İxtisasın adı: Tərəvəz ustası (Tərəvəzçilik mütəxəssisi)
110
Aşağıda verilmiş sualların düzgün cavablarını qeyd edin:
Sual 11.
Toxumun təsərrüfat yararlığım təyin etmək üçün nəyi bilmək lazımdır?
A) Cücərmə və təmizlik faizini;
B) Rütubətlilik və təmizlik faizini;
C) Cücərmə və mütləq çəkini;
D) Təmizlik faizini və cücərmə enerjisini.
Sual
12
. Rütubətlilik yüksək olduqda toxumların cücərməsi necə dəyişir?
A) Cücərmə enerjisi yüksək olur;
B) Cücərmə qabiliyyəti yüksəlir;
C) Cücərmə qabiliyyətinə təsir göstərmir;
D) Cücərmə qabiliyyəti aşağı düşür.
Sual
13.
Cücərmə qabiliyyətinin təyini üsulu:
A) Toxumlarının isladılması;
B) Toxumlarının dərmanlanması;
C) Toxumlarının cücərdilməsi;
D) Toxumların seyrəldilməsi.
Sual
14.
Təmizlik dərəcəsi 98 %, cücərmə qabiliyyəti 90 % olan toxumların təsərrüfat
yararlılığını hesablayın.
A)
90 %;
B) 95 %;
C) 88,2 %;
D) 75,5 %.
Sual 15
Səpinə qədər toxumda qalan ziyanverici və xəstəlik törədicilərinin məhv edilməsi
məqsəd ilə onları ............................ lazımdır.
A) Dərmanlamaq;
B) Qurutmaq;
C) Sulamaq;
D) Seçmək.
Dostları ilə paylaş: