44
V. Qərarı necə qəbul etməli
istifadə edib əlavə məlumatlar əldə etməyə çalışaq. Məsələn, 5-ci
tərz ən çox variantlar sayına uyğun gəlir və orta qiymətə, yəni hər
yarım hissədə 3 adamın olduğu vəziyyətə müvafiqdir. Beləliklə,
orta qiymət normal paylanma əyrisinin maksimumuna uyğundur.
Buradan belə nəticə çıxır ki, orta qiyməti almaq üçün əyrinin «qolu»
vəziyyətini, yəni ən pis və yaxşı variantları bilmək lazımdır.
Məlumdur ki, layların neftvermə əmsalı çox geniş miqyasda
0.15–0.20-dən tutmuş 0.70–0.80-ə qədər dəyişir. Geoloji-texniki iza-
hata
toxunmadan qeyd etmək olar ki, xüsusi halda az neftvermə
başlanğıc təzyiq qradiyenti ilə əlaqədardır. Belə hadisə 2 halda
müşahidə olunur. Onlardan biri neft qeyri-Nyuton xassəli olduq-
da, digəri isə məhsuldar layda gilli süxurların miqdarı çox olduqda
mümkundür. Bu amillərin təsiri çox böyükdür.
Aparılan
tədqiqatlar göstərir ki, statistik analiz aparılmış 200
horizontda adi neftli layların neft verimi 0.40–0.50 olduğu halda
eyni geoloji-texniki şəraitdə qeyri-Nyuton neftləri üçün bu verim
2 dəfə azdır. Belə hal Zaqafqaziya, Qazaxıstan, Tatarıstan, Komi və
başqa rayonların bəzi yataqlarına aid edilə bilər.
Praktikada qeyri-Nyuton neftli yataqlar ümumi kəşf olunmuş
yataqların 30%-ni təşkil edir. Bu kifayət
dərəcədə böyük miqyas
deməkdir.
Mövcud tədqiqat üsullarının çatışmayan cəhəti istifadə etdiy-
imiz göstəricilərin çox ümumi və az dəqiq olmasından ibarətdir.
Misal üçün orta neftvermə əmsalı 0.50 olduqda bu rəqəm
daxilində 0.80 və 0.20; 0.75 və 0.25; 0.60 və 0.40 əmsalları gizlənə
bilər. Bu fərq çox mühüm məsələdir.
Bu düzgün texnologiya
seçməklə neftveriminin artırılması üçün çox zəruridir.
Başqa bir misal da göstərmək olar. Şagirdlərin orta dərs
müvəffəqiyyətini təyin etmək üçün həm çox zəif və həm də çox
qüvvəli şagirdlərin sayı nəzərdə tutulur. Cihazların, mexanizmlərin
işini qiymətləndirdikdə həm yaxşı və həm də pis işləyən nümunələr
nəzərə alınır. Belə orta qiymətləndirmə
heç də hər vaxt düzgün
nəticə vermir.
Məsələn, 1936-cı ildə telefonla alarılan rəy sorğusu F. Ruzveltin
ABŞ prezidenti seçilməsi şansının az olduğunu göstərdiyi halda
həqiqətdə o prezident seçildi. Bunun səbəbi məsələ qoyuluşunun
qeyri-düzgünlüyündən irəli gəlir. O dövrdə telefon ancaq varlı
təbəqədə olduğu üçün sorğuda onların rəyi öyrənilmiş, səs
vermədə isə məsələni kasıb təbəqə həll etmişdi. Dəqiq sorğu nəinki
irəlidə qeyd etdiyimiz əyri xəttin orta hissəsini və həm də «qol»
(yan) hissələrini nəzərdə tutmalıdır.
Məsələnin düzgün həlli üçün nə qədər sorğu, yoxlama, təcrübə
vasitəsilə orta qiymətdən istifadə etməyin mümkünlüyünü bilmək
mühümdür.
Misal üçün Azərb. SSR-nin Çaxnahar yatağındakı neft
quyularında qurulmuş 32 mm-lik nasosların faktiki məhsuldarlığı
45
V. Qərarı necə qəbul etməli
0.2–3.2 m
3
/sutka arasında dəyişir. Bu hədlər arasındakı göstəriciləri
x
1
,
x
2
, ...,
x
n
ilə işarə edib variantlar adlandıraq.
Statistik cəmlərdən ən çox və ən az qiymətlər
x
max
= 3.2 m
3
/sutka,
x
min
= 0.2 m
3
/sutka variantları vardır.
x
max
-
x
min
= 3.2 - 0.2 = 3.0 m
3
/sutka olur.
Bu
fərqi intervallar fərqi k-ya bölsək
Δ
x = (
x
max
-
x
min
)/
k alarıq.
burada
N – variantlar sayıdır (
N = 30).
k = 1 + 3.32lg30;
k = 6,
Δ
x = 3.0/6 = 0.5
m
3
/sutka.
Beləliklə, variantların dəyişmə addımı təyin olunur. Statistik
göstəricilər 6-cı cədvəldə verilmişdir.
Dostları ilə paylaş: