Modulun adı: Ədviyyat, bitki çayları və dərman bitkiləri
165
Nanə bitkisinə əsas gübrə kimi hektara 20-60
ton peyin N
45
P
45
K
45
dozasında mineral gübrələrlə
birlikdə yaxud da hektara 90-120 kq hesabı ilə
azot, fosfor və kalium gübrələri verilməlidir.
Razyana bitkisi altına
ancaq mineral
gübrələrin verilməsi məsləhət görülür. Əsas gübrə
kimi 40-50 kq fosfor və kalium gübrələri verilir.
Azot gübrəsi (N40 - 50 kq) isə yazda kultivasiya
altına verilir.
Reyhan qida maddələrinə çox tələbkardır.
Hektardan 20 ton kütlə məhsulu verərsə,
torpaqdan 110 kq azot, 22 kq fosfor və 211 kq
kalium aparır. Qida
maddələrinin çox hissəsi
qönçələmədən texniki yetişkənliyə qədər olan
müddətdə sərf edilir.
Kərəviz bitkisinə hər biçildikdən sonra
(yarpaq forması) yemləmə gübrəsi verilməlidir.
Kökmeyvəli forması
becərilən sahələrə isə
kompleks gübrə tətbiq edilməlidir.
Dostları ilə paylaş: