106
XI. Ətraf mühitin və yer dərinliklərinin mühafizəsi problemi
əldə edirik.
Texnoloji imkanların inkişafı mineral xammal ehtiyatının
artırılmasında kəşfiyyatçı geoloqların rolunu heç də azaltmır. Ge-
oloji kəşfiyyatın aşkara çıxardığı çoxlu xammal yataqlarının ehtiyat
və imkanlarının düzgün təyin edilməsi onların
coğrafi cəhətdən
lazımi istiqamətdə yerləşməsini və səmərəli işlənməsini təmin
edir. Geotexnologiya baxımından zəngin olmayan faydalı qazıntı
yataqlarından iqtisadi cəhətdən əlverişli istifadə edilmə imkanları
genişləndirilməlidir. Bu cəhətdən vaxtilə istismar olunmuş və son-
radan səmərəsiz hesab olunub atılmış yataqlar yenidən nəzərdən
keçirilməlidir.
Təbiətin mühafizəsi onun yaxşılaşdırılması deməkdir. Təbiətin
mühafizəsi heç də onu keçmişə, əvvəlki vəziyyətə qaytarmaq dey-
ildir. Təbiətdən istifadə zamanı insanlar onu özləri üçün əlverişli
vəziyyətə gətirirlər.
Mədəni insanın artan elmi marağını ödəmək üçün ayrı-ayrı təbii
muzeylərin, qoruqların, mühafizə olunan yerlərin yaradılması
zəruri haldır.
Ölkəmizdə ətraf mühitin qorunması sahəsində xüsusi tədbirlər
həyata keçirilir və onun gələcək texnologiyası işlənib hazırlanır. El-
mi-texniki inqilab texnoloji proseslərin, mineral xammalın istehsalı
və emalı təcrübəsinin təkmilləşdirilməsinə yönəldilmişdir.
Yaxın gələcəkdə qapalı texnoloji proseslər və tullantısız istehsalat
problemi həll olunacaq, nəticədə çayların, dənizlərin, torpağın, yer
altının və atmosferin çirklənməsinə son qoyulacaqdır.