Sərbəst iş üçün tapşırıqlar
1.
Yaşağıdınız və ya sizə yaxın ərazidə becərilən ədviyyat, bitki çayları və dərman
bitkilərinin çoxaldılması üsulları ilə tanış olun.
2.
Həmin ərazidə ədviyyat, bitki çayları və dərman bitkiləri toxumlarının səpinə
hazırlanması, səpin vaxtı və səpin üsulları, səpin norması haqqında müəyyən araşdırmalar
aparın və qeyd edin.
3.
Əldə etdiyiniz məlumatları sinif yoldaşlarınızla müzakirə edin.
Modulun adı: Ədviyyat, bitki çayları və dərman bitkiləri
105
Praktiki tapşırıqlar və fəaliyyətlər
Praktik tapşırıq 2.1.
Müxtəlif növ ədviyyat, bitki çayları və dərman bitkilərinin toxumunu
götürün və onun əsas keyfiyyət göstəricilərini təyin edin.
Tapşırıq və fəaliyyətlər
Təlimat və tövsiyələr
1.
Toxum nümunəsinin götürülməsi
Səpiləcək toxum kisəsinin müəyyən
hissələrindən müxtəlif növlərin toxumundan
standartda göstərilən miqdar orta nümunə
götürün.
Götürdüyünüz toxum nümunəsindən
laboratoriya analizləri üçün standartda
göstərilən miqdar orta nümunə götürərək,
seçici lövhə üzərində bərabər surətdə yayın.
Sonra nümunəni lövhənin diaqonalları boyu
4 bərabər üçbucağa bölüb 2 qarşı-qarşıya
duran hissələri götürün.
2.
Ədviyyat, bitki çayları və dərman
bitkilərinin toxumun təmizlik
dərəcəsinin təyini
Toxumun təmizlik faizini təyin etmək üçün
qarşı-qarşıya duran üçbucaqlardan kiçik
nümunə götürərək tərəzidə çəkin və seçici
lövhə üzərində canlı və cansız zibilləri ayırın.
Zibil qarışığını texniki tərəzidə (elektron və
ya analitik) çəkin.
Ayrılmış hissələri təklikdə çəkin və həmin
nümunənin ümumi çəkisinə görə faizlə ifadə
edilin.
Ümumi toxum nümunəsindən həmin zibil
qarışığının miqdarını çıxın və alınan rəqəm
təmiz toxumun miqdarını ifadə edir.
Sonra təmiz toxumun ümumi toxum
nümunəsinə görə faizlə miqdarını tapın və
bu toxumun təmizlik dərəcəsini göstərir.
3.
Ədviyyat, bitki çayları və dərman
bitkilərinin toxumun cücərmə faizinin
təyini
Cücərtmək üçün təmizliyi təyin edilmiş
toxumdan iri toxumlu bitkilər üçün 50 ədəd,
xırda toxumlu bitkilər üçün isə 100 ədəd
dörd təkrarda uyğun olaraq cəmi 200 və ya
400 ədəd götürün.
Toxumları cücərdilməyə qoyun. Cücərtmək
üçün müxtəlif materiallardan istifadə edə
bilərsiniz.
Cücərmənin gedişi hər növ üçün müəyyən
|