İXTİsasa giRİŞ



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə26/66
tarix09.05.2023
ölçüsü0,91 Mb.
#110327
növüDərslik
1   ...   22   23   24   25   26   27   28   29   ...   66
Mirzacanzade Ixtisasa girish

V. Qərarı necə qəbul etməli
Sərkərdələrdən biri demişdir ki, keçmiş hər an atılma ehtimalı 
olan doldurulmuş tapançaya bənzəyir. 
Yaxşı şagird öyrənmə prosesində həmişə irəlini fikirləşməyə səy 
göstərir. Ona kvadrat tənliyin həllini izah etdikdə, onu kub tənliyin 
də həmin üsulla həllinin mümkün olub-olmaması maraqlandırır. 
Məlumdur ki, öyrənmə və mənimsəmə prosesi sərbəst 
fikirləşməyə kömək etməlidir. Müxtəlif empirik düsturların, 
hadisələrin törəmə tarixlərinin və s. yadda saxlanması az faydalı 
işdir. 
Belə misala müraciət edək. Çox zaman şagird, tələbə və hətta 
yüksək ixtisaslı şəxslərlə müsahibə apardıqda məlum olur ki
hər hansı bir kəşf, yaxud hadisənin izahatında müxtəlif səbəblər 
göstərirlər və fikri təcrübə üsuluna kifayət dərəcədə qiymət 
vermirlər. Aristotel sərbəst düşmə sürətini cismin ağırlığına 
mütənasib hesab edirdi. Qaliley buna şübhə ilə yanaşıb təcrübə 
vasitəsilə Aristotelin səhv fikirdə olduğunu sübut etdi. Deməli, 
şübhə, fikri təcrübənin aparılmasına səbəb oldu. 
Fərz edək ki, yüngül 1 cismi və ağır 2 cismi mövcuddur. 
Aristotelə görə yüngül 1 cismi, ağır 2 cisminə nəzərən daha kiçik 
sürətlə düşəcəkdir. Bu iki cismin birləşməsindən yaranan 3 cismi 
daha ağır olur. Aristotelə görə 3 cismi 2 cismindən ağır olduğu 
üçün ondan daha sürətlə düşməlidir. Digər tərəfdən 3 cismi 1 və 2 
cisimlərini özündə birləşdirdiyi üçün onun düşmə sürəti 2 cisminin 
sürətindən az olmamalıdır. Bu ziddiyyət Qalileyi təcrübə apar-
maq fikrinə gətirib çıxartdı. Məşhur Pizan qülləsindən aparılan bu 
təcrübə sərbəst düşmə surətinin cismin çəkisindən asılı olmadığını 
sübut etdi və Aristotelin mülahizəsinin əsassızlığını göstərdi. 
Müəllim tələbəni sevməli və onun şəxsiyyətinə hörmətlə 
yanaşmalıdır. 
Ərəb mütəfəkkiri İbn Aknin müəllimin aşağıdakı 7 şərtə uyğun 
olmasını göstərir: 
1. Dərs dediyi fənni tam bilmək
2. Davranışlarının biliyinə uyğunluğu; 
3. Dərs öyrənməni qazanc mənbəyinə çevirməməli; 
4. Şagirdlər ilə öz uşaqları kimi davranmalı; 
5. Biliyə böyük inam və hərəkətlərinin biliyə əsaslanması, bu 
keyfiyyətlərin şagirdlərə aşılanması və beləliklə, onlara səadət yol-
unun göstərilməsi qabiliyyəti; 
6. Şagirdlərə qarşı xeyirxah və səbirli olmaq
7. Tədris planını oxucunun bilik qabiliyyəti və inkişaf səviyyəsinə 
uyğun mərhələlərlə həyata keçirməli. 
Şagirdin xarakterı isə belə olmalıdır. 
1. Xarakter təmizliyi; 
2. Sual verməyə hazır olmalı; müəllimin böyük bilik sahibi 
olduğuna inansa belə onun dediklərini kor-koranə qəbul etməməli; 
3. Maddi və ailə çətinliklərinə etinasızlıq; 


55
V. Qərarı necə qəbul etməli
4. Əvvəlcə fənnin əsaslarını mənimsəməli, sonra isə onu 
dərindən öyrənməli; 
5. Bir-birini izah edən bütün müxtəlif fikirlərlə müəyyən 
dərəcədə tanış olmalı; 
6. Bilik, xeyirxah iş və dolanış vəsaiti arasında qarşılıqlı əlaqə 
haqqında daim düşünməli; 
7. Biliyə heç bir gizli səbəblərsiz sadiq olmalı, müvəffəqiyyətsizlik 
onu ruhdan salmamalı; 
8. Yaxşı müəllim axtarmaq arzusu
9. Müəllimə dərin hörmət və inam. 
Qədim şərqdə elə hesab edirdilər ki, müəllim həmişə özündən 
gənc və aşağı təbəqədə olan şəxslərdən belə öyrənməlidir. 
Deyilənlər indiki dövrdə də öz qüvvəsində qalır. 
Müəllim təhsil verdiyi tələbəyə alma mater mövhumunu 
aşılamalıdır. Alma mater latın dilində həqiqi mənada əmizdirən ana 
deməkdir. Məcazi mənada isə təhsil aldığı ali məktəbi ifadə edir. 
Yəni hər bir təhsil almış adam öz təhsil ocağını ehtiramla yad etməli, 
onunla fəxr etməlidir. Çünki bu elm məbədi onun yetişməsində və 
bugünkü müvəffəqiyyətlərində böyük rol oynamışdır. 
Bu fikri aydın göstərən dahi isveç təbiətşünası K. Linneylə 
olan və faciə ilə nəticələnən hadisəni izah edək. O dövrdə Stok-
holm şəhərində ikinci bir tibb kolleci açmaq məsələsi qalxmışdı. 
Ancaq belə yeni bir məktəbin açılması gələcəkdə Upsal univer-
sitetinin elmi mərkəz kimi zəifləməsinə və doktorluq dissertasiyası 
müdafiəsi hüququnu itirməsinə səbəb olacağı ehtimalı yaradırdı. 
Bu təhlükəni aradan qaldırmaq üçün universitetin rektoru K. Lin-
ney kralın qəbuluna gedib alma mater-i qorumağı xahiş edir və 
buna nail olur. Beləliklə, universitet öz hüququnu qoruyur. Evə 
qayıdanda bu qələbənin nə qədər baha qiymətə qazanıldığından 
əzab çəkən Linney öz evinin girəcəyində keçirdiyi həyəcandan ölür. 
Çünki o bu qələbəni ikinci bilik ocağının açılmaması nəticəsində 
qazandığı uçün özünü bağışlaya bilmirdi. Ancaq Linneyin alma 
matera olan münasibəti çox tipik idi. 
Orta və ali məktəb şagird və tələbənin şəxsiyyətinin 
formalaşmasında onu alma mater anlayışına xüsusi münasibət ru-
hunda tərbiyə etməlidir. 
Məşhur riyaziyyatçı A.F. Xinçin böyük alim olmaqla bərabər 
əla müəllim idi. Onun mühazirələri bir tərəfdən dərin fəlsəfi 
mənalı, digər tərəfdən isə əsl incəsənət əsəri idi. O heç zaman bir 
mühazirədə çoxlu faktik material verməyə çalışmamış və həmişə 
dinləyicilərə əsas ideyanı hərtərəfli dərin məzmunda çatdırmağa 
çalışırdı. O tələbəyə həmişə böyük hörmətlə yanaşmış və onların 
şəxsiyyətində özünün gələcək həmkarını görürdü. Verilən suallara 
dərhal, yaxud da tələb olunduqda möhlət istəyib sonra hərtərəfli 
və dərin mənalı izahatla cavab verirdi. 
Bunu qeyd etməkdə məqsədimiz odur ki, indi elə müəllimə 


56

Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin