Modulun adı: Ədviyyat, bitki çayları və dərman bitkiləri
103
kök boğazından nazilir və qaralır. Bitkilər əyilirlər,
düşür və soluxurlar. Sonra kök boğazı çürüyür.
Sirayətlənmiş bitkilərin kök sistemi zəif inkişaf
edir, ikinci və üçüncü sıra köklər məhv olurlar, şitil
torpaqdan asanlıqla çıxarılır. Parnikdə xəstəliyin
böyük mənbələri yaranır.
Qaraayaq və ya şitillərin çürüməsi xəstəliyini
bir sıra göbələklər törədirlər. Onlardan başlıcası
Olridium brassicae Wor., Rhizoctonia solani kuch
və
başqalarıdır. Nadir hallarda bu xəstəliyin əmələ
gəlməsində bakteriyalar da iştirak edirlər. Daha
yaşlı şitilləri əsasən
Rhizoctonia solani
yoluxur.
Göbələk torpağın 12-15 sm dərinliyində uzun illər
qala bilir.
Qaraayaq xəstəliyinin törədicisinin hamısı torpaq göbələkləridir. Bu xəstəliyin inkişafına
torpağın turşuluğu və yüksək rütubəti, əkinlərin sıxlığı, düzgün qidalanma nəticəsində
bitkilərin zəifləməsi və sairə əlverişli şərait yaradır.
Mübarizə tədbirləri
1.
Sağlam bitkilərdən toxum götürülməli. Parnik torpağı dəyişdirilməli və ya
dezinfeksiya edilməlidir;
2.
Bitkilərin sıxlığı, parniklərin havalandırılmasını minimuma endirən tədbirlər xəstəliyi
sürətləndirir;
3.
Qaraayaq (kök çürüməsi) хəstəliyinə qarşı mübarizə məqsədi ilə funqisidlərdən
Koruneb 70 % WP (Prоpinеb 700qr/kq), Аntrаcоl 70 % (Prоpinеb 700qr/kq), Captan
50 WP (Captan 500 qr/kq) 200-250 qr/ 100 l su, Kortiram Forte 80WP (Tiram
800qr/kq) 200 qram / 100 litr su və Previcur Energy SL 150 qram / 100 litr su
məsarəf norması ilə istifadə olunur və cücərtiləri boğazadək qumla doldururlar ki,
gövdənin
qaralan
yerinin
yuхarı
hissəsindən yeni köklər əmələ gəlsin.
Dostları ilə paylaş: