57
V. Qərarı necə qəbul etməli
alimin aldığı tədqiqat nəticələri və müddəaları onun tərəfindən
nə qədər
böyük inamla müdafiə olunursa, əks mövqedə duran
alim də bir o qədər qətiyyətlə həmin müddəaları əsaslı olaraq
rədd etməyə cəhd göstərir. Mübahisə aparan tərəflərin hər ikisi öz
mövqelərini daha da möhkəmləndirməyə səy göstərir və nəticədə
bəzən şəxsi təhqirə keçirlər ki, bu da incikliyə gətirib çıxarır.
Sözsüz təmkinli elmi mübahisə həqiqətin meydana çıxmasında
çox qiymətli vasitədir və əgər səhv olan tərəf özündə mərdlik və
sədaqət qüvvəsi taparsa onda mübahisə ədalətlə həll oluna bilər.
Ancaq riyaziyyat elmi belə mübahisədən azaddır. Riyaziyy-
atda
heç bir fərziyyə, təklif yoxdur ki, onun dəqiqliyi mübahisə
doğursun. Təklif, sübut olunmamış elm xəzinəsinə daxil edilmir.
Əgər sübut edilmişsə, onda şübhə doğurmur.
Riyaziyyatda belə bir mübahisəyə ancaq ağılsız, fırıldaqçı,
kəmsavad yol verə bilər.
Ancaq riyaziyyatın
fəlsəfi məsələlərində, yaxud axtarışlarında
olan mübahisə xeyirlidir.
Buna görə də hər bir riyaziyyatçı hələ gənc yaşlarından bilir ki,
riyaziyyat elmində seçdiyi həllin xeyrinə yersiz apardığı mübahisə
cəhdləri müvəffəqiyyətsizliyə düçar olacaq və özünü bu ruhda
tərbiyələndirir.
Riyaziyyatçı-mütəxəssis bilir ki, məsələnin həllində düzgün,
obyektiv, mənasız şübhə olmadan görülən əməliyyat işin xeyrinədir.
Bu xüsusiyyət riyaziyyatı sevən öz praktik və elmi fəaliyyətində
tətbiq edən mühəndisdən obyektivlik və düzgünlük yolunda öz
şəxsi mənafeyini heç bir məcburiyyət olmadan fəda etməyə hazır
olmaq, vətənpərvərlik xarakteri yaradır.