İXTİsasa giRİŞ


VI. ZEHNİ ƏMƏYİN GİGİYENASI HAQQINDA



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə28/66
tarix09.05.2023
ölçüsü0,91 Mb.
#110327
növüDərslik
1   ...   24   25   26   27   28   29   30   31   ...   66
Mirzacanzade Ixtisasa girish

VI. ZEHNİ ƏMƏYİN GİGİYENASI HAQQINDA 
Təcrübə göstərir ki, ali məktəbin birinci kursuna daxil olmuş 
dünənki orta məktəb şagirdi bir çox çətinliklərlə üzləşir. Bu 
çətinliklər ali məktəbin xüsusiyyətlərini bilməməkdən, öz iş re-
jimini düzgün təşkil etməməkdən və sərbəst işləmə vərdişinin 
olmamasından irəli gəlir. Nəticədə bəzən orta məktəbi əla və yaxşı 
qiymətlərlə bitirən şagird müsabiqə imtahanlarını müvəffəqiyyətlə 
verməsinə baxmayaraq, institutda kurs imtahanlarından zəif 
qiymətlər alır və təhsildə geri qalır. 
Bu məqsədlə tələbəyə ali məktəbin tədris prosesilə əlaqədar 
xüsusiyyətlərindən qısaca məlumat verməklə onun tədris işlərini 
düzgün təşkil etmək və hazırlanmasında köməkdən bəhs edək. 
Tələbələr təhsil və dərsə hazırlıq işlərini özləri planlaşdırır, 
ildə iki dəfə yoxlanılır və imtahan verirlər. İlk baxışda tələbəyə elə 
gəlir ki, qarşıda hələ çox vaxt var və işlərin bir qismini «sonraya» 
saxlamaq olar. İmtahan ərəfəsində isə «sonrakı» işlərin görülməsi 
üçün vaxtın çatışmadığı məlum olur. Ona görə də tələbənin hər 
saatı, dəqiqəsi çox dəyərlidir və tələbə öz vaxtından səmərəli 
istifadə etməyi bacarmalıdır. 
Böyük ingilis alimi Ç. Darvin deyir ki, öz vaxtının bir saatını belə 
hədər yerə sərf edən insan həyatın qiymətini hələ dərk etməmişdir. 
Öz vaxtını düzgün planlaşdıran şəxslər böyük işlər görməyə 
qadirdir. Tədris materialı üzərində müntəzəm işləmək ali məktəbdə 
müvəffəqiyyətlə oxumağın rəhnidir. Təhsil və zehni əməkdə «hücumçu-
luq», əl-ayağa düşmə, öyrənilən materialın pis mənimsənilməsi və tez 
yaddan çıxması ilə yanaşı «xəstəliyə» də səbəb ola bilər. 
Ali məktəbdə tədris vaxtının 30%-ni mühazirələr təşkil edir. 
Mühazirələrə sərf olunan vaxt, o zaman tam istifadə oluna bilir ki, tələbə 
və mühazirəçinin birgə iştirak etdiyi bu yaradıcı prosesdə tələbə fəal 
iştirak etsin. Ona görə də mühazirə materialının yaxşı mənimsənilməsi 
üçün tələbə qarşıdakı mühazirə mövzusu ilə tanış olmalıdır. 
Orta və ali məktəb müəllimlərinin rolu fərqlidir. Orta məktəbdə 
müəllim şagirdə himayəçilik etdiyi halda, ali məktəb müəllimi isə 
tələbənin işinə nəzarət edir. Ona görə də tələbənin aldığı biliyin 
dərinliyi və əhatəliyi onun fəallığı və təşəbbüsündən asılıdır. Orta 
məktəbdə şagird gündəlik nəzarət hiss edir, gündəlik ev tapşırıqları 
yoxlanılır. Ali məktəbdə isə tələbə daha çox sərbəstdir. Mühazirəçi 
müəllim semestr, yaxud il ərzində tələbələrin hamısını tanımır 
və onların nəzəri materialı necə mənimsəməsindən xəbərsiz olur. 


59
VI. Zehni əməyin gigiyenası haqqında
Əgər fənn üzrə təcrübə, yaxud laboratoriya məşğələləri varsa, onda 
assistentlər tələbələrlə daha yaxından kontaktda olur və onların 
işlərinə nəzarət edirlər. Tələbəyə verilmiş sərbəstlik çox zaman 
səmərəli nəticə vermir. Nəzərdə tutmaq lazımdır ki, buraxılmış, yax-
ud öyrənilməmiş mövzu dərsdən kənar vaxtda mənimsənilməlidir: 
Semestrin sonunda tələbələrin dərs müvəffəqiyyətləri yoxlanılır və 
qiymətdəndirilir. 
Ali məktəbdə ixtisas, ictimai-siyasi, ümumi-texniki fənlər pa-
ralel keçilir. 
Orta məktəbdə hər fəndən dərslik kitabları olduğu halda ali 
məktəbdə belə kitablar azdır və bəzən tələbə əlavə ədəbiyyatdan 
və eyni zamanda bir neçə dərs vəsaitindən istifadə etməli olur. Ali 
məktəbdə dərslər, adətən qoşasaatlı olduğu üçün ilk dövrlərdə 
tələbə bir qədər yorğunluq və narahatçılıq hiss edir. 
Ali məktəbdə ixtisasın əsası qoyulduğu üçün tədris proqramında 
olan minimum materialın mənimsənilməsilə yanaşı tələbəyə 
sərbəst və yaradıcı işləmə vərdişləri aşılanmalıdır. Sərbəst yaradıcı 
zehni əmək tələbədə şəxsi baxış mülahizələri yaradır. 
Məşhur demokrat filosof və tənqidçi D.İ. Pisaryev yazır ki, 
hazır əqidəni tanışlardan və yaxud dükandan almaq olmaz, onu öz 
başınızda şəxsi təfəkkürün məhsulu kimi sərbəst hazırlamalısınız. 
Sərbəstlik şəxsin xüsusiyyəti olub tədricən yaranır. Tələbə 
dinləməyi, düşünməyi, ədəbiyyatı mütaliə etməyi və təcrübə dərslərini 
hazırlamağı bacarmalıdır. Bunlar tələb olunan ciddiyyət, sistemlik, 
müstəqil əməyə vərdiş və gündəlik zəhmətlə əldə edilə bilər. 
Öyrənmə prosesi zehni əməyin bir növü olub, beyin işinin 
güclənməsi, yaddaşın itiləşməsi, diqqətin toplanması və s. ilə 
əlaqədardır. 
Yaxşı mütəxəssis olmaq üçün elm və texnikanın bu günkü 
səviyyəsindən nəinki geridə qalmamaq, hətta onu qabaqlamaq və 
sürətlə artan müxtəlif məlumatlar axınını mənimsəmək lazımdır. 
Bunun üçün tələbə öz iş rejimini düzgün təşkil etməyi bacarmalıdır. 
Düzgün iş rejimi gün ərzində məhsuldar işləmək qabiliyyəti, 
sağlamlığı mühafizə etmək düzgün həyat tərzi olub, vəzifə və 
tapşırıqları müvəffəqiyyətlə yerinə yetirməkdən ibarətdir. 
Məsələn elə tələbələr var ki, yaxşı oxumaqla yanaşı bədii 
ədəbiyyata, teatr və konsertlərə, idmana, ictimai işlərə kifayət 
dərəcədə diqqət verirlər. Elə tələbələr də olur ki, onlar tədrisdən 
əlavə heç bir işlə məşğul olmadığı halda dərslərini də tələb olunan 
səviyyədə mənimsəyə bilmir və təhsildə geri qalırlar. Bunun əsas 
səbəbi iş rejiminin düzgün qurulmamasıdır. 
Vaxt bölgüsünü düzgün seçmək lazımdır. Məsələn, dərs 
hazırlığına 3 saat, gəzməyə 1 saat və s. kimi vaxt bölgüsü 
qənaətbəxş deyildir. Müxtəlif xarakterli işlərin növbələşməsi, 
əməyin istirahətlə vaxtında əlaqələnməsi elə olmalıdır ki, əmək 
yorucu olmasın və daimi normal həyat ritmi hiss edilsin. 


60

Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin