İxtisasın adı: Tərəvəz ustası Modulun nömrəsi


Torpağın səthinin hamarlanması



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə113/207
tarix24.12.2023
ölçüsü1,21 Mb.
#193370
1   ...   109   110   111   112   113   114   115   116   ...   207
quot-adviyyat-bitki-caylari-va-darman-bitkilari-quot-modulu-uzra-dars-vasaiti

Torpağın səthinin hamarlanması
toxumları bərabər dərinliyə basdırmaq, suyun 
sahədə bərabar paylanmasını təmin etmək, vegetasiya müddətində bitkilərə daha yaxşı 
qulluq etmək və sairə üçün əlverişli şərait yaratmaq məqsədilə aparılır.
Səthi hamar olan sahələrdə torpağın istiliyi, hamar olmayan sahələrə nisbətən artıq olur. 
Torpaq səthinin əsaslı hamarlanması buldozer və qreyderlərdən, cari hamarlama isə 
malalardan, kultivatorlardan, vərdənələrdən istifadə etməklə yerinə yetirilir. 


Modulun adı: Ədviyyat, bitki çayları və dərman bitkiləri 
115 
 
Alaq bitkilərinin kəsilməsi
adətən torpağın çevrilməsi, 
qarışdırılması , yumşaldılması və sairə prosesləri ilə eyni 
vaxtda yerinə yetirilir.
 
Torpaq səthində bitki qalıqlarının saxlanması,
eroziya prosesi baş verən ərazilərdə 
aparılan əsas becərmə üsuludur. Torpaq səthində saxlanılan bitki qalıqları xırda torpaq 
hissəciklərinin küləklə sovrulmasının və su ilə yuyulmasının qarşısını alır. Torpaq səthində 
bitki qalıqlarının saxlanılması xüsusi yastıkəsən alətlərdən istifadə etməklə yerinə yetirilir.
 
Tirələrin, ləklərin, şırımların, yuvaların
və sairə 
düzəldilməsi torpağın istilik və su rejimlərini nizamlamaq 
məqsədilə, təbii şəraitə uyğun olaraq aparılan xüsusi tədbirlər 
qrupuna aiddir.
 
Artıq nəmliyi olan torpaqlarda istiliyi və nəmliyi nizamlamaq məqsədilə tirələr, şırımlar, 
ləklər düzəldilir. Bəzi məlumatlara görə tirələrdə istilik, səthi hamar olan sahələrə nisbətən 2-
3 °C artıq olur. Nəmliyi az olan bölgələrdə, atmosfer çöküntülərinin torpaqda toplanmasını 
təmin etmək üçün şırımlardan, yuvalardan və sairə istifadə olunur. Nəmliyə daha çox tələbkar 
olan tərəvəz bitkiləri əkini üçün ləklər düzəldilir. 
Becərilən bitkilərin bioloji xüsusiyyətlərindən və torpağın tipindən asılı olaraq, 
mikrorelyef yaratmaq üçün üzərinə xüsusi alətlər qoşulmuş kotanlardan, tirə və ləkdüzəldən, 
şırımaçan, yuvaaçan və sairə alətlərdən istifadə edilir. 
Torpağın səpinqabağı becərilməsi üsulları və qaydaları: 
Torpağın əsas becərilməsindən səpinə qədər olan müddətdə, müəyyən ardıcıllıqla yerinə 
yetirilən becərmə üsullarının cəmi torpağın səpinqabağı becərilməsi adlanır.
Torpağın səpinqabağı becərilməsi aşağıdakı əsas vəzifələri yerinə yetirir: 

Əkin qatından nəmliyin itirilməsinin qarşısının alınması, mikrobioloji proseslərin 
gücləndirilməsi və qida rejiminin yaxşılaşdırılması üçün hamar səthli yumşaq torpaq 
qatı yaratmaq; 

Alaq bitkilərini məhv etmək və onların səpindən sonra cücərməsinin qarşısını almaq; 

Toxumu istənilən dərinliyə basdırmaqla keyfiyyətli səpin aparmaq; 

Üzləmə - erkən şumlanan və səpinqabağı alaq basmış və çox kipləşmiş sahələrdə 
aparılır. 
Üzləmə zamanı torpaq yumşaldılır, qismən çevrilir, qarışdırılır və alaq bitkilərinin 
yeraltı hissəsi kəsilir. 
Vəzifələrin yerinə yetirilməsi 
üçün 
Üzləmə, kultivasiya, malalama, 
şaxmala çəkilməsi, tapanlama 
və sairə üsulları ilə həyata 
keçirilir. 



Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin