78
IX. Neft-qaz ixtisas fənlərinin mahiyyəti haqqında qısa məlumat
neft hava ilə təmasda olmur. Odur ki, buna «qapalı fontan» üsulu
deyilir.
Fontan armaturundan nefti ortasında kiçik diametrli kanalı olan
qalın divarlı bir silindrdən buraxırlar. Bu silindrə ştutser deyilir.
Ştutser vasitəsilə quyudan kənara istənilən
miqdarda neft və ya
qaz buraxıla bilər. Neftçilər hər bir fontan quyusu üçün elə bir iş
rejimi yaradırlar ki, quyudan az qaz sərf etməklə mümkün qədər
çox neft çıxarılsın. Buna optimal rejim deyilir. Optimal rejimdə nef-
ti laydan quyuya gətirən neft qazı qənaətlə sərf olunur. Çünki lay-
da neft qazı nə qədər çox qalarsa, quyunun fontan vurması bir o
qədər uzun olur.
İndiki fontan quyuları müəyyən müddətdə fontan vuraraq sut-
kada 300–400 ton və daha artıq neft verir.
Dostları ilə paylaş: