İxtisasın adı: Tərəvəz ustası Modulun nömrəsi



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə162/207
tarix24.12.2023
ölçüsü1,21 Mb.
#193370
1   ...   158   159   160   161   162   163   164   165   ...   207
quot-adviyyat-bitki-caylari-va-darman-bitkilari-quot-modulu-uzra-dars-vasaiti

Mәsәlәn:
һеktara tәsirеdici maddә һеsabı ilә 90 kq fosfor (P
2
0
5
) vеrilmәsi tәlәb olunur. Әgәr 
sadə supеrfosfat gübrәsindәn istifadә еdilәrsә, onda gübrә miqdarı aşağıdakı kimi müәyyәn 
еdilir: 
𝐓 =
𝟗𝟎
𝟏𝟗
∗ 𝟏𝟎𝟎 = 𝟒𝟕𝟑 𝐤𝐪
Sadə superfosfat fiziki çəkidə hektara 473 kiloqram verilməlidir.
Hesablamanı tənasüb qurmaqla da həyata keçirmək olar. 
kq
x
x
473
19
90
100
%
100
90
%
19









İxtisasın adı: Tərəvəz ustası (Tərəvəzçilik mütəxəssisi) 
168 
Gübrә miqdarına görə tәsirеdici maddә miqdarı aşağıdakı düsturla müәyyәn еdilir: 
𝐀 =
𝐓 ∗ 𝐂
𝟏𝟎𝟎
Mәsәlәn:
Hеktara 500 kq supеrfosfat gübrәsi vеrildikdә təsirеdici maddәnin (P
2
O
5
) miqdarı: 
𝑨 = (
𝟓𝟎𝟎 ∗ 𝟏𝟗
)
: 𝟏𝟎𝟎 = 𝟗𝟓 𝐤𝐪
Hеktara vеrilеcәk gübrә norması mәһsuldarlıq planı әsasında müәyyәn еdilir. 
5.2. Ekoloji-təmiz ədviyyat, bitki çayları və dərman bitkiləri istehsalında tətbiq 
edilən təbii-üzvü gübrələr 
Ədviyyat, bitki çayları və dərman bitkiləri torpaqdan çoxlu miqdarda qida maddələri 
aparırlar və üzvi gübrələr vasitəsilə onlar bərpa olunmadığı halda torpaq gücdən düşür. Üzvi 
gübrələr heyvan və bitki mənşəli maddələrdən ibarətdir. Çürüyərək bunlar mineral maddələr 
əmələ gətirir və bu zaman torpağın üst qatına bitkilərdə fotosintez prosesinin getməsi üçün 
zəruri olan karbon ayrılır. Bundan əlavə üzvi gübrələr bitkilərin su və hava ilə qidalanmasına 
müsbət təsir göstərir, tərəvəz bitkilərinin kökləri ilə simbiozda olan torpaq bakteriyalarının 
və mikroorqanizmlərin inkişafına yardım edir, onlara mənimsənilən qida elementlərini əldə 
etməyə kömək edirlər. Üzvi gübrələr sırasına peyin, torf, kompost, quş zılı, çürüntü və digər 
üzvi materiallar aid edilir.
Peyin. 
Bu ən qiymətli üzvi gübrələrdən 
biridir. Müxtəlif heyvanların peyinində orta 
hesabla vardır (%-lə): su - 75, üzvi maddə - 21, 
ümumi azot - 0,5, mənimsənilən fosfor - 0,25, 
kalium oksidi - 0,6 (Şəkil 5.4).
Peyinin keyfiyyəti 
heyvanın növündən, onun yemindən, döşəmədən 
və saxlama üsulundan asılıdır. Az çürümə 
mərhələsində olan peyin torpağa payızda, daha 
çox çürümüş isə - yazda verilir. Soyuq torpaqlarda 
peyin 10-15 sm dərinliyə verilərək üstü torpaqla 
örtülür.
Quş zılı.
Kimyəvi tərkibinə görə quş zılı üzvi 
gübrələrin ən yaxşı növləri sırasına aiddir. Bu 
sırada daha qiymətli toyuq və göyərçin zılıdır, 
nisbətən zəif isə ördək və qaz zılı hesab olunur. 
Zılın torpağa tez-tez verilməsi zamanı azotun 
nitrat formasının toplanması müşahidə olunur 
(Şəkil 5.5). Bu baxımdan zılın payızda və bütün 
sahə üzrə bərabər paylanmasını təmin etməklə 
verilməsi məqsədəuyğundur. Lakin quş zılının ən 
səmərəli istifadə forması onun maye halıdır. 

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin