İxtisasın adı: Tərəvəz ustası (Tərəvəzçilik mütəxəssisi)
160
xlorozu mümkündür. Torpağın yaz yetişməsi sürətlə baş verir. Mikrobioloji fəaliyyət, azotla
qidalanma şəraiti və bir çox kül elementlərinin mənimsənilmə səviyyəsi yaxşıdır.
pH 8,5 (8,7) - 10,0.
Güclü qələvi mühit şəraiti. Belə yüksək pH bir çox qaratorpaqlar və
şabalıdı torpaqlar üçün səciyyəvidir.
pH 10-12.
Kəskin qələvi mühit şəraiti. Arid (quraq) iqlim
şəraitində rast gəlinir. Bunlara bir çox şoranlar və karbonatlı şorakətlər aiddir. Fosfatların
mənimsənilmə səviyyəsi zəifdir, dəmir və manqan çatışmır, borun artıqlığı mümkündür.
Fiziki şəraitin son dərəcədə əlverişsizliyi, struktursuzluq və mikroorqanizmlərin fəaliyyətinin
sıxışdırılması ilə səciyyələnir. Gipsləmənin yüksək dozalarını tələb edir.
5.1.2. Müxtəlif ədviyyat, bitki çayları və dərman bitkilərinin qida maddələrinin
çatışmazlığı və artıqlığı simptomları (əlamətləri)
Bitkilər lazımi qidaları kifayət qədər ala bilmədikləri zaman, gözlə görünən çatışmazlıq
əlamətləri göstərirlər. Əsas çatışmazlıq əlamətləri bunlardır:
Azot çatışmazlığı:
Bitkinin inkişafına mane olur, rəngi
saralır. Yarpaq ucları bitkinin aşağı yarpaqlardan
başlayaraq qırmızımtıl qəhyəyi rəng alır. Yaşlı yarpaqlar
tökülür.
Fosfor çatışmazlığı:
Kökün inkişafına mane olur, saplar
uzanır, bitkinin yetkinləşməsi gecikir. Bitkinin rəngi
göyərir. Yarpaq ayası içəriyə doğru qatlanır.
Dostları ilə paylaş: