Kinematik özlülük. Bir cinsli maye üçün laminar axında ν =
µ/ρ
düsturu ilə təyin olunur. Burada dinamik özlülük (µ) Pа·san,
sıxlıq (ρ) kq/m
3
ilə ölçüldüyündən kinematik özlülük vahidi m
2
/
san alınır.
Səthi gərilmə. σ = F/l düsturu ilə ifadə olunur. Burada kontura
normal istiqamətdə təsir edən qüvvə (F)H ilə sərbəst səth kontu-
runun uzunluğu (l) metrlə ölçüldüyü üçün səthi gərilmə əmsalı
H/m alınır.
Təcrübə zamanı ölçmə işlərinin təkrar nəticələri çox hallarda
müxtəlif dərəcədə fərqli alınır. Bəzən bu fərq istifadə olunan ölçmə
vəsaiti və üsullarının gözlənilən xətasından artıq olur. Bu təsadüfi
ölçmə xətalarının olmasından irəli gəlir. Xətaların səbəbləri
müxtəlifdir. Çox amilli hadisələrin xarakteri ehtimal nəzəriyyəsinə
64
VII. Metrologiya nədir
əsasən riyazi üsullarla öyrənilir. Riyazi üsullar təkrar ölçmələrdə
olan təsadüfi xətaların arasındakı analogiyaya əsaslanır.
Hadisənin əmələ gəlmə imkanının kəmiyyətcə qiymətləndirilməsi
həmin hadisənin ehtimalıdır. Dəqiq hadisələr ehtimalı 1, qeyri-
mümkün hadisələr ehtimalı isə 0 qəbul olunur. Bu iki kənar qiymət
təsadüfi deyildir. Bu qiymətlər arasındakı vəziyyətlər təsadüfi
hadisələrdir.
Təsadüfi xətalardan fərqli olaraq təkrar ölçmələr zamanı
dəyişməyən, yaxud müəyyən qanunauyğunluğa tabe olan xətalar
sistematik xətalar adlanır. Bunlara misal olaraq alət xətası, cihazın
düzgün vəziyyətdə qurulmaması, subyektiv xətalar və s. göstərmək
olar.
Müvafiq riyazi korrelyasiya üsullarından istifadə edərək
təsadüfi xətaların tədqiqat və ölçü nəticələrinə təsirini aradan
qaldırmaq mümkündür. Bu barədə riyaziyyat və ixtisas fənlərində
ətraflı məlumat verildiyi üçün onun üzərində dayanmırıq.
65
VIII. Standartlaşma nədir?
Dostları ilə paylaş: |