8
I. Müasir mühəndisə olan tələbat
Alimlər daim «beşikdən qəbirə qədər» öyrənməyi tələb edirlər.
Qədim yunanlar belə hesab edirdilər ki, çox bilik ağıllılıq əlaməti
deyildir. Hələ Antuan de Sent-Ekzyuperi yazırdı ki, ikini üçdən
güclə ayıran orta hazırlıqlı müasir insan, həyatı və təbiətin obyektiv
qanunlarını Paskaldan müqayisə edilməyən dərəcədə çox bilməsinə
baxmayaraq sərbəst fikirləşmək qabiliyyətinə malik deyildir.
Deməli, söhbət bilik çoxluğundan getmir. Bilik şəxsi şüurla dərk
edilib qiymətləndirilməyibsə, həcmindən asılı olmayaraq insanı
yaradıcı edə bilməz.
İntellektualizmin mühüm xassəsi olan seçmə qabiliyyəti insana
anadan olanda verilməyib, şəxsiyyətin formalaşması prosesində
əldə edilir. Müxtəlif şəraitdə qərar qəbul etmə qabiliyyəti yalnız
biliklərin dərin mənimsənilməsi və təhlilinin məhsuludur.
Külli miqdarda elmi və siyasi məlumat şəraitində özünə
düzgün və sərbəst yol tapan, gələcəyin mütəxəssisi olan bu günün
tələbəsinin dünyagörüşünün düzgün formalaşması üçün onun
elmi və ictimai əməyi sevmək ruhunda tərbiyə olunması əsasdır.
İngilis atalar sözündə deyilir ki, ağıllı adamı idarə etmək üçün
daha çox ağıl lazımdır.
Ağıl sirrdir, onu əldə etmək isə mərdlikdir. Fransız atalar
sözündə deyilir ki, bilik qabaqcadan xəbər vermək deməkdir.
Elmlə dünyagörüşü sıx əlaqədardır. Ona görə də elmi dünyagörüş,
real aləmin bütün prosesləri elmin və texnikanın imkanı və
tərəqqisi ilə ayrılmazdır. Bu fikri bir qədər konkretləşdirək. Son
dövrdə riyaziyyatlaşmanın müvəffəqiyyətləri bəzi adamlarda elə
yanlış təsəvvür yaratmışdır ki, guya o obyektiv gerçəkliyi tam əks
etdirmir. Bu fikrin əsassız olduğunu göstərmək üçün riyaziyyat
müəllimləri tələbələrə «sırf» (xalis, təmiz) riyaziyyatın olmadığını
və onun «ruhun (təfəkkürün) azad yaradıcılıq» məhsulu olmayıb,
möhkəm tətbiqi köklərə malik olduğunu aşılamalıdır.
Bunu təbiət və texnika elmləri haqqında da söyləmək olar.
Ali savad almış gənc mütəxəssis elmin və texnikanın əsaslarına
yiyələnməklə bərabər həyatda öz yerini dəqiq təyin etməyi də
bacarmalıdır. Sosialist cəmiyyəti bütün sənət adamları üçün
olduğu kimi mühəndis-texniki ziyalıların da ictimai fəallığı üçun
hərtərəfli şərait yaradır.
Mühəndis-texniki mütəxəssislər öz iş təcrübəsində təkcə texniki
məsələlərin həllində deyil eyni zamanda təşkilatı idarəetmə
işində və kollektiv üzvlərinin ideya-siyasi tərbiyəsində fəal iştirak
etməlidirlər.
Dostları ilə paylaş: