İXTİsasa giRİŞ


IV. İNCƏSƏNƏTDƏ MODELLƏR HAQQINDA



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə15/66
tarix09.05.2023
ölçüsü0,91 Mb.
#110327
növüDərslik
1   ...   11   12   13   14   15   16   17   18   ...   66
Mirzacanzade Ixtisasa girish

IV. İNCƏSƏNƏTDƏ MODELLƏR HAQQINDA
Çoxlarımız ibtidai insanların Qobustan və başqa qayaüstü 
rəsmlərinə baxdıqda heyrətlənirik. Eyni zamanda qədim 
insanların yaratdığı bu təsvirlərin insanın incəsənətə olan 
məhəbbətindən, yaxud bədii fəaliyyətlə məşğul olmaq 
zəruriyyətindən irəli gəldiyini aydınlaşdırmaq tələbatını duyu-
ruq. Qədim insan yaşamaq uğrunda kəskin şəraitdə çarpışdığı 
dövrdə incəsənət xatirinə çalışmaq imkanından məhrum idi. 
Şübhəsiz bu qaydadakı təsvirlər insanın əmək fəaliyyətinin 
ifadəsi deməkdir. 
Böyük heyvanların qədim insanlar tərəfindən kütləvi 
ovlanması, onların hərəkətlərinin razılaşdırılmış formada 
olması zəruriyyətini tələb edirdi. Belə halda bütün yaradıcı en-
erji və məharət yaşamaq mənbəyi olan ovun müvəffəqiyyətli 
olmasına yönəlmişdir. Müvəffəqiyyətli ov heyvanın güclü və 
zəif tərəflərini xarakterizə edən əlamətləri bilməyi tələb edir-
di. Bu ovçuluq təcrübələri illər boyu toplandığı üçün onun 
gənc nəslə çatdırılması üsulu yaranırdı. Buna ov şəraitini 
modelləşdirən qayaüstü rəsmlər köməyə gəlirdi.
Bu əməliyyat hələ dərk olunmamış ilk modelləşdirmədən 
ibarət idi. 
Hazırki dövrdə modellərə və modelləşdirməyə olan maraq 
artmışdır. Bununla əlaqədar olaraq qeyd etmək lazımdır ki, 
bütün elm sahəsində çalışan alimlər bu üsuldan indi hərtərəfli 
istifadə edirlər. 
Modelləşdirmə üsulu praktiki olaraq keçən əsrin 50–60-cı 
illərindən başlamışdır. Bunun baniləri İ.Nyuton, J.Bertran və 
D.Maksveldir. 
V.Tomson deyir ki, hadisəni dərk etmək üçün onun modelinin 
qurulması metodik yenilik olmayıb, çox əsrli elmi yaradıcılığın 
sintezidir. 
Model sözü latın dilində ölçü, obraz, üsul və s. deməkdir. Bu 
məfhum əşyaların hər hansı oxşarlığında istifadə olunur. Mod-
el anlayışının bu ümumi tərifi onun müxtəlif elm sahələrində 
tətbiqi üçün əsas olmuşdur. 
«Model» sözündə bir-birindən fərqli iki anlayış 
əlaqələnmişdir. Model dedikdə, bir tərəfdən öyrənilən obyek-
ti və yaxud hadisəni hər hansı bir tərəfdən sadələşdirilmiş və 
əyani əks etdirən zehni, yaxud praktiki yaradılmış struktur 


34
IV. İncəsənətdə modellər haqqında
nəzərdə tutulur. Digər tərəfdən isə, hər hansı bir hadisəni yaxşı 
öyrənilmiş başqa bir hadisə ilə izah etmək istədikdə «model» 
məfhumundan istifadə olunur. Modelin fərziyyə, mücərrədlik 
anlayışları ilə eyniləşdirilməsi hallarına da çoxlu misallar 
göstərmək olar. 
Ümumiyyətlə, model məfhumu altında elə bir fikrən təsəvvür 
olunan struktur düşünülür ki, ondan istifadə etdikdə tədqiqat 
obyektində bu vaxta qədər «görünməyən» hallar «görünsün» və 
nəticədə həmin obyekt haqqında yeni məlumatlar almaq müm-
kün olsun. 
Qarşıya qoyulmuş məqsəddən asılı olaraq məzmununa
növünə və s. görə müxtəlif modellər mövcuddur. 
Texniki modellərdən əlavə mənəvi və incəsənət aləmində 
tətbiq olunan modellər də vardır. 
İncəsənət bir-biri ilə sıx əlaqədə olan çoxnövlüdür və ona görə 
də incəsənəti təsnif etmək cəhdləri bu günə qədər inandırıcı 
nəticə verməmişdir. Bu, incəsənət modellərinin çox müxtəlifliyi 
və eyni zamanda mürəkkəbliyi ilə izah oluna bilər. Ancaq 
texniki modellər analogiyasından istifadə edib incəsənəti təsnif 
etməyə cəhd etmək olar. 
Modelləşdirmədə istifadə olunan model qurma üsullarını 
maddi və ideal bölmələrdən ibarət iki böyük sinfə ayırmaq 
olar. Maddi modellər istismar tərəfindən yaradılır və obyek-
tiv surətdə mövcud olduğu halda, ideal modellər maddi mod-
el yaratmağa hazırlaşan adamın fikrində yaranır. Hər hansı 
heykəl, bina, memarlıq ansamblı yaradılmamışdan əvvəl me-
mar və heykəltaraşların uzun müddətli axtarışları başlanır. 
Yaranan eskizlər, cizgilər, yeni kağız üzərində yaranan 
layihə və şəkillər ideal modellərə aid olub, əyani obrazlı xarak-
ter daşıyır. 
Sonrakı mərhələdə maddi model olan maket yaradılır. Bu 
mərhələ zəruri olub cizgi və şəkildən fərqli olaraq təsviri üç 
ölçülü qabarıq formada göstərir. Bu misalda maddi və ideal 
modellərin qırılmaz əlaqədə olması əyani izah edilir. K. Marks 
yazır ki, ən pis memar ən yaxşı arıdan onunla fərqlənir ki, o 
mumdan yuvanı qurmazdan əvvəl onu öz başında qurur. 
Teatr tamaşasının səhnəyə qoyulması prosesi də maraqlıdır. 
Burada da modelləşdirmə zəruridir. SSRİ Xalq artisti N. P. Aki-
mov deyir ki, mürəkkəb teatr maşınını hərəkətə gətirmək üçün 
tamaşa qoyulmamışdan qabaq onun modeli hazırlanmalıdır. 
Beləliklə, əvvəlcə yaranmış ideal model sonra səhnədə həyata 
keçirilir. Bu zaman dekorasiya hazırlığı ilə əlaqədar yeni 
mərhələ də meydana çıxır. Bu maketləşdirmə adlanan iş maddi 
modelləşmədən başqa bir şey deyildir. 
Kino sənətində də belə olur. Filmi kinoaparat ilə çəkməzdən 
əvvəl onu görmək lazımdır. Çəkilməmişdən qabaq filmi görməyi 


35
IV. İncəsənətdə modellər haqqında
Q.Myasnikov «kino sənətinin sintetik əsəri» adlandırır. Məşhur 
kino rejissoru S.Eyzenşteyn gələcək filmin ayrı-ayrı sahələrini 
qrafik şəkillərlə hazırlayırdı. Hərəkətsiz olan bu şəkillər film 
qəhrəmanlarının surətlərini dinamik formada əks etdirirdi. 
Göstərilən model növlərindən başqa işarəli modellər də 
vardır. Bu modellərdə obyekt ilə model arasında münasibət 
müəyyən işarələrlə ifadə olunur. Bu zaman model və obyekt 
elementləri arasında oxşayış olmur. Bu halda belə modelə nə 
ehtiyac vardır? Həqiqətən işarəli modellər əvvəl izah olan 
modellərdən fərqli olaraq əyanilikdən məhrumdur. Ancaq 
burada obyektə xas olan məlum münasibətlər fikrən ifadə ol-
unur. Təcrübəli mütəxəssis işarələrdən istifadə edərək əyani 
modeldən heç də az təsirli olmayan incəsənət obyekti barədə 
təsəvvür alır. 
İşarəli model incəsənəti bir qədər riyaziyyatlaşdırsa da, onu 
emosionallıqdan və şairanəlikdən məhrum etmir. 
Məlumdur ki, müəyyən ardıcıllıqla yazılmış notlar musiqi 
əsərini ifadə edir. Bu zaman işarəli model əyani modeldən heç 
də az obrazlı deyildir. Onu da qeyd etmək lazımdır ki, musiqi 
əsərlərini işarəli qeydlərsiz təsəvvür etmək olmaz. 
Simfonik orkestrin idarə olunması incə və mürəkkəb işdir. 
Hər bir dirijor bu işdə çox fərdidir, eyni bir əsər müxtəlif dirijor 
tərəfindən ifadə edildikdə müxtəlif cür səslənir. Dirijorun par-
tituru ifa olunan əsərin modeli olub dirijorun fikrində müəyyən 
dəyişikliklərə uğrayır. Məşhur Hans Fon Bulov dirijorları iki 
növə ayırır. «Partituru başında olan və başı partiturada olan 
dirijorlar». Valter Bruno deyir ki, «partitur başda» halında 
əzbərdən dirijorluq tamaşaçılarla musiqiçilər arasında kontakta 
səbəb olduğu üçün o özünü belə vəziyyətdə tam xoşbəxt hesab 
edir. Sözsüz kor-koranə partituru yaradıcılıq olmadan ifa etmək 
ştampa, yeknəsəkliyə səbəb olar. Musiqi insani emosiyasız, 
təsəvvür oluna bilməz. 
Elə təsəvvür etmək olar ki, musiqini yazmaq texnikasını 
mənimsəyən adam bəstəkar ola bilər. Ancaq bu bəstəkarlıq 
üçün kifayət olsa ruhu oxşayan əsər yarada bilən bəstəkar ol-
maq mümkün deyildir. 
Maşın musiqisi yaradan mütəxəssis P.X. Zaripovun işi 
ilə qısa tanışlıq buna cavab verə bilər. P.X. Zaripov musi-
qi modelləri yaratmaq sahəsində müəyyən müvəffəqiyyətlər 
qazanmışdır. Çoxlu tədqiqatdan sonra o, bəstəkarların şüurlu, 
yaxud şüursuz olaraq istifadə etdiyi qanunları tapmış və bu 
qanunları elektron hesablayıcı maşına daxil etmişdir. Bu qay-
dalardan istifadə edərək maşın bir neçə dəqiqə ərzində musiqi 
əsəri yarada bilir. Nəzəriyyə cəhətdən savadlı alınan melodi-
ya tam kamildir. Ancaq maşında bəstələnən musiqi əsəri ruhu 
oxşamır, incəsənətdən uzaqdır, yorucu və trafaret formada 


36
IV. İncəsənətdə modellər haqqında
olur. Bu misaldan aydın görünür ki, model belə arzu edilməz 
nəticəyə səbəb olur. Musiqi fikrin tam ruhlanma şəraitində 
yaranır və burada insan emosiyasını heç bir formalizm ilə əvəz 
etmək olmaz. Bu misal heç də modelin əhəmiyyətini azaltmır və 
təkrar etmək lazımdır ki, notlarsız musiqinin yaşaması müm-
kün deyildir. Bəzən obrazlı-işarəli qatışıq modellər də tətbiq 
olunur. Real aləmin tam modelini yaratmaq mümkün olmayan 
məsələdir. Xüsusən incəsənət əsərlərində həqiqi aləm müəllif 
tərəfindən fotolaşdırılmır və onun müxtəlif tərəfləri müəllifin 
dünyagörüşü nöqteyi-nəzərindən izah olunur. 
Müxtəlif incəsənət əsərləri bizi əhatə edən aləmin kiçik 
modelləri olub onun həqiqətlərinin ayrı-ayrı tərəflərini göstərir. 
Bu kiçik modelləri fəza və məkan, bədii və əyani, görmə və 
eşitmə və s. növlərə ayırmaq olar. Ancaq bu bölgü bir qədər 
şərti xarakter daşıyır. 
Modellər müxtəlif olsa da məqsəd birdir. Onlar həqiqi 
dünyanı izah edə bilən öyrənmək məqsədini güdür. 


37
V. Qərarı necə qəbul etməli

Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin