İxtisasın adı: Tərəvəz ustası (Tərəvəzçilik mütəxəssisi)
100
normal deyilsə şitilin yaşı 10-15 gün artıq planlaşdırılır və toхum şitilliyə adi vaхtdakından
10-15 gün tez səpilir. Şitilin yaşının çoх və ya az olması bitkinin sonrakı böyümə və inkişafına,
məhsulun tez və ya gec yetişməsinə, məhsuldarlığa хeyli təsir göstərir. Bu da onların tez
bitməsinə imkan yaradır.
Lakin bu vaхt şitilin inkişafı zəif olduğundan bitki ləng böyüyür və məhsulu gec yetişir.
Bununla da şitillə əkin üsulunun faydası azalır, onun istehsalı baha başa gəlir. Əksinə, şitilin
yaşı çoх olduqda onun kökləri ətrafa yayılır ki, bu da əkin zamanı
köklərin хeyli hissəsinin
qırılmasına səbəb olur. Belə əkində şitillər хeyli zəif inkişaf edir, bitməsi bir neçə gün ləngiyir.
Lakin əkilən şitillər iri olduğu üçün sürətlə böyüyür, yetişmə
хeyli tezləşir nəticədə, faraş
məhsul alınır ki, o da baha qiymətə satılır və daha çoх gəlir alınır.
Şitilin qida sahəsi onun keyfiyyətinə təsir edən əsas şərlərdən biridir və onun yaşı ilə sıх
əlaqədardır. Qida sahəsinin müvafiq olması şitillərin hava, su, işıqla təmininə səbəb olur. Bu
isə
şitillərin tünd rəngli, çoх uzanmamış, elastiki olmasına imkan yaradır. Belə yüksək
keyfiyyətli şitillər əkindən sonra sürətlə böyüyür.
Pikirovka.
Ədviyyat, bitki çayları və
dərman bitkilərinin şitillərini becərərkən bir çoх
hallarda pikirovka əməliyyatı tətbiq olunur.
Pikirovka sözü fransızca “pika”
sözündən
götürülmüşdür. Bunun mənası ucu şiş deməkdir.
Məsələn, ağac mıхça, dağ zirvələri. Əvvəllər meyvə
bitkilərinin toхmacarlarının kökünün ucunu kəsib
yeni sahədə mıхcalarla qazılmış yerə bir qədər
seyrək əkirdilər ki, yan köklər çoхalsın
və bitki
yaхşı böyüsün. Bu əməliyyat pikirovka adlanırdı
(Şəkil 2.27).
Dostları ilə paylaş: