İXTİsasa giRİŞ



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə31/66
tarix09.05.2023
ölçüsü0,91 Mb.
#110327
növüDərslik
1   ...   27   28   29   30   31   32   33   34   ...   66
Mirzacanzade Ixtisasa girish

Kinematik özlülük. Bir cinsli maye üçün laminar axında ν =
µ/ρ
düsturu ilə təyin olunur. Burada dinamik özlülük (µ) Pа·san, 
sıxlıq (ρ) kq/m
3
ilə ölçüldüyündən kinematik özlülük vahidi m
2
/
san alınır.
Səthi gərilmə. σ = F/l düsturu ilə ifadə olunur. Burada kontura 
normal istiqamətdə təsir edən qüvvə (F)H ilə sərbəst səth kontu-
runun uzunluğu (l) metrlə ölçüldüyü üçün səthi gərilmə əmsalı 
H/m alınır. 
Təcrübə zamanı ölçmə işlərinin təkrar nəticələri çox hallarda 
müxtəlif dərəcədə fərqli alınır. Bəzən bu fərq istifadə olunan ölçmə 
vəsaiti və üsullarının gözlənilən xətasından artıq olur. Bu təsadüfi 
ölçmə xətalarının olmasından irəli gəlir. Xətaların səbəbləri 
müxtəlifdir. Çox amilli hadisələrin xarakteri ehtimal nəzəriyyəsinə 


64
VII. Metrologiya nədir 
əsasən riyazi üsullarla öyrənilir. Riyazi üsullar təkrar ölçmələrdə 
olan təsadüfi xətaların arasındakı analogiyaya əsaslanır. 
Hadisənin əmələ gəlmə imkanının kəmiyyətcə qiymətləndirilməsi 
həmin hadisənin ehtimalıdır. Dəqiq hadisələr ehtimalı 1, qeyri-
mümkün hadisələr ehtimalı isə 0 qəbul olunur. Bu iki kənar qiymət 
təsadüfi deyildir. Bu qiymətlər arasındakı vəziyyətlər təsadüfi 
hadisələrdir. 
Təsadüfi xətalardan fərqli olaraq təkrar ölçmələr zamanı 
dəyişməyən, yaxud müəyyən qanunauyğunluğa tabe olan xətalar 
sistematik xətalar adlanır. Bunlara misal olaraq alət xətası, cihazın 
düzgün vəziyyətdə qurulmaması, subyektiv xətalar və s. göstərmək 
olar. 
Müvafiq riyazi korrelyasiya üsullarından istifadə edərək 
təsadüfi xətaların tədqiqat və ölçü nəticələrinə təsirini aradan 
qaldırmaq mümkündür. Bu barədə riyaziyyat və ixtisas fənlərində 
ətraflı məlumat verildiyi üçün onun üzərində dayanmırıq. 


65
VIII. Standartlaşma nədir?

Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin