Məqsəd:
Siz bu təlim elementində ədviyyat, bitki çayları və dərman bitkilərinin əkinlərində
aparılan əsas, səpinqabağı və vegetasiya torpaq becərmələri ilə, həmçinin ədviyyat, bitki
çayları və dərman bitkilərinə tətbiq edilən ümumi qulluq işlərilə tanış olacaqsınız.
Oxumadan öcndə araşdırın:
Ədviyyat, bitki çayları və dərman bitkilərinin əkinlərində aparılan əsas, səpinqabağı
və vegetasiya torpaq becərmələrini, tətbiq edilən ümumi qulluq işlərini digər bitki
qruplarından fərqləndirərkən nələrə diqqət edilməlidir?
Modulun adı: Ədviyyat, bitki çayları və dərman bitkiləri
113
3.1. Bitki əkin prosesləri və əkin sistemləri
Əkin.
Əkin bitkiçilikdə torpağın üst qatında toxumun (cücərməsi üçün) bərabər
paylanması olmaqla bir çox kənd təsərrüfatı bitkilərinin becərilməsində ən mühüm
aqrotexniki üsuldur.
Əkin hər hansı kənd təsərrüfatı bitkisinin məhsuldarlığı səpin müddəti
və üsulunun düzgün seçilməsindən, toxumun basdırılma dərinliyi və optimal səpin
normasından əhəmiyyətli dərəcədə asılıdır. Artırılmış yaxud azaldılmış səpin norması,
vaxtından əvvəl yaxud ləngimiş səpin, optimal səpin üsulu və toxumun basdırılma dərinliyinə
riayət etməmək istər-istəməz məhsulun və onun keyfiyyətinin aşağı düşməsinə gətirib
çıxarır.
3.2. Ədviyyat, bitki çayları və dərman bitkiləri əkinlərində aparılan əsas,
səpinqabağı və vegetasiya torpaq becərmələri
Əsas torpaq becərmələri.
Torpağın əkin qatının çevrilməsi və yumşaldılması ilə
bərabər gübrələrin, bitki qalıqlarının və köklərinin torpağın alt qatına çevrilməsi prosesi
torpağın əsas becərilməsi (şumlama) adlanır.
Torpağın əsas becərməsinə
Torpağın çevrilməsi
Xırdalanması
Yumşaldılması
Qarışdırılması
Sıxlaşdırılması
Səthin düzəldilməsi
Alaqların kəsilməsi
Torpaq səthində bitki qalıqlarının
saxlanması
Şırım və tirələrin düzəldilməsi və
sairə daxildir
|