63
VII. Metrologiya nədir
tərəzi və s. ilə ölçülməsini göstərmək olar. Düz ölçmə sənayedə,
texnoloji proseslərə nəzarət edilməsində (uzunluq, təzyiq, temper-
atur və s.) geniş tətbiq edilir.
Dolayı ölçmə axtarılan kəmiyyətin düz ölçmə nəticələrindən
istifadə etməklə məlum düsturlar vasitəsilə hesablanması, nomo-
qram və s. ilə təyin edilməsidir. Buna misal olaraq
Q =
F(
x
1
;
x
2
;
x
3
;
...) funksnonal asılılığını göstərmək olar. Burada
Q – dolayı yol-
la ölçülən kəmiyyət,
x
1
;
x
2
;
x
3
; ... – isə düz ölçmənin nəticələridir.
Ümümiyyətlə, düz ölçmə mümkün olmayan və mürəkkəb funk-
sional asılılıqlarla ifadə olunan proseslər dolayı ölçmə üsulu ilə
təyin olunur.
Cəm ölçmə yoxlanılan kəmiyyətin qiymətini düz və dolayı ölçmə
üsulları ilə təkrar təyin etməkdən ibarət olub ölçülən kəmiyyətin
düz və dolayı ölçmə nəticələrinə əsasən tərtib olunmuş tənliklər
sisteminin həllindən tapılır.
Tətbiq olunan ölçmə üsulunun texniki vəsaitin mükəmməl
olmaması, ölçən şəxsin hissiyyatının təsirindən ölçmə prosesində
səhvlərə yol verilir. Həqiqi qiymətlə (
Q) ölçmə nəticəsi (
x)
arasındakı fərqə ölçmə xətası (Δ) deyilir.
Δ =
X -
Q
Metrik ölçü sisteminin inkşafının yeni mərhələsi – Beynəlxalq
Vahidlər Sisteminin tətbiq olunmasıdır. Bu sistem bütün ölkələrdə
ölçü vahidlərinin eyniləşdirilməsi məqsədini güdür. Sistemdə əsas
ölçü vahidləri uzunluq – metr, kütlə – kiloqram, zaman – saniyə
qəbul olunmuşdur.
1960-cı ildə keçirilmiş Beynəlxalq ölçü və kütlə konfransında
uzunluq ölçü vahidi metr üçün kripton – 86-nın narıncı spektr
xəttinin uzunluğu qəbul olunmuşdur. Uyğun olaraq kütlə və zaman
ölçü etalonları da mövcuddur. Bu üç əsas ölçü vahidlərindən əlavə
fiziki kəmiyyətlər arasındakı əlaqəyə görə törəmə vahidlərdən də
istifadə edilir. Bunlardan bir neçəsini göstərək:
Dostları ilə paylaş: