qısa izahdan sonra sistem nədir sualına cavab 
verək. 
Əgər öyrənilən obyekt hər hansı bir üsulla tərkib hissələrinə – 
yarımsistemlərə, onlar da öz növbəsində daha xırda elementlərə 
bölünə bilərsə, obyektə «sistem» demək olar. 
Məsələn, kimya nöqteyi-nəzərindən bölünməz atom daha 
mürəkkəb sistem olan molekulanın elementidir. Ancaq fiziklər 
atomun özünün də nüvə elektronlarından ibarət olduğunu 
göstərirlər. Yarımsistem və elementlər arasında müəyyən 
qarşılıqlı əlaqə olmalıdır. Bunsuz elementlərin təsadüfi 
toplanması törəyir ki, bu daha sistem adlana bilməz. 
Müasir ədəbiyyatda sistemlər stabil və dinamik növlərə 
ayrılır. Dinamik sistemdə stabil sistemdən fərqli olaraq 
yarımsistem və elementlər fasiləsiz olaraq qarşılıqlı təsir və 
vəziyyətlərini dəyişir. Ancaq onların sayı dəyişməzdir. Aydın 
olması üçün bir misal da göstərək. Adi yaşayış binası stabil 
sistem üçün gözəl misaldır. Onu müxtəlif yarımsistemlərə – 
yaşayış bloklarına, texniki kommunikasiyaya (pilləkənlərə, 
liftlərə, elektrik xətlərinə, ventilyasiyaya və s.) bölmək olar. 
Hər yarımsistem öz növbəsində daha kiçik səviyyəli yarım-
sistemlərə (ayrı-ayrı mənzillərə, elektrik, istilik xətlərinin 
qollarına və s.) ayrılır. Bütün bu sistemlər qarşılıqlı əlaqədə olub, 
birlikdə binanın memar-planlaşdırma və texniki strukturunu 
təşkil edir. 
Belə misalları müxtəlif sahələrdə də göstərmək olar. Ancaq 
sistem daxilindəki yarımsistemlər, elementlər həmişə çox aydın 
və qabarıq şəkildə olmur, onları tapıb aşkar etmək, xüsusən elm 
aləmində tədqiqatçıdan böyük məharət, bilik və təcrübə tələb 
edir. 
Müxtəlif mürəkkəb sistemləri öyrənərkən, alimlər biliyin 
elmi sistemlərini yaradırlar. Elmi biliyin qurulması, müxtəlif 
prinsipli mürəkkəb sistemlərin ayrılması ilə əlaqədardır. 
Mütəxəssis alim bu və ya digər mürəkkəb obyekti tədqiq 
edərək onun strukturunun xüsusiyyətini və davamlılığını 
öyrənmədə elmi qanunlara əsaslanmış elmi biliklər sistemi 
yaradır. Bura elmin empirik faktları (izahat, tədqiqat üsulu və 


32
III. Elmi axtarışların strategiyası haqqında
s.) kimi bəzi yarımsistemlər də əlavə olunur. 
Elmi bilik sistemi özü mürəkkəb obyektdir. Bu obyekt öz 
xüsusi qanunları ilə inkişaf edir. 
Yeni tədqiqatın aparılmasında alimlər hər dəfə başqa 
sahələrdə praktik tətbiq tapmış, əvvəlcədən öyrənilmiş və qəbul 
olunmuş biliklərdən maksimum dərəcədə istifadə etməyə cəhd 
göstərirlər. Yeni qanunlar, bilik və nəzəriyyələr əvvəlkilərdən 
səmərəli olduğu halda belə çox böyük çətinliklə özlərinə 
vətəndaşlıq hüququ qazanır. Elmdə həqiqi inqilaba çox nadir 
hallarda təsadüf olunur. 
Muasir elm, bilik, qanun və nəzəriyyələri riyaziyyat dilində 
izah etməyə böyük meyl göstərir. 
Bir çox tədqiqatçılar riyaziyyata elmi biliklərin universal 
üsulu və eyni zamanda müasir elmi nəzəriyyələrin izahat dili 
kimi baxırlar. Marks deyir ki, elm riyaziyyatdan istifadə etməyin 
mümkün olan mərhələsində təkamülə çatır. Bu nöqteyi-nəzərdən 
hələlik elm sahələrinin hamısı mükəmməlləşməmişdir. 
Riyaziyyatın üstünlüklərindən mühümü onun dəqiqliyi 
və riyazi düsturların formal yollarla müxtəlif şəklə salına 
bilməsidir. 
Riyaziyyat çox dəqiq və sistemli elm olduğu üçün o 
tələbələrə riyazi bilikdən əlavə prinsipiallıq, tədqiqat və praktik 
fəaliyyətdə dəqiqlik vərdişləri aşılayır. 


33
IV. İncəsənətdə modellər haqqında

Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin