VI. Zehni əməyin gigiyenası haqqında
Rejimi necə qurmalı? Gün ərzində 24 saatı necə bölüşdürməli?
Səhərdən başlayaraq, yuxudan ayılıb tez ayağa durmalı, pəncərəni
açıb səhər idmanını icra etməli. İdman yuxu əlamətlərini qovur və
gümrahlığa səbəb olur. Sonra yuyunmalı, səhər yeməyindən son-
ra instituta getməli. Dərs qurtarandan sonra tələbə evə qayıdıb öz
vaxtının sahibi olmalıdır. Bu vaxtdan səmərəli istifadə etmək üçün
zehni əməyin məhsuldarlığının nədən ibarət olduğunu bilmək
faydalı olardı.
Uzun müddət elə hesab edilirdi ki, yorğunluq işdən son-
ra törəyən yeganə nəticədir. Hazırda məlum olmuşdur ki, iş
prosesində yaranan əmək vərdişi əmək məhsuldarlığı və sağlamlıq
üçün qiymətlidir. İşin başlanğıcında fikri cəmləyib işə girişmək
müəyyən çətinliklə qarşılanır. Bunun əsas səbəbi beyin qabığının
bəzi iş xüsusiyyətləri ilə izah edilir. Diqqəti işə cəlb etmək üçün
hissiyyat orqanlarımıza təsir edən kənar qıcıqlandırıçı səbəblərə
qalib gəlmək lazımdır. İşin başlanğıcında insanın əsəb sistemi
bu işdən əvvəlki fəaliyyətin təsiri altında olur. Bəzən tormozlan-
ma prosesləri (səhər yuxudan duranda), digər hallarda əvvəlki
hadisənin həyəcanlandırıcı təsiri (avtobusla yol gedərkən) özünü
biruzə verir. Müxtəlif peşə sahəsində aparılan tədqiqatlar göstərir
ki, iş qabiliyyətində müəyyən qanunauyğunluq müşahidə olunur.
İlk mərhələdə 10–15 dəq ərzində işə alışma dövründən sonra əmək
qabiliyyəti artır, 1.5–3 saat ərzində iş qabiliyyəti sabitləşir və sonra
zəifləməyə başlayır. İş gününün axırında yorğunluğun artmasına
baxmayaraq əmək məhsuldarlığı bir qədər artır. Bu hal işi tez və
emosional ruh yüksəkliyi ilə qurtarmaq hissindən irəli gəlir.
Təbiətdə bütün hadisələr müxtəlif dövrlərlə əlaqədardır. İlin
fəsilləri, gecə və gündüz, dövrləşmə, gündəlik ritm bitki və canlılar
aləminə öz təsirini göstərir. İnsan orqanizmi, onun funksiyaları
ümumi gündəlik ritmə tabedir. Biomexaniki proseslərin maksimal
fəallığı gündüz vaxtına uyğun gəlir, gecə vaxtı isə zəifləyir: Bun-
dan asılı olaraq gün ərzində işləmək qabiliyyəti də dəyişir. Əmək
fəaliyyətində yüksək işləmək qabiliyyəti insan orqanizminin psix-
ofizioloji funksiyalarının həyat ritminin təbii həyat ritmlərilə
uyğunlaşması şəraitində mümkündür.
Bioloji ritmin optimal hədləri həyat fəaliyyətində fərdi xüsusiyyət
daşıyır. Yüksək əmək məhsuldarlığı, işləmək qabiliyyəti bəzi ad-
amlarda səhər, digərlərində axşam vaxtlarında olur. Adamların
əksəriyyətində yüksək əmək qabiliyyəti gün ərzində iki dəfə, saat
9-dan 13-ə və 16-dan 18-dək olur. İşləmək qabiliyyəti həftə ərzində
də dəyişən olur. Ən məhsuldar iş günləri həftənin ikinci, üçüncü
və dördüncü günlərinə uyğun gəlir. Buna görə iş qrafiki tərtib
olunarkən bu günlər nəzərə alınmalıdır.
İşləmək qabiliyyətinə iş yerinin mikroiqlimi də, yəni tempera-
tur, nəmlik və havanın axın sürəti və s. təsir göstərir.
İş yerinin havasının müntəzəm olaraq dəyişdirilməsi işləmək
61
VI. Zehni əməyin gigiyenası haqqında
qabiliyyətinə müsbət təsir edir.
Ciddi zehni işlə məşğul olduqda beynin qanla təchiz olunması
8–10 dəfə və daha çox artır. Beynin qanla lazımi dərəcədə təchiz
olunması üçün iş prosesində oturub işləmək məsləhətdir.
Oturuş tərzinin düzgün vəziyyətdə olması işləmək qabiliyyətinə
müsbət təsir edir. Dərslərə hazırlaşarkən iş yeri düzgün
işıqlandırılmalıdır (işıqlıq 150 lk-dən az olmamalıdır). İş yerinin
hər tərəfli, eyni dərəcədə işıqlandırılması üçün stolüstü lampadan
əlavə otağın ümumi işıqlandırılması zəruridir.
Zehni əməyin məhsuldarlığına təsir edən amillərdən biri də iş
yeri və ətraf mühitin əlverişli olmasıdır. Bunun xüsusən yataqx-
anada yaşayan tələbələr üçün əhəmiyyəti böyükdür. Belə şəraitdə
qarşılıqlı hörmət və qayğı iş qabiliyyətini və əsəb sistemini
mühafizə edir. İşə tez girişməyin və diqqətin mərkəzləşməsində
iş yerinin sabitliyinin əhəmiyyəti böyükdür. Əgər tələbə kitabx-
anada qiraət otağında işləməyə adət etmişsə, özü üçün daimi yer
seçməli və onu dəyişdirməməyə çalışmalıdır. İş stolunun üzərində
hər şeyin öz yeri olmalıdır.
Yüksək işləmək qabiliyyəti və sağlamlıq üçün səmərəli yeməyin
də əhəmiyyəti az deyildir. Yeməyin tərkibi cürbəcür və kafi kalorili
olmalı, vaxtı isə düzgün rejimlə seçilməlidir. Şərait imkan verdikdə
ən əlverişli 4 dəfəlik qidalanmadır ki, bu zaman səhər yeməyi ümu-
mi rasionun 25%-ni, ikinci səhər yeməyi 15%, nahar 35% və şam
25% təşkil etməlidir.
Müşahidələr göstərir ki, bəzən tələbələr dərsə səhər yeməyi
yemədən gəlirlər. Belə tələbələrin iş qabiliyyəti azalır və
tapşırıqların yerinə yetirilməsində müəyyən səhvlərə yol verirlər.
Quru yemək mədə xəstəliklərinə səbəb olduğu üçün onu çay, süd
və s. ilə qəbul etmək məsləhətdir.
Papiros çəkmək və spirtli içkilər içmək insanın iş qabiliyyətini
zəiflətməklə yanaşı, əsəb sisteminə və başqa şəxsi xüsusiyyətlərinə
mənfi təsir göstərir.
Yuxu dərin və 7–8 saat olmalıdır. Müstəqil işləməyin əsas prinsi-
pi sistemli çalışmaqdan ibarətdir. Semestrin əvvəlindən başlayaraq
dərslərə müntəzəm olaraq hazırlaşmaq imtahan və məqbulların
müvəffəqiyyətlə verilməsindən başqa dərin biliyə yiyələnməkdə
böyük əhəmiyyətə malikdir.
Tədqiqatlar göstərir ki, 17–25 yaşlarında zehni əməyin
davametmə müddəti iş rejimi düzgün təşkil edildikdə gün
ərzində 9–10 saat ola bilər. Bu o deməkdir ki, 6 saatlıq auditoriya
dərslərindən sonra müstəqil işə 3–4 saat vaxt ayırmaq olar.
Ali məktəb tələbələrinə tövsiyə olaraq aşağıdakı prinsipi
xatırladaq: «bəlkə» əvəzinə «dəqiq hesab», «bir sayaq» əvəzinə
«düşünülmüş plan», «necə oldu» əvəzinə «sistem», «nə vaxt olsa»
əvəzinə «müəyyən edilmiş vaxt» zehni əmək üçün iş prinsipi
olmalıdır.
62
VII. Metrologiya nədir
Dostları ilə paylaş: |