İxtisasın adı: Tərəvəz ustası (Tərəvəzçilik mütəxəssisi)
104
dövründə ona ziyan vurur. Təbii şəraitdə danadişi aprel ayından başlayıb, iyun ayına qədər,
şitilliklərdə və parniklərdə isə fevral ayından zərər verir.
Adi danadişinin orta yaşlı sürfələri və yetkin
mərhələsi torpağın 1 metrə qədər dərinliyində
qışlayır. Yazda onlar şum qatına çıxır və torpağın
üst səthinə qədər qalxır. Burada onlar səpilmiş
toxumları, kökləri, gövdənin yeraltı hissəsini
gəmirirlər (Şəkil 2.32).
Yetkin danadişilər aprel ayından başlayıb
avqust ayına qədər öz yumurtalarını torpağın 10-
20 sm dərinliyinə qoyur. Hər yuvada 300-350
ədəd yumurta olur. Həmin yumurtalardan 10-15
gündən sonra sürfələr çıxmağa başlayır. Sürfələr
inkişafının gələn ilin yayında başa çatdırır.
Danadişi rütubətə doğru meyillidir, ona görə
də danadişinə ən çox rütubətli yerlərdə təsadüf
edilir.
Mübarizə tədbirləri
Şəkil 2.32. Danadişinin şitili zədələməsi
Adi danadişiləri aldadıcı yemlərlə məhv etmək olar. Bu məqsədlə zəhərlənmiş buğda,
arpa, qarğıdalı dənlərindən istifadə edilir. Korban 25 W (Xlorprifos etil 250 qr/kq) 6 kq
kəməyə 300 qram qarışdırılır və 1000 m
2
sahəyə yayılır. Aldadıcı yem, əkindən bir neçə gün
qabaq tətbiq edilməlidir. Bu zaman aldadıcı yem sahə üzərinə səpilir və malalanır. Əgər
sahədə bitki cücərtiləri və ya şitillər olarsa, aldadıcı yenlər 2-3 sm dərinlikdə bitkilər və
cərgələr arasına qoyulur.
Payızda içərisində peyin olan çalalarda danadişiləri məhv etmək olar. Çalalar 0,5 metr
dərinlikdə qazılır və içərisinə peyin doldurulur. Qışlamaq üçün danadişilər buraya çox
həvəslə yığılır. Payızın sonunda sərt şaxtalar düşən zaman çalalardan peyin dağıdılır və bura
toplaşan danadişilər aşağı temperatur nəticəsində məhv olur.
Dostları ilə paylaş: