II. Kitabı necə oxumalı
əfsanəli növ: bunlar yüksək ədəbi qiymətli əsərləri mütaliə edən
oxuculardır.
3. Fəal, məqsədyönlü, müntəzəm mütaliə edən, öz həyatı tələbatını
dərk edən və bu tələbatı ödəmək yollarını axtaran oxucular.
4. «Sərbəst olmayan», «qulaq asan», amma fəal olan oxucular. Bun-
lar məsləhətə ehtiyac hiss edən və üçüncü növdən fərqli ədəbi-pedaqoji
təsirə qapılan oxuculardan ibarətdir.
5. «Davamlı» növ – müəyyən kitablara meyl edən oxucular.
6. «Xətti-irəliləmə» növü, sistemsiz olaraq kitab dalınca, kitab
mütaliə edən və heç vaxt mütaliə etdiyi kitaba yenidən müraciət
etməyən oxucular.
Bu təsnifatda da əvvəlkində olduğu kimi bəzi göstəricilər, məsələn,
mütaliə etmə qaydası, kəmiyyət xarakteristikası nəzərdə tutulur.
Girl, oxucuları məqsəd və növündən asılı olaraq təsnif edir.
Məqsədlər aşağıdakılardır:
1. Başqalarının daxili aləmini nüfuz etmək, ətraf mühitdə düzgün
mövqe tutmaq cəhdlərinə meyl.
2. İnsanlar arasındakı fərqi aradan qaldırmaq cəhdi.
3. İnsan həyatının mənasını axtarmaq cəhdi.
Mütaliə növləri isə bunlardır:
1. Məlumat almaq.
2. Evristik mütaliə etmək (həyat şəraitindən təcrid məqsədilə).
Girl, oxucuları aşağıdakı növlərə bölür:
1. Funksional-proqramatik oxucular.
Onlar üçün ən xarakterik olaraq aşağıdakı yarımnövləri göstərmək
olar: a) mütaliə etməyi bacaran, ancaq nadir hallarda əlinə kitab
alan oxucular; b) savadsız mütaliə edən elan və qəzet oxucuları; v)
məqsədyönlü oxucu – sənət və işgüzar məqsədlərlə mütaliə edən ox-
ucular.
2. Emosional – əfsanəvi oxucu növü. Qeyri-kafi tənqidi və eyni
zamanda mütaliə etdiklərinə emosional yanaşan oxucular. Bu
növ oxucular öz məlumat tələbatını ödəməyə və xüsusi biliklərini
zənginləşdirməyə çalışırlar.
Bu qrup daxilində: a) fövqəladə hadisə ilə kifayətlənən və mütaliə
etdiyindən həzz alan passiv oxucu, b) mütaliə etdiyi materialı həqiqi iş
üçün tətbiq etməyə çalışan fəal oxucu növləri mövcuddur.
3. Səmərəli-intelektual oxucu növü. Bunlarda mütaliə edərkən
fikirləşmək, mütaliə etdiyi materiala tənqidlə və təhlillə yanaşmaq və
öz dünyagörüşü ilə müqayisə etmək xarakterikdir. Belə oxucular elmi
və fəlsəfi əsərlərə, ictimai romanlara, ciddi poeziyaya meyl edir və
əyləncəli ədəbiyyatda detektiv kitablara üstünlük verirlər.
Ədəbi oxucu növü. Bu oxucu növü üçün həyatda ən qiymətli vəsait
bədii ədəbiyyatdır. Belə adamlar qarşılarına heç bir məqsəd qoymayan
ehtirassız oxuculardır.
Üçüncü növə birinci və ikinci növə nisbətən daha az təsadüf olunur.
Səbəb və məqsəddən asılı olaraq mütaliə etmənin aşağıdakı sinifləri
23
II. Kitabı necə oxumalı
mövcuddur:
1. Səthi mütaliə etmək. Mütaliə etmənin bu növü ayrı-ayrı söz və
cümlələrə əsasən oxunan materialın nə dərəcədə maraqlı olmasından
irəli gəlir. Bu üsulla kitabxanalarda fond materialları ilə tanış olub
zəruri kitabı seçirlər.
2. Məlumat məqsədilə mütaliə etmək. Belə mütaliə növündən qəzet
oxucuları, poçta materialına baxan müəssisə rəhbəri, öz elm sahəsinə
yaxşı bələd olan mütəxəssis istifadə edir.
3. Əyləncəli mütaliə etmə. Dərin məzmuna malik ideyalı bədii
ədəbiyyatın mutaliə edilməsi. Oxucu əsərin qəhrəmanını özü ilə
eyniləşdirir və hadisədən həyəcan keçirir.
4. Xatirədə həkk olunan mütaliə etmə. Kitabın məzmununu, fəlsəfi
fikirləri mümkün dərəcədə düzgün qavrama cəhdi.
5. Seçərək mütaliə etmə. Oxucunu müəyyən məqsəd üçün
maraqlandıran mövzunun və yaxud kitabın mütaliə edilməsi bu növ
mütaliədə tənqidi və dərk etmə xüsusiyyətləri birləşir.
6. Analitik mütaliə etmə. Əldə karandaş və kağız olan və gələcək
düşüncələrə yönələn mütaliə etmə.
7. Tənqidi mütaliə etmə. Oxucunun dünyagörüşünün
formalaşmasında mühüm rol oynayan idrakı qiymətləndirici və
müqayisəli mütaliə etmə.
8. Təcridi mütaliə etmə. Yüksək bədii və poetik əsərlərin forma və
məzmununun təhlil edilməsi ilə oxuma.
9. Yaradıcı mütaliə etmə. Mütaliə edilən materialın fəal və yaradıcı
surətdə mütaliə edilməsi.
10. Düzəliş verməklə mütaliə etmək. Hecalarla, hərflərlə korrektor
kimi mütaliə etmə.
Bunlardan əlavə az maraqlı və mübahisəli növlər də mövcuddur.
Oxunan materialın məqsədəuyğun və düzgün qavranılmasında
növlərin kompleksindən istifadə olunmalıdır.
Məqsəd refleksi yeni biliklərə axtarış, yeni məlumat qavrama in-
stinktiv cəhd olub bütün canlıları (insan və heyvanlar aləminə) aiddir.
Məqsəd refleksinin icrasında qarşıya çıxan problemlərin birinin
üzərində dayanaq.
Əgər mütəxəssis və ya alim, öz ixtisas sahəsində hər il çap olunan
ədəbiyyatı gündə 8 saat hesabı ilə oxuyarsa (onun kitab axtarmaq və
əldə etmək vaxtını nəzərə almasaq), mütaliə üçün orta hesabla 1000 il
vaxt lazımdır.
Məlumdur ki, insan beyni məlumatı 50 bit/san, elektron hesablayıcı
maşın isə 10
5
–10
6
bit/san sürətilə qavrayır. Orta mürəkkəb elmi
problemləri qəbul edib qavramaq üçün 109 bit/san lazımdır. İnsanın
şüurlu həyat vaxtını 10
9
san qəbul etsək ideal halda o həyat boyu –
50×10
9
bit qavraya bilər (bit məlumat vahidi olub 1 san ərzində
impulsların sayını göstərir). Bu o deməkdir ki, insan həyatı boyu orta
mürəkkəb 50 problem həll etmək qabiliyyətinə malikdir. Sözsüz bu
yaxşı rəqəmdir.
|