4. Neft quyularının işinin yaxşılaşdırılması tədbirlərini həyata
keçirmək üçün optimal quyu miqdarının seçilmə kriterisi
Neft istehsalını artırmaq üçün neft-mədən təcrübəsində müxtəlif
üsullardan istifadə olunur. Ən səmərəli üsullardan biri polimer
məhsulların tətbiqidir.
Quyuların istismar şəraitinin yaxşılaşdırma üsullarının
səmərəliliyi quyuların seçilməsindən xeyli asılıdır. Eyni zamanda
müxtəlif tədbirləri həyata keçirmədən quyuların uzun müddətli
istismarının qeyri-mümkün olmasına baxmayaraq indiyə qədər
tədbirlərin səmərəliliyini təyin edən vahid metodika yoxdur.
Ona görə də bu tədbirlərin səmərəliliyi hələlik 60–70%-dən artıq
deyildir.
Belə bir şəraitdə neft quyularında aparılan tədbirlərin tələb
olunan həcmini təyin etməyin praktik əhəmiyyəti böyükdür.
Bundan əlavə quyu hasilatının artırılma tədbirlərində quyu sayını
müəyyən edən texniki-iqtisadi meyar (kriteri) bu günə qədər
yoxdur.
Aşağıda polimer məhlullarının tətbiqi effektivliyinin
qiymətləndirilmə üsulları nəzərdən keçirilir və texniki-iqtisadi
göstəriciləri yaxşılaşdırmaq məqsədilə tədbirlər aparılacaq
quyuların optimal sayını müəyyənləşdirən müxtəlif meyarlar
təhlil olunur.
Bu məqsədlə iş şəraitinin yaxşılaşdırılması üçün polimer
məhlullar tətbiq olunan 50 quyunun faktiki göstəriciləri istifadə
olunur. Bu göstəricilərə əsasən cədvəldə quyuların sayından asılı
olaraq neft artımı verilir.
Quyuların sayından asılı olaraq neft artımı 7-ci cədvəldə verilir.
Cədvəl 7
Səmərəli
quyuların
sayı
Ümumi
quyuların sayı
10
20
30
40
10
51.8
51.8
51.8
51.8
20
– 34.0
147.7
147.7
147.7
30
– 34.0
62.1
202.0
202.0
40
– 34.0
62.1
116.4
247.7
50
– 34.0
62.1
116.4
162.1
Aparılan tədbirlərin effektivliyi polimer məhlul tətbiqindən əvvəl
və sonrakı quyu hasilatları müqayisəsi yolu ilə müəyyənləşdirilir.
50 quyudan 10-da polimer vurulduqdan sonra hasilat azalır. Bu
50
V. Qərarı necə qəbul etməli
quyular cədvəl tərtib olunanda səmərəsiz kimi qəbul edilmişdir.
Əvvəlcə meyarların təhlili aparılır. Laplas kriterisinə görə
belə fərz etmək olar ki, neft artımının orta qiyməti ehtimalı,
bərabər ehtimallar qanunununa uyğundur. Beləliklə -nin müxtəlif
qiymətləri (10, 20, 30, 40) ehtimalı ¼ qəbul olunur. Belə şəraitdə
uyğun qiymətlər üçün hasilat artım ehtimalı tapılır.
N = 10
51.8
N = 40
98.05
N = 20
102.275
N = 50
76.5
N = 30
103.025
Bu meyara əsasən quyuların sayı N = 30 seçilməlidir.
Valna meyarına əsasən cədvəlin hər sətrindən ən kiçik say
qiyməti çıxarılır və ən böyük qiymətə uyğun sətr seçilir. Buradan
belə aydın olur ki,
ij
j
i
a
min
max
olan sətri seçirik. Cədvəldəki
qiymətlərə uyğun olaraq
N = 10
51.8
N = 40
- 34.0
N = 20
- 34.0
N = 50
- 34.0
N = 30
- 34.0
Bu nəticələrə görə N = 10 seçilir.
Qurvits kriterisinə əsasən ən kiçik neft artımını seçmək və ən
böyük artımı nəzərə almamaq məsləhət görülür.
Bu meyar belədir:
H = kA + (1 - k)a,
burada
A – verilmiş sətrdə ən böyük qiymət,
a – ən kiçik qiymət,
k – optimizm əmsalı.
İndi nəzərdən keçirdiyimiz halda hər sətr üçün H hesablayaq və
ən böyük H olan sətri seçək. Bizim hal üçün optimizm əmsalı 0.1;
0.2; 0.5; 0.8; 0.9 alınır.
Hesablama nəticələri 8 və 9-cu cədvəldə verilir. Bu cədvəldəki
nəticələrə əsasən hadisəyə pestimistik yanaşdıqda quyuların sayı
N = 10, optimistik yanaşdıqda isə N = 40 seçilməlidir.
Seviç kriterisinə əsasən n əmsalının hər bir qiyməti üçün seçilən
ən əlverişli hal tapılır və hər sütun üçün uyğun qiymət hesablanır.
N və k -dan asılı olaraq quyu sayının maksimal qiyməti 8-ci
cədvəldə verilir.
Nəzərdən keçirilən hal üçün sütunlardakı qiymətlərdən 51.8
çıxsaq Seviç kriterisinə əsasən quyuların maksimal sayı 9-cu
cədvəldəki kimi olur.
51
V. Qərarı necə qəbul etməli
Cədvəl 8
Dostları ilə paylaş: |