İXTİsasa giRİŞ


Elektrometrik kəşfiyyat üsulu



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə39/66
tarix09.05.2023
ölçüsü0,91 Mb.
#110327
növüDərslik
1   ...   35   36   37   38   39   40   41   42   ...   66
Mirzacanzade Ixtisasa girish

Elektrometrik kəşfiyyat üsulu isə süxurların müxtəlif 
elektrikkeçirmə qabiliyyətinə əsaslanır. Torpağa bir-birindən 
müəyyən məsafədə metal çubuqlar vurulur və onlardan elektrik 
cərəyanı buraxılır. Bu çubuqlardan müəyyən məsafədə qurulan 
xüsusi cihaz süxur qatlarından keçən elektrik cərəyanını qəbul 
edir, gücləndirir və yazır. Əgər süxurlardan az cərəyan keçirsə, on-
larda neft laylarının olmasını ehtimal etmək olar. Çünki neft ele-
ktrik cərəyanını pis keçirən bir mühitdir. Həmin cihaz vasitəsilə 
gil, qum, qum daşı və s. süxurların hansı dərinlikdə yatdığı da 
müəyyən olunur. 
Seysmometrik kəşfiyyat üsulu kəskin bir zərbə, məsələn 
partlayış nəticəsində yaranan elastik dalğaların süxurlar tərəfindən 
nə dərəcədə keçirilməsinə və ya əks etdirilməsinə əsaslanır. Neftlə 
dolmuş qumlarda partlayış dalğaları kiçik sürətlə yayılır. Sıx və 
bərk süxurlarda isə onlar iti sürətlə yayılır. Bu üsul ilə kəşfiyyat 
belə aparılır. Yerdə bir çuxur qazıb ora partlayıcı maddə basdırırlar. 
Təqribən on kilometr uzaqlıqda seysmoqraf adlanan cihaz qu-
rulur. Bu cihaz olduqca həssas olub yer qabığında baş verən ən 
zəif titrəyişləri belə avtomatik olaraq qeyd edir. Yerə basdırılmış 


74
IX. Neft-qaz ixtisas fənlərinin mahiyyəti haqqında qısa məlumat 
partlayıcı maddəni müəyyən olunmuş vaxtda partladırlar. Bu za-
man əmələ gələn elastik dalğalar yerin təbəqələrində yayılaraq 
gəlib seysmoqrafa çatır. Seysmoqraf həmin dalğaları tutur və av-
tomatik olaraq kağız üzərində qeyd edir. Bu qeydlərə əsaslanaraq 
neftli yumşaq süxurların hansı dərinlikdə yatması təyin olunur. 
Maqnitometrik kəşfiyyat üsulu müxtəlif maddələrin maqnit 
əqrəbinə müxtəlif növ təsir etmələrinə əsaslanmışdır. Bəzi cisimlər 
maqnit əqrəblərini özünə çəkir, bəziləri özlərindən itələyir
bəziləri isə, məsələn, neftli süxurlar maqnit əqrəbinə heç təsir et-
mir. Kəşfiyyatçı maqnitometr adlı cihazla yer qatındakı süxurların 
maqnit xassələrini təyin edir. Maqnit əqrəbi sakit dayanan yerdə 
neft olmasını güman etmək olar. 
Bunlardan əlavə müxtəlif yeni kəşfiyyat üsulu və cihazları geniş 
istifadə olunur. 
Geoloqlar neft yatağını aşkar etdikdən sonra yatağın müəyyən 
yerlərində kəşfiyyat quyuları qazılır, neft olan sahənin ölçüsü və 
neftin hansı dərinlikdə yatması müəyyən edilir. Bundan sonra 
geoloqların göstərdiyi dərinlikdə quyular qazılaraq neft sahəsi is-
tismar olunur. 

Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin