X. ERQONOMİKA NƏDİR?
İnsan bilikləri aləmində 2000-dən çox elmi fənlər mövcuddur.
Bu fənlərin yarıdan çoxu bilavasitə insanı, onun bioloji və icti-
mai təbiətini, davranışını, ətraf mühitə, texnikaya uyğunlaşması
məsələlərini, tarixini, mədəniyyətini və s. öyrənməyə həsr olunur.
Erqonomika iş qanunları elmi olub (yunan dilində erqon – iş, no-
mos –qanun deməkdir), 30-dan çox nəzəri və tətbiqi elmləri (psix-
ologiya, fiziologiya, antropologiya, kibernetika, fizika, riyaziyyat,
biomexanika, gigiyena, pedaqogika, iqtisadiyyat, texniki elmlər və
s.) özündə cəmləşdirir. Erqonomika istehsalat proseslərində insan
ilə texnikanın qırılmaz vəhdətini və bu vəhdətin hərtərəfli sintez
və analizini izah edir.
Erqonomika məsələ həllində bütün elmi üsullardan geniş istifadə
edir. Onun tədqiqat predmeti olan insani əməyin, təfəkkürün və
ünsiyyətin məhsulu kimi qəbul olunur.
Neft və qaz sənayesində əmək şəraiti başqa sahələrə nisbətən
daha sürətlə dəyişir. Bunun əsas səbəbi müasir istismar, qazma,
nəqliyyat, neft və təbii qaz emalı, quyuların təmiri və s. texnika və
texnologiyanın mürəkkəbliyi ilə əlaqədardır.
Neft sənayesində insan fəaliyyətinin səmərəliliyi, etibarlılığı və
təhlükəsizliyinə aid olan məsələlərin dərin, hərtərəfli elmi təhlili
əmək məhsuldarlığının yüksəlməsi və daxili imkanlardan tam
istifadə olunması üçün başlıca şərtdir.
Aparılan tədqiqat işləri göstərir ki, iş prosesində qəza və
təhlükəli halların 70%-i icraçının fiziki, psixoloji-fizioloji və psixi
imkanlarının icra olunan işlə uyğunlaşdırılmamasından irəli gəlir.
Son 30 ildə insan əməyi öz yerini sadə fiziki güc mühitindən
mürəkkəb ağıl fəaliyyəti mühitinə vermişdir. Başqa sözlə, peşənin
əsas ağırlığı mühərrikin biomexaniki mühiti üzərinə deyil, insanın
psixologiyası üzərinə düşür. Beləliklə, əmək fəaliyyətinin əsas
hissəsi ağılın mürəkkəb və gərgin işi, diqqət, yaddaş və təfəkkür
vasitəsilə həyata keçirilir.
Elmi-texniki inqilab ayrı-ayrı alətlərdən maşına, maşından –
sistemə, sistemdən – biotexniki kompleksə keçərək yaranır. Bunun
əsas səbəbi ondan ibarətdir ki, əməyin səmərəliliyi və təhlükəsizliyi
artdıqca texnikanın kompleksliliyi və məlumatlılığı artır.
Müasir insan özünün istehsalat funksiyasını mürəkkəb sistem
və komplekslərin işlədiyi şəraitdə yerinə yetirir.
İnformasiya mühiti şəraitində insane-operator özünün məsul
97
X. Erqonomika nədir?
istehsalat funksiyasını yerinə yetirir. O, eyni zamanda bundan
əvvəlki böyük həcmli məlumatı həm başa düşür, həm də həll edir.
İnsan fiziki işinin mühüm hissəsini texnikaya həvalə edərək, özü
böyük həcmli mürəkkəb zehni psixoloji fəaliyyəti qəbul edir. O,
bu gün mürəkkəb biotexniki sistemləri proqramlaşdırır, onlara
nəzarət edir və eyni zamanda obyektləri müəyyən məsafədən idarə
edir.
QİYŞ-in üzvü olan ölkələrin alim və mütəxəssislərinin erqono-
mik məsələrə dair Birinci Beynəlxalq konfrasında (1972-ci il) qeyd
edilmişdir ki, erqonomika insanın əmək prosesindəki imkan və
qabiliyyətini öyrənir. O, əmək fəaliyyətinin təşkilində elə şərtlər
və üsullar yaratmalıdır ki, bunlar əməyi yüksək məhsuldar əməyə
çevirərək eyni zamanda insanın fiziki və mənəvi inkişafına səbəb
olsun, işçinin təhlükəsizliyini təmin etsin, onun sağlamlığını və iş
qabiliyyətini mühafizə etsin. Buradan görünür ki, erqonomika öz
məqsəd və məsələlərinə görə müasir əmək mühafizəsinə yaxındır.
Erqonomika müasir cəmiyyətin ən sadə tərkibli istehsalat
güclərini, insan-maşın sistemlərinin növlərini və biotexniki
kompleksləri ətraflı tədqiq edir.
Sistem dedikdə, erqonomika elə bir dinamiki quruluşu ifadə
edir ki, o istehsalat mühitinin insan və maşın hissələrindən, onların
həcmindən və yerləşmə şəraitindən ibarətdir. Prosesdə bu hissələr
öz aralarında məqsədəuyğun qarşılıqlı təsir göstərərək, konkret
məsələləri və fəaliyyət növlərini həyata keçirir.
Erqonomika öz məsələlərini həll etmək üçün təhlil sistemlərinə
kompleksli surətdə və elmi şəkildə yanaşmağı tələb edir ki, bu da
öz imkan və məlumatları ilə tədqiq edilən obyektin mürəkkəbliyinə
uyğun gəlir.
İnsan–maşın–mühit sistemlərini kompleksi öyrənmək üçün er-
qonomika müasir gigiyena, fiziologiya, psixologiya antroologi-
ya və s. elmlərin ideya və nailiyyətlərini sintez edir. Erqono-
mika insanın konkret fəaliyyətini müəyyənləşdirən xassəsinin,
imkanının, bacarığının, bir-birinə uyğunluğuna əsaslanaraq
görülən işin quruluş və tərkibini, texnikanın və onu əhatə edən
mühitin xassələrini aydınlaşdırır.
İnsan–maşın–mühit sistemlərinin uyğunluğu erqonomik
xüsusiyyət, komponentlərin tərkibi, texnikanın növü, fəaliyyətinin
daxili və xarici mühiti, iş yerinin quruluşu, keyfiyyəti, forması,
idarəetmə vasitələrinin ölçüsu və yerləşdirilməsi, iş sahəsi və s.
amillərlə müəyyənləşdirilir.
İnsanın erqonomik xassəsinə onun görmə qabiliyyəti, toxunma,
iybilmə, səs duyğusu, qavrayış, həmçinin mürəkkəb hissi-hərəkəti
və əhval-ruhiyyəsi, yaddaşı, təfəkkürü, diqqəti və s. təsir göstərir.
Buradan görünür ki, əmək şəraitinin təhlükəsizliyinin təmin
edilməsi məsələləri nə qədər mürəkkəb və hərtərəflidir.
Öz məqsədlərinə görə erqonomikaya mühəndisi psixologi-
|