69
IX. Neft-qaz ixtisas fənlərinin mahiyyəti haqqında qısa məlumat
əlavə boru kəmərlərindən də istifadə olunur. Bərk yanacaq növlərini
isə bir yerdən digər yerə belə asanlıqla daşımaq mümkün deyildir.
Hazırda bütün ölkələrin hərbi dəniz donanmaları tamamilə,
ticarət donanmasının gəmilərinin 80
faizdən çoxu daş kömür
yanacağından neftə keçirilmişdir.
Yataqdan çıxarılan xam neftin tərkibində yüzlərlə çox qiymətli
maddələr vardır. Xam neftdən (xalq təsərrüfatı üçün çox lazım
olan) benzin, liqroin, kerosin, dizel mühərriki yanacaqları və sürt-
kü yağları alınır.
Neftin qalıq məhsulu olan mazutdan qiymətli mühərrik
yanacaqları, sürtkü yağları və s. mühüm maddələr alınır. Buna
görə də nəinki xam nefti, hətta mazutu belə bir yanacaq kimi qazan
altında yandırmaq düzgün deyildir. Böyük rus alimi D. İ. Mende-
leyev neft qalıqlarının qazan altında yandırılması əleyhinə çıxaraq
bunun böyük təsərrüfatsızlıq olduğunu göstərmişdir. O, bu barədə
belə demişdir: «Neft qalıqlarını yandırmaq saman yandırmaq
demək deyildir, cüzi miqdarda dəni çıxarılmış dərzləri yandırmaq
deməkdir».
İkinci dünya müharibəsində vuruşan ölkələrin 40 milyon avto-
mobili və yedək maşını, 150 min tankı
və iki yüz min təyyarəsi
iştirak etmişdir. Belə böyük və mürəkkəb texnikanın nə qədər yan-
acaq işlətdiyini təsəvvür etmək üçün belə bir misal gətirmək olar:
1000 bombardmançı təyyarənin 500 qırıcı təyyarənin mühafizəsi
altında təyyarə meydanından 1000
kilometr məsafəyə uçub geri
dönməsi üçün 3750 ton benzin lazımdır. Bu qədər benzini daşımaq
üçün hər biri 20 tonluq 188 dəmir yol sisterni və ya hərəsi 47
sisterndən ibarət 4 qatar lazımdır. Hesablamalar göstərir ki, ikin-
ci dünya müharibəsi zamanı arxa cəbhədə vuruşan ordular üçün
göndərilən döyüş sursatı və s. şeylərin yarısını neft məhsulları
təşkil etmişdir.
Dostları ilə paylaş: