İXTİsasa giRİŞ


VIII. STANDARTLAŞMA NƏDİR?



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə32/66
tarix09.05.2023
ölçüsü0,91 Mb.
#110327
növüDərslik
1   ...   28   29   30   31   32   33   34   35   ...   66
Mirzacanzade Ixtisasa girish

VIII. STANDARTLAŞMA NƏDİR?
İnkişaf etmiş sosialist cəmiyyətində xalq təsərrüfatının inkişafı 
üçün standartlaşdırma mühüm silahdır. 
Standartlaşdırma istehsal olunan məhsulların keyfiyyəti, texni-
ki səviyyəsi və nomenklaturunu dövlət miqyasında elmi üsullarla 
qanunlaşdıran üsul olub ictimai inkişafın səmərəliliyinə bilavasitə 
kömək edir. 
Partiya və hökumət qərarlarında standartlaşdırmaya xüsusi 
əhəmiyyət verilir və onu istehsalatın bütün sahələrində rəhbər tut-
maq tövsiyə edilir. 
Standart və keyfiyyət anlayışları vəhdət təşkil edir. Dövlət 
standartları qabaqcıl sənaye təcrübəsini, elm və texnikanın 
nailiyyətlərini xalq təsərrüfatının inkişaf perspektivləri ilə 
əlaqələndirir və beləliklə, dövlət standartları istehsal olunan 
məhsulun keyfiyyətini tələbat normasına uyğunlaşdırır. 
Hazırda bütün ölkələrdə standartlaşdırmanın inkişafına xüsusi 
qiymət verilir. 
SSRİ 1962-ci ildən başlayaraq Beynəlxalq Standartlaşdırma 
Təşkilatı ilə fəal əməkdaşlıq edir. 
Standartlaşdırma elmin, texnikanın və təcrübi fəaliyyətin 
nailiyyətləri birliyi olub, nəinki hazırkı dövr, həm də gələcək 
inkişaf üçün zəmin hazırlayır və ümumi tərəqqi ilə qırılmaz surətdə 
əlaqədardır. 
Standartlaşdırma standartlar əsasında aparılır. Standartlar 
yerinə yetirilməsi məcburi olan müəyyən tələbatlardan (norma-
lardan) ibarətdir.
Dövlət standartlaşdırma sisteminin əsas qaydaları DÜİST–1. 
0–68, DÜİST 1. 5–68 standartları ilə müəyyən edilmişdir. DÜİST 1. 
0–68-ə əsasən standartlaşdırmanın əsas vəzifələri aşağıdakılardır: 
a) texniki tərəqqini sürətləndirmək, ictimai istehsalı və əmək 
məhsuldarlığını yüksəltmək
b) məhsulun keyfiyyətini yaxşılaşdırmaq və onun optimal 
səviyyəsini təmin etmək; 
c) dünya bazarı tələbatına cavab verə bilən, ixrac olunan malların 
yüksək keyfiyyətini təmin etmək; 
ç) xalq təsərrüfatının idarə olunmasını təkmilləşdirmək, istehsal 
olunan məhsulun səmərəli nomenklaturunu təmin etmək
d) məhsulların istehsalı və layihələndirilməsi sahəsində 
ixtisaslaşmanı inkişaf etdirmək; 


66
VIII. Standartlaşma nədir?
e) istehsal fondlarından səmərəli istifadə etmək və maddi resurs-
lara qənaət etmək; 
ə) məhsullara olan tələbatın ölkənin müdafiə tələbləri ilə 
əlaqəsini təmin etmək və s. 
DÜİST 1.0–68 standartında standarqlaşdırmanın əsas vəzifələri 
də verilir. 
Metrologiya standartlaşdırmanın bir sahəsi olub dövlət 
ölçü etalonlarının yaranması, ölçü vahidləri, ölçmə üsulları və 
s. vahidlərini təmin edir. Bu barədə kitabda ayrıca məlumat 
verilmişdir. 
Standartlaşmanın əsas üsulları aşağıdakılardır: 
1. Müxtəlif avadanlıq və texnoloji proseslərdən, alət və hissələrin 
müxtəlifliyinin azaldılması, layihə və sənədlərin minimum olması 
məqsədilə eyniləşdirmə işlərinin aparılması; 
2. Maşın və avadanlıqların hissələrinin həndəsi və funksional 
qarşılıqlı əvəz olunması. Bir proses, yaxud avadanlığa aid hissələrin 
digərində tətbiq edilməsi imkanı. 
Ölkəmizdə ümumittifaq və müttəfiq respublikalar miqyasında 
standartlaşdırma işlərinə nəzarət edən təşkilatlar vardır. 
Bütün məhsulların standartları onların xassələrindən və 
tətbiq sahəsindən asılı olaraq müxtəlif növlərə ayrılır. Bunlardan 
aşağıdakıları göstərmək olar: 
Texniki şərt; 
Ümumi texniki tələbat; 
Parametr və ölçülər; 
Növ, əsas ölçü və parametrlər
Konstruksiya və ölçülər; 
Çeşidlər; 
İstismar, təmir və s. 
Standartlaşdırma işlərinin planlaşdırılması ölkənin xalq 
təsərrüfatının planlaşdırılması sisteminin tərkibinə daxildir. 
İstehsal olunan məhsulların keyfiyyətinə olan tələbatın artması, 
dövlət intizamının möhkəmləndirilməsi işində standartların 
qorunması və həyata keçirilməsinə dövlət nəzarətinin rolu böyük-
dür. 


67
IX. Neft-qaz ixtisas fənlərinin mahiyyəti haqqında qısa məlumat 

Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin