İxtisasın adı: Tərəvəz ustası Modulun nömrəsi


Şəkil 3.1. Kombinə edilmiş aqreqat



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə115/207
tarix24.12.2023
ölçüsü1,21 Mb.
#193370
1   ...   111   112   113   114   115   116   117   118   ...   207
quot-adviyyat-bitki-caylari-va-darman-bitkilari-quot-modulu-uzra-dars-vasaiti

Şəkil 3.1. Kombinə edilmiş aqreqat
 


Modulun adı: Ədviyyat, bitki çayları və dərman bitkiləri 
117 
Torpağın vegetasiya becərmələri üsulları və qaydaları: 
Torpağın səpindən sonra becərilməsi, əsasən cücərtilər alındıqdan və ya şitil sahəyə 
əkildikdən sonra aparıldığına görə, həmin müddətdə yerinə yetirilən tədbirlər vegetasiya 
becərmələri adlanır.
Səpindən sonra torpağın becərilməsi, cücərtilər alınana qədər vərdənələmə və 
yumşaltma aparmaqdan ibarətdir. 
Torpağın vegetasiya becərmələri torpaq-iqlim şəraitindən və bitkilərin bioloji 
xüsusiyyətlərindən asılı olaraq, müxtəlif qayda və üsullarla yerinə yetirilir. 
Başdan-başa səpilən yazlıq ədviyyat, bitki çayları və dərman bitkiləri
 
(yarpağı 
istifadə edilən)
əkinlərində
 
torpağın becərilməsi, əsasən səpindən cücərtilər alınana qədər 
aparılır. Bu müddətdə torpaq həddindən artıq yumşaq olduqda, torpağın bərk fazası ilə 
toxum arasında əlaqə yaratmaq və nəmliyin itirilməsinin qarşısını almaq üçün, tapanlama 
(vərdənələmə) aparmaq lazımdır. 
Strukturasız (az münbit) şorakət torpaqlarda səpindən sonra düşən yağmurların təsiri 
ilə güclü qaysaq əmələ gəlir. Qaysaq əmələ gələn sahələrdə cücərtilərin alınması çətinləşir, 
torpağın su-hava və qida rejimləri pisləşir və mikroorqanizmlərin fəaliyyəti zəifləyir. Ona 
görə də, cücərtilər alınana qədər torpaq dişli və torlu malalardan və rotasiya toxalarından 
istifadə etməklə becərilir və qaysaq yumşaldılır. 
Başdan-başa səpilən yazlıq ədviyyat, bitki çayları və dərman bitkiləri əkinlərində 
cücərtilər alınana qədər və cücərtilər alındıqdan sonra sahədə alaq bitkiləri kütləvi surətdə 
müşahidə edildikdə, torpağı ziqzaq mala ilə becərmək lazımdır. Cücərtilər alındıqdan sonra 
sahənin malalanması aparılmalıdır. 
Ədviyyat, bitki çayları və dərman bitkiləri əkinlərində seyrəklik müşahidə olunduqda, 
sahə malalanaraq torpaq yumşaldılır və normal bitki sıxlığı əldə etmək üçün səpin (təmir) 
aparılır. 

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin