Modulun adı: Ədviyyat, bitki çayları və dərman bitkiləri
119
Hər hansı tarlada əvvəlki ildə əkilən bitki, sonrakı bitki üçün sələf adlanır.
Əksər ədviyyat, bitki çayları və dərman bitkiləri torpaq münbitliyinə daha çox tələbkar
olmaqla bərabər, həm də xəstəlik və zərərvericilərə tez yoluxurlar. Ona görə də, tərəvəz
növbəli əkinlərində eyni xəstəlik və zərərvericilərlə sirayətlənən bitkilərin bir-birini əvəz
etməsinə yol verilməməlidir. Bu səbəbdən də növbəli əkin tarlalarının sayı bitkilərin fəsilə,
növ və sortundan, həmin bitkilərin məhsuluna olan tələbatdan asılıdır.
Qeyd edilənləri nəzərə alaraq açıq sahədə ədviyyat, bitki çayları və dərman bitkilərinin
hökmən növbəli əkinləri tətbiq edirlir. Bunların aşağıdakı növləri vardır:
1.
Tarla növbəli əkinləri - əsas tarlaları tarla bitkiləri tutur, ədviyyat, bitki çayları və
dərman bitkilərinin bitkilərinə isə 1-2 tarla verilir;
2.
Yemçilik növbəli əkinləri - əsas tarlalar yem bitkilərinə, 1-2 tarla ədviyyat, bitki
çayları və dərman bitkilərinə verilir;
3.
Xüsusi tərəvəzçilik növbəli əkinləri - əsas tarlaları ədviyyat, bitki çayları və dərman
bitkiləri tutur, 1-2 tarlada çoxillik paxlalı otlar, paxla, lobya, noxud əkilir, ya da heç
əkilmir.
Ədviyyat, bitki çayları və dərman bitkilərinin məşğul olan təsərrüfatlar xüsusi
tərəvəzçilik növbəli əkin dövriyyəsindən istifadə edirlər.
Ümumiyyətlə növbəli əkini tətbiq etməkdə əsas məqsəd torpağın münbitliyini bərpa
etməkdir. Bunu nəzərə alaraq ottarlalı növbəli əkin tətbiq etməklə 1-2 il sahədə paхlalı otlar
(ən çoх yonca, çovdar) əkirlər. Onların kökündə olan kök yumrusu bakteriyaları havadan
azotu torpağa toplayır. Hal-hazırda paхlalı tərəvəz bitkiləri (lobya, göy noхud) onların
əvəzinə əkilir. Çünki, bunlarda da həmin хüsusiyyət vardır. Bu halda, həm torpağın
münbitliyi, ümumi əkinlərdə tərəvəzin хüsusi çəkisi, habelə ümumi istehsalı artır, həm də bu
bitkilərin yaşıl qalıqları heyvanlara qiymətli zülallı yem kimi verilərək qismən paхlalı otları
əvəz edir.
Dostları ilə paylaş: